Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Klub "Qarabağ" kimi özəl şirkətə satılmalıdır" – "Neftçi"nin sabiq məşqçisi
    1.06.2024 09:18:54

    "Neftçi"nin sabiq məşqçi-seleksiyaçı işləmiş Yusuf Uncuların Prosport.Az saytına müsahibəsi

    "O müqaviləyə əsasən, "Qalatasaray" bir futbolçusunu satmaq istəyərsə, ilk olaraq "Neftçi"yə təklif etməlidir"

    2010/11 və 2011/12 mövsümündə "Neftçi"də işləmişəm. Transfer üçün futbolçu seçib kluba təqdim edirdim, klub da onun heyətə cəlb olunub-olunmamasına qərar verirdi. Bizim dönəmimizdə komanda 2 dəfə çempion oldu. 

    Mən Azərbaycan-Türk Futbol Məktəbinin direktoru idim. 500-ə yaxın futbolçumuz vardı. Tofiq Bəhramov adına Respublika stadionunun içərisindəki 4 ədəd xalı meydançada məşq keçirdik. Yılmaz Vural, Güvənç Kurtar, Ərcan Albay kimi məşqçilər bizim məktəbə gəlmişdi. Daha sonra bu meydançalar əlimizdən alındı. "Neftçi"nin ovaxtkı prezidenti Sadıq Sadıqov məni klubda işləməyə dəvət etdi. O vaxt "Neftçi"nin italiyalı fiziki hazırlıq üzrə məşqçisi Covanni Melkiorre "Qalatasaray"a keçmişdi. Bu səbəbdən "Qalatasaray"la əlaqələr yaranmışdı. Bu klubla 1 həftəyə 42 səhifəlik əməkdaşlıq protokolu hazırladım. O vaxt "Qalatasaray"ın prezidenti olan Adnan Polat və idman direktoru Adnan Sezgin müqavilə imzalamaq üçün Bakıya gəldi. "Qalatasaray"la "Neftçi" qardaşlaşmış klublar oldu. Bu ilk belə hal idi.

    Bu protokol arxivlərdə qalır. Həm Azərbaycan, həm də türkcə yazılıb. Heç kim bu müqaviləni oxumayıb. "Neftçi"dən kimsə onu araşdıra bilər. O sənədin qüvvədə olma müddəti də yoxdur. Ömürlük müqavilədir. Orada "Neftçi"nin xeyrinə olan bir neçə bənd var. Məsələn, "Qalatasaray" bir futbolçusunu satmaq istəyərsə, ilk olaraq "Neftçi"yə təklif etməlidir. Və yaxud əksinə. Bu sənədi heç kim diqqətlə oxumadı.

    "Fatih Çatal dedi ki, sən bacarmadın, mən Mpenzanı "Neftçi"yə 1 milyon 850 min avroya 3 illik müqaviləyə imzalatdım"

    Bir dəfə Sadıq Sadıqov məni yanına çağırdı ki, qış fasiləsində "Ankaragücü" ilə oynamaq istəyirik, əlaqə qurmaqda kömək et. Dedim ki, niyə böyük düşünmürsünüz, "Beşiktaş"ı danışa bilərəm. Həmin vaxt "Beşiktaş" İsveçrədə idi. Rikardu Kuarejma onda "Beşiktaş"a yenicə gəlmişdi. Danışıqlar uğurlu alındı. Oyun Avstriyada oldu və 1:1 başa çatdı.

    Emil Mpenzanın transferi bir az problemli oldu. Onun meneceri Fatih Çatal İsveçrədə yaşayan bir türkdür. Mənə dedi ki, 10 nömrə axtarırsınız, Mpenzanı klubunuza alın. Dedi ki, 30 yaşı var, 1 illik müqavilə bağlayın, sonra göndərərsiniz. 200 min dollara 1 illik müqavilə təklif etdi. Mən də bunu Sadıq Sadıqova dedim. O da ovaxtkı vitse-prezident Tahir Süleymanova bunu dedi. O da futbolçunun CV-ni alıb zibil qutusuna tulladı, dedi ki, yaşı çoxdur. Bir neçə sonra Fatih Çatalı klubun bazasında gördüm. Dedi ki, sən bacarmadın, mən Mpenzanı "Neftçi"yə 1 milyon 850 min avroya 3 illik müqaviləyə imzalatdım. Ondan sonra incidim, transfer işlərindən kənarlaşdım. Sadıq Sadıqov çox dürüst, işini sevən biridir. 2010-cu ildə İstanbulda "Spor Ajans" tərəfindən "Avropada ilin klub prezidenti" seçildi. Təəssüf ki, onun ətrafı belə deyil. Yalnız Güloğlan Cabbarov, Arif Əsədov kimi insanlar vardı deyə, klub o dönəmlərdə uğur qazandı. Mən də bir müddət sonra klubda ixtisara düşdüm. Səbəbini də soruşmadım.

    "Neftçi" özəl şirkətə satılmalıdır"

    "Neftçi"nin indi uğursuz çıxışı məni də məyus edir. Orada güclü bir sponsorun olması lazımdır. Ondan əlavə, oraya futbolu bilən yaxşı rəhbər gəlməlidir. Acun İlıcalı bir neçə klub alıb. "Neftçi" də dövlət komandası statusundan çıxmalıdır. "Qarabağ" kimi özəl şirkətə satılmalıdır. Bu klub kimi baş məşqçisinə güvənməlidir. Uzun müddətli əməkdaşlıq olmalıdır. Klub satılmırsa, dövlət içərisində olan bir iş adamına tapşırılmalıdır. Və yaxud Sadıq Sadıqovu kluba gətirmək lazımdır.

    Mən həm də uşaqlıqdan cüdo ilə məşğulam. 7-ci Dan kəmərə sahibəm. Hazırda Türkiyə Cüdo Federasiyasında İdman Nazirliyinin nümayəndəsi kimi çalışıram. Həmçinin, Adanada cüdo məşqçiliyi edirəm. 1997-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm. Daha sonra Azərbaycan Cüdo Federasiyasında çalışmışam. O vaxt Asif Əsgərov I vitse-prezident idi. Həmin vaxt o Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı idi, indi Nəsimi rayonunda işləyir. Həmçinin, Maştağa Olimpiya İdman Kompleksində də 5 il baş məşqçi işləmişəm. Adil Əliyevlə də münasibətlərim əladır. Onun futbol məktəbinin açılışında iştirak etmişəm.

    Səbuhi Musa

    Futbol

    "Ailəmdə baş verən hadisələr mənə çox böyük təsir etdi" – Mahir Emreli

    27.05.2026 23:20:01
    Müsahibə

    "Başa düşürdüm ki, getsəm, hər şey yarımçıq qalacaq" - Qurban Berdiyev

    26.05.2026 22:58:42
    Karate

    "Mədinəyə demişdim ki, öz çəkində məğlub edə bilməyəcəyin rəqib yoxdur" – Şahin Atamov

    25.05.2026 12:40:40
    Müsahibə

    "Demək istəyirəm ki, ata, qızın sənin yolunla gedir" – Mədinə Sadıqova

    24.05.2026 00:02:11
    Akademiya

    "Baş məşqçi dominant futbol oynamağı tələb edir" - Gəncə klubunun futbolçusu

    22.05.2026 15:50:42
    Futbol

    "Dünya çempionatına hazırlıqlar çox yaxşı gedir" – "Kəpəz"in futbolçusu

    22.05.2026 15:07:09
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Emin Mahmudov daha 2 il "Neftçi"də - Maaşı 50 faiz azaldıldı

    6.06.2026 11:42:33

    Əliyar Ağayevin idarə etdiyi oyunda 5 qol

    6.06.2026 11:14:23

    Millimizin rəqibi Banqladeşə uduzdu

    6.06.2026 10:43:52

    Marko Yankoviç oynadı, komandası heç-heçə etdi

    6.06.2026 10:01:57

    "Yoldaşlıq görüşlərində risk edəcəyimizi demişdim" - Ayxan Abbasov

    6.06.2026 09:00:17

    Sadıq Sadıqovun ölümünün səbəbi "TikTok"da yayılan videolar imiş

    6.06.2026 00:43:16

    Millimiz Malta ilə bacarmadı

    5.06.2026 23:55:46

    "İşimiz asan olmayacaq" - Zaur Həşimov

    5.06.2026 23:12:44

    Basketbol millimiz Dünya Kubokunun 1/4 finalında

    5.06.2026 22:45:03

    Millimizdə ciddi itki: 8-ci dəqiqədə zədələndi

    5.06.2026 22:19:00

    Sadıq Sadıqov vəfat etdi – SON DƏQİQƏ

    5.06.2026 21:57:21

    Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi – FOTOLAR

    5.06.2026 21:11:36

    Azərbaycan - Malta: HEYƏTLƏR

    5.06.2026 21:03:37

    "Neftçi" və "Zirə"nin Konfrans Liqasındakı potensial rəqibləri bəlli oldu

    5.06.2026 20:51:22

    “Yeni transferlərimiz olacaq” - Zaur Həşimov

    5.06.2026 20:36:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved