Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    "Növbəti mövsüm komanda sayının artırılması müzakirə olunur" – Emin Əmrullayev
    25.05.2024 10:42:24

    Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev "Sabah"ın ölkə çempionu olmasından sonra jurnalistlərə müsahibə verib.

    Prosport.Az-ın əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik. 

    – Mövsüm başa çatdı və "Sabah" qalib oldu. Fikirlərinizi öyrənək...
    – İlk növbədə "Sabah"ı qələbə münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, bumövsümkü çempionat maraqlı alındı. İnanıram ki, "Sabah" komandası Avropada Azərbaycanı uğurla təmsil edəcək.

    – Növbəti mövsüm I Liqa olacaqmı, yoxsa yenə çempionat ancaq Yüksək Liqadan ibarət olacaq?
    – Hazırda müzakirələr Yüksək Liqada komanda sayının artırılması yönündədir. 2 yeni komanda Azərbaycan Basketbol Liqasında mübarizə apara bilər. Həmçinin, Tələbə Liqasında mübarizə aparan komandaların I Liqaya transformasiya edilməsi yönündə müzakirə aparılacaq. Yaxın günlərdə bununla bağlı ictimaiyyətə məlumat veriləcək.

    – Avrokuboklarda neçə komanda Azərbaycanı təmsil edəcək?
    – Hüquqi cəhətdən 3 klubla təmsil oluna bilərik. İnanıram ki, "Sabah" Çempionlar Liqasında təmsil olunacaq. FIBA Avropa Kubokunda da 2 klubla təmsil oluna bilərik. Ancaq bu klubların maliyyəsindən asılı olacaq. Biz federasiya olaraq bu qərarlara dəstək verəcəyik.

    – Azərbaycan Kubokunun qalibi "Neftçi"nin də avrokubok şansı var?
    – Bəli. Kubokun qalibi, 2-3-cü yerlərin sahibləri bu yarışda mübarizə apara bilər. Hansı klub avrokubokda yarışmaqdan imtina etsə, onu pley-offdan digər klubun əvəzləməsi mümkündür. Ancaq yenə deyirəm ki, bu, klubların maliyyəsinə bağlı olan məsələdir. Ancaq "Sabah"ın avrokuboklarda çıxış edəcəyi dəqiqdir. Bu səbəbdən dəqiq deyə bilərəm ki, ötənmövsümkü kimi Azərbaycanı minimum 1 komanda Avropada təmsil edəcək.

    – Qadınlardan ibarət 3x3 basketbol millimizdən Olimpiadada nə gözləyirik?
    – Olimpiadaya vəsiqə qazanmaq özü bir uğurdur. İnşallah, bu naliliyyətlərin davamı gələr. Yığmamız üçün bu böyük təcrübə olacaq. Orada yer alan rəqibləri özünüz bilirsiniz. Mən də hər kəs kimi komandamıza azarkeşlik edəcəyəm.

    Səbuhi Musa

    Top oyunları

    "Məqsədimiz bu sindromu qırıb zirvəyə yüksəlməkdir" - "Sumqayıt"ın hücumçusu

    20.11.2026 15:15:51
    Müsahibə

    "1 qızıl və 1 bürünc medal super nəticədir" - Fərhad Rəcəbli

    18.11.2026 17:13:52
    Müsahibə

    "Oğluma demişəm ki, mən etdiyim səhvləri sən etmə" – Ömər Rəcəblinin atası

    16.11.2026 09:40:05
    Cüdo

    “İndiyədək bu inamsızlığa görə medalsız qalmışdım” – 3 il sonra yer tutan Gültac Məmmədəliyeva

    14.11.2026 20:20:30
    Futbol

    "Qarabağ"dan ayrılmağı düşünürdüm" - Aleksey Kaşşuk

    13.11.2026 17:43:45
    Müsahibə

    "Faiq Qarayev dedi ki, çox üzrlü hesab et" – Ziya Rəcəbov

    11.11.2026 14:40:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved