Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Şerif"lə ilk oyuna xüsusi hazırlaşmışıq" - Rəşad Sadıqov
    9.07.2024 15:57:25

    "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın “Şerif” klubu ilə keçiriləcək səfər oyunu öncəsi Azərtac-a müsahibə verib. Prosport.Az müsahibəni təqdim edir:

    - "Şerif"lə səfər oyununa komandanızın hazırlığı necə keçdi?

    - Komandanın hazırlıq prosesi normal keçib. Avropa Liqasının oyunlarına erkən - birinci mərhələdən başlayırıq. Bu da müəyyən dərəcə çətinlik yaradır. İmkan daxilində çalışırıq ki, oyuna tam hazır olaq. Təbii olaraq, idman formasını tam yığa bilməmişik, lakin var gücümüzlə çalışacağıq ki, rəqibə layiqli müqavimət göstərək.

    - “Zirə”nin heyətinə yeni futbolçular cəlb edilib və gedənlər də olub. Qısa zamanda yeni komandanın formalaşması prosesi sizi qane edirmi?

    - Yeni futbolçuların komandaya uyğunlaşması ilə bağlı hər hansı sıxıntımız yoxdur. Çünki transferlərimizin çoxu daxili çempionatda oynayan futbolçulardır. Ona görə də çempionatımıza, komandamıza yaxşı bələddirlər. Bu baxımdan ciddi sıxıntımız yoxdur. Anje Mutsinzi də sıralarmıza yeni qoşulub. O da sanki özünü neçə ildir “Zirə” komandasında oynadığı kimi hiss edir. Bu amil də yaxşı tərəfdən bizi sevindirir. Təbii ki, futbolçuların oyun planında komandaya tam uyğunlaşması ilə bağlı vaxta ehtiyac olacaq. Ancaq ümid edirəm ki, futbolçular adaptasiya dövrünü qısa zamanda keçə biləcəklər.

    - “Şerif”lə oyunöncəsi komandada əhvali-ruhiyyə necədir?

    - Komandanın düşərgəsində əhvali-ruhiyyə yüksəkdir. Futbolçular böyük həvəslə oyuna hazırlaşırlar. Hiss edirəm ki, səbirsizliklə oyunu gözləyirlər. Ən vacibi, soyuqqanlı qalıb, məşqlərdə, oyunlarda, çempionatda etdiklərimizi iyulun 11-də “Şerif”lə ilk səfər oyununda göstərməkdir. Mən futbolçularıma inanıram.

    - İlk oyundan gözləntilərinizi bilmək istərdik...

    - İlk oyun hər iki komanda üçün müəyyən problem yarada bilər. Çünki bir-birimizə yaxşı bələd deyilik. Xüsusilə də “Şerif”lə müqayisədə biz rəqibi tanımaq baxımından daha çox problem yaşayırıq. Moldova klubunun heyətində yeni transferlər, dəyişikliklər var. O üzdən də birinci oyuna xüsusi hazırlaşmışıq. Komanda meydanda rəqibə, onun oyun üslubuna tez bir zamanda uyğunlaşmalıdır. Gözləntim odur ki, Bakıya yaxşı nəticə ilə dönək.

    Futbol

    Azərbaycan millisi Bəhreynlə üz-üzə

    6.06.2026 13:19:18
    Futbol

    Ayxan Abbasov dalaşan futbolçuları millidən kənarlaşdırdı

    6.06.2026 12:53:21
    Futbol

    Emin Mahmudov daha 2 il "Neftçi"də - Maaşı 50 faiz azaldıldı

    6.06.2026 11:42:33
    Futbol

    Əliyar Ağayevin idarə etdiyi oyunda 5 qol

    6.06.2026 11:14:23
    Futbol

    Millimizin rəqibi Banqladeşə uduzdu

    6.06.2026 10:43:52
    Futbol

    Marko Yankoviç oynadı, komandası heç-heçə etdi

    6.06.2026 10:01:57
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan millisi Bəhreynlə üz-üzə

    6.06.2026 13:19:18

    Ayxan Abbasov dalaşan futbolçuları millidən kənarlaşdırdı

    6.06.2026 12:53:21

    Millimiz Bakıda Yunanıstana qarşı

    6.06.2026 12:22:33

    Emin Mahmudov daha 2 il "Neftçi"də - Maaşı 50 faiz azaldıldı

    6.06.2026 11:42:33

    Əliyar Ağayevin idarə etdiyi oyunda 5 qol

    6.06.2026 11:14:23

    Millimizin rəqibi Banqladeşə uduzdu

    6.06.2026 10:43:52

    Marko Yankoviç oynadı, komandası heç-heçə etdi

    6.06.2026 10:01:57

    "Yoldaşlıq görüşlərində risk edəcəyimizi demişdim" - Ayxan Abbasov

    6.06.2026 09:00:17

    Sadıq Sadıqovun ölümünün səbəbi "TikTok"da yayılan videolar imiş

    6.06.2026 00:43:16

    Millimiz Malta ilə bacarmadı

    5.06.2026 23:55:46

    "İşimiz asan olmayacaq" - Zaur Həşimov

    5.06.2026 23:12:44

    Basketbol millimiz Dünya Kubokunun 1/4 finalında

    5.06.2026 22:45:03

    Millimizdə ciddi itki: 8-ci dəqiqədə zədələndi

    5.06.2026 22:19:00

    Sadıq Sadıqov vəfat etdi – SON DƏQİQƏ

    5.06.2026 21:57:21

    Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi – FOTOLAR

    5.06.2026 21:11:36
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved