Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Şamaxı" Ramiz Məmmədovla vidalaşacaq? – Elçin Usubla müsahibə
    24.05.2024 13:42:04

     Azərbaycan Premyer Liqasına vəsiqə qazanan “Şamaxı” klubunun İdarə Heyətinin sədri Elçin Usub Azərtac-ın suallarını cavablandırıb.

    Prosport.Az həmin müsahibəni təqdim edir:

    – “Şamaxı” Azərbaycan I Liqasının qalibi olaraq birillik fasilədən sonra Premyer Liqaya qayıtdı. Əvvəlcə bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı...
    – Mövsümün əvvəlindən qarşımızda bir hədəf var idi: çempion olub yenidən Premyer Liqaya qayıtmaq. Düzdür, çox ağır mövsüm oldu, çempionluğu son oyunda rəsmiləşdirdik. Azərbaycan futbolunda illər sonra I Liqaya düşüb yenidən Premyer Liqaya qayıdaraq bir tarixi gerçəkləşdirdik.

    – Çempionluq yarışının son tura kimi davam edəcəyini gözləyirdiniz?
    – Mövsümün əvvəlindən mübarizənin gərgin keçəcəyi bilinirdi. Hətta bir neçə turdan sonra gördük ki, I Liqa əvvəlki səviyyədə deyil. PFL-in əməyi nəticəsində həm təşkilati məsələlər, həm də komandaların səviyyələri fərqlidir. Mübarizənin son anadək davam edəcəyinə qaldıqda isə 6 tur əvvəl liderdən 7 xal geridə olarkən fikirləşirdim ki, çempion son turda bəlli olacaq.

    – Özü də “Şamaxı” digər komandalardan fərqli olaraq, I Liqada yalnız yerli futbolçuların xidmətindən istifadə etdi...
    – Biz bu kluba gələndə öz strategiyamızı qurduq. Əsas o idi ki, yerli futbolçularla mübarizə aparaq. İlk ildə Premyer Liqada qalmaq üçün yerli futbolçularla son tura qədər mübarizə aparsaq da, sonda sonuncu pillədə qərarlaşdıq. Bu mövsüm I Liqada son tura qədər davam edən mübarizədə isə məhz yerli futbolçularla çempion olduq.

    – "Şamaxı" həm də "I Liqaya düşən klub dağılmalıdır" mifini alt-üst etdi. Bu barədə nə deyə bilərsiniz?
    – Eyni peşəkarlıqla I Liqaya hazırlaşdıq. Heç bir əməkdaşımızla yollarımızı ayırmadıq, çempionluğa iddialı komanda formalaşdırdıq. Və əməyimiz nəticəsiz qalmadı, çempion olduq. Bizə görə I Liqaya düşmək faciə deyildi. Əsas odur, iddialı olduq və geri döndük.

    – Komanda Premyer Liqaya Ramiz Məmmədovun rəhbərliyi altında vəsiqə qazandı. Adətən klublar yüksək dəstəyə qalxdıqdan sonra ilk dəyişikliyi baş məşqçi postunda edir. Bəs siz necə, Ramiz Məmmədovla yola davam edəcəksiniz?
    – 2 gün əvvəl çempion olduq, dünən də mükafatlandırma mərasimi idi. Çempionat çox gərgin keçdiyinə görə növbəti mövsümün müzakirələrinə başlamamışıq. Bir növ, indi hamı istirahətə vaxt ayırıb.

    – Premyer Liqadakı debüt iliniz elə də uğurlu alınmadı və komanda I Liqaya düşdü. Bu dəfə eyni halla üzləşməmək üçün hansı addımlar atılacaq?
    – Premyer Liqada ötən il rəhbərlik olaraq ilk ilimiz idi, bizim üçün təcrübə oldu. Növbəti mövsüm çalışacağıq ki, bu təcrübədən maksimum istifadə edib komandanın xeyrinə addımlar ataq.

    – Ümumiyyətlə, komanda Premyer Liqaya necə hazırlaşacaq, legioner futbolçular transfer ediləcəkmi?
    – Növbəti mövsüm üçün müzakirələrə qarşıdakı günlərdə başlayacağıq. Klubdaxili geniş müzakirələr olacaq, alınan qərarlarla bağlı ictimaiyyətə açıqlamalar veriləcək. Onu da əlavə edim ki, yerli futbolçularla oynamaq öz strategiyamız idi. Necə ki, I Liqada da ancaq yerli futbolçularla çıxış etdik və çempion olduq. Hələlik öz strategiyamızla davam etmək istəyirik, amma müzakirələrdən sonra yekun qərar veriləcək.

    – “Şamaxı” komandası daha əvvəl “İnter” və “Keşlə” adı altında uğurlar qazanıb və avrokuboklarda iştirak edib. Bəs, bölgə təmsilçisinin növbəti mövsüm üçün Premyer Liqadakı hədəfləri nə olacaq?
    – İlk hədəfimiz Premyer Liqada möhkəmlənib yerimizi qorumaq olacaq. Hər şeyi planlı şəkildə etmək istəyirik, hazırda avrokuboklar uğrunda mübarizə aparacağımızı desəm, düzgün olmaz. Pillə-pillə irəliləmək istəyirik.

    – Artıq Premyer Liqaya vəsiqə qazandığı üçün kluba yeni sponsorların cəlb olunacağını gözləmək olar?
    – I Liqada çıxış edəndə də sponsor axtarışlarımız davam edirdi. Hələ bu barədə heç bir yenilik yoxdur. Ümid edirik ki, kluba sponsorlar cəlb edə biləcəyik.

    Futbol

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Müsahibə

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Futbol

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Müsahibə

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Müsahibə

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Müsahibə

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved