Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Bu o demək deyil ki, "Qəbələ" növbəti mövsüm ABL-də olacaq" – Basketbol Federasiyası rəsmisi
    3.06.2024 16:35:57

    Azərbaycan Basketbol Federasiyasının icraçı direktoru Anar Rza Qəbələdə keçirilən 3x3 basketbolu üzrə Qadın Seriyasının mərhələ yarışından sonra jurnalistlərə müsahibə verib.

    Prosport.Az-ın Qəbələyə ezam olunmuş əməkdaşı həmin müsahibəni təqdim edir:

    – Ötən il və bu il Azərbaycanda 3x3 basketbolu üzrə Qadın Seriyasının mərhələ yarışları keçirilir. Beynəlxalq Basketbol Federasiyası (FIBA) ilə bağlanılan müqavilənin müddəti nə qədər ili əhatə edir?
    – FIBA ilə bağlanılan müqavilənin müddəti 3 ildir. Ola bilsin ki, sonradan müqavilənin müddəti uzadılsın. Ötən il bu mərhələni keçirəndə əsas məqsədimiz Olimpiadaya vəsiqə qazanmaq idi. Məhz ötən il Azərbaycan millisi və "Neftçi" klubunun mərhələ yarışlarında çıxışından əldə olunan reytinq sayəsində yığmamız olimpiya təsnifat turnirində iştirak etmək hüququ əldə etdi. Nəticədə millimiz Olimpiadaya lisenziya qazandı. Bu il Quba və Bakıda da mərhələ yarışları keçiriləcək.

    – Millimizin aparıcı üzvlərindən olan Dina Ulyanova dünən Portuqaliya ilə qrup oyununda zədələndi. Onun son durumu necədir? 
    – Həkimin qərarı budur ki, onun sağ ayağında ciddi zədə yoxdur, sınıq yoxdur. Olimpiadaya kimi vaxtımız var. Ümid edirik ki, Dina bərpa olunacaq.

    – Olimpiadaya hazırlıq necə gedir?
    – Qəbələ mərhələsindən sonra milli komanda bu ayın 8-də Kosovonun paytaxtı Priştinada keçiriləcək Avropa Kubokunun seçmə mərhələ oyunlarına qatılacaq. Komandamız favoritlər sırasındadır. Ümid edirik ki, komandamız 22-25 avqustda Avstriyanın paytaxtı Vyanada keçiriləcək Avropa Kubokuna vəsiqə qazanacaq. Quba (20-21 iyul) və Bakı (17-18 avqust) mərhələlərindən başqa, yığmanın Fransanın Klermon-Feron (14-15 iyun) şəhərindəki mərhələ yarışında iştirakı nəzərdə tutulub. Həmçinin, FIBA-ya İsveçrənin Fribur (4-5 iyul) şəhərindəki mərhələ yarışında iştirak etmək üçün müraciət etmişik. Bundan sonra Olimpiadada mübarizə aparacağıq. 

    – Niyə mərhələ yarışı məhz Qəbələdə keçirilir? Bu o deməkdirmi ki, növbəti mövsüm "Qəbələ"nin basketbol komandası Azərbaycan Basketbol Liqasında (ABL) mübarizə aparacaq?
    – Əslində biz hər bir regionda komandamızın olmasını istərdik. Ancaq bu o demək deyil ki, "Qəbələ" növbəti mövsüm ABL-də olacaq. Biz sadəcə mərhələ seçəndə bunun daha çox regionda olmasını istəyirik. Region seçimi edərkən isə orada olan infrastruktura diqqət ayırırıq. Çünki bəzi rayonlarımızda elementar bu qədər qonaq qəbul edəcək hotel yoxdur. Qəbələdə bu baxımdan problem yoxdur. Quba isə bu il Azərbaycanın idman paytaxtı seçildiyindən, bu şəhərə üstünlük vermişik.

    – Çempionatda komanda sayının artırılması müzakirə olunur. Qəbələ və Tovuzda basketbol komandaları növbəti mövsüm mübarizə apara bilər?
    – Çox güman ki, komanda sayı artırılaraq 12 ediləcək. Ancaq komanda sayı artırılsa da, yerli oyunçu qıtlığı da var. Bu səbəbdən də bu məsələ müzakirə olunacaq ki, komanda sayı artırılsa da, keyfiyyət aşağı düşməsin. Ayın 5-də federasiya rəhbərliyi indiki komandaların rəhbərlikləri və baş məşqçiləri ilə görüş keçirəcək. Orada bu məsələ də müzakirə olunacaq. Həmçinin, legioner limiti, I Liqanın yaradılması və s. məsələlərə baxılacaq.

    – Oyunlar Bakıda "Sərhədçi"də keçirilirdi. Növbəti mövsüm Bakıda başqa idman obyektlərində də çempionat oyunlarının keçirilməsi gündəmdədir?
    – Planlaşdırırıq ki, "Sərhədçi"dən başqa, Bakıda azı 1 idman obyektində də oyunlar baş tutsun. Bakı İdman Sarayı və Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində yaxşı şərait var. Ola bilsin ki, oyunlar orada olsun.

    – Federasiya prezidenti Emin Əmrullayev ötən il bildirmişdi ki, "Sabah", "Sumqayıt" kimi futbol klublarının basketbol komandalarının da yaradılmasında maraqlıdır...
    – Bəli, federasiya prezidenti futbol klub rəhbərləri ilə görüş keçirmişdi. Bəziləri dedi ki, onlara bu maraqlı deyil. Səbəblərini demədilər. Ancaq ola bilər ki, gələcəkdə bu məsələdə maraqlı olarlar.

    Səbuhi Musa

    Voleybol

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13
    Basketbol

    "Sumqayıt"da yeni müqavilə

    22.09.2026 17:05:17
    Top oyunları

    Naxçıvan klubunda litvalı legioner

    22.09.2026 15:08:28
    Top oyunları

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33
    Top oyunları

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    Basketbol

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Azərbaycanla oyuna ciddi hazırlaşmışıq" - Kapitan

    22.09.2026 18:20:12

    "Qarabağ" azarkeşlərini bu xəbərlə sevindirdi - FOTO

    22.09.2026 17:56:28

    "Klub səviyyəsində qazanılan qələbələr Azərbaycan millisinin nəticələrində əksini tapmır" - İqor Angelovski

    22.09.2026 17:28:31

    "Sumqayıt"da yeni müqavilə

    22.09.2026 17:05:17

    Azərbaycanlı istedad Ukraynada ən yaxşılar sırasında

    22.09.2026 16:45:53

    Azərbaycanın tanınmış klubu dağılır

    22.09.2026 16:07:52

    Rəhim Həsənov hakim səhvini etiraf etdi - VİDEO

    22.09.2026 15:40:36

    Naxçıvan klubunda litvalı legioner

    22.09.2026 15:08:28

    Premyer Liqanın bombardiri Avropa klublarının "radar"ında

    22.09.2026 14:43:51

    "Sumqayıt"da keçmiş baş məşqçi köməkçi təyin olundu

    22.09.2026 14:12:00

    Azərbaycan çempionunun oyunlarının təqvimi açıqlandı

    22.09.2026 13:40:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved