Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Voleybol
    "Büdcə ilə bağlı zəmanət aldıqdan sonra avrokubokda çıxış etmək niyyətimiz var" – "Azərreyl"in prezidenti
    8.05.2024 17:58:14

    "Azərreyl" voleybol klubu başa çatan 2023/24 mövsümündə həm qadınlarda, həm də kişilərdə çempion olmaqla tarix yazdı.

    Prosport.Az bu münasibətlə həmin klubun prezidenti Orxan Kərimovdan müsahibə götürüb.

    – Mövsümün əvvəlində kluba prezident təyin olundunuz. İlk ilinizdə "Azərreyl"in həm qadın, həm də kişi komandası Azərbaycan çempionu oldu. Bunu "qızıl dubl" da adlandırmaq olar. Bildiyim qədəri ilə ilk belə haldır ki, bir klubun həm qadın, həm də kişi komandası Azərbaycan çempionu olur...
    – Özüm voleybolsevər olmuşam. Siz düzgün vurğuladınız. Mən də son 10 ildə bir klubun 2 komandasının Azərbaycan çempionu olduğunu xatırlamıram. Bəlkə də ondan əvvəlki il belə hal olub. Bu, çox qürurverici hisslərdir. Mövsümün əvvəlində bu nəticəni gözləyirdikmi? Bəlkə də xeyr, bəlkə də bəli. Əlbəttə, "Azərreyl"in qadın komandası Azərbaycanda əfsanəvi komandadır. Bu komandanın çempionluğu dəfələrlə olub. Ancaq "Azərreyl"in kişi komandası yeni qurulmuşdu. Məqsədimiz ilk növbədə güclü komanda qurmaq idi. Mövsümün ortasında isə Azərbaycan çempionu olmağı qarşımıza məqsəd kimi qoyduq. Bu məqsədə çatdığımıza görə də şadam.

    – "Azərreyl"in qadın komandasının avrokuboklarda çıxış edəcəyi heç kimdə şübhə doğurmur. Bəs kişi komandasının da avrokubokda çıxış etməsi üçün klubun büdcəsi yetərlidirmi?
    – Bu, yaxşı sualdır. Ancaq bu sualın cavabına yaxın zamanda aydınlıq gələcək. Əlbəttə, çox istərdik ki, hər iki komandamız avrokubokda çıxış etsin. Büdcə məsələləri çox vacibdir. Bunu qaydasına salmalıyıq ki, sonradan heç bir problem yaşamayaq. Büdcə ilə bağlı lazımi zəmanət aldıqdan sonra kişi komandası ilə avrokubokda çıxış etmək niyyətimiz var.

    – Klubun Azərbaycan Voleybol Federasiyasından maliyyələşdiyi heç kimə sirr deyil. Sponsor cəlb olunması üçün marketinq işi necə həyata keçirilir?
    – Artıq 2 sponsor kluba yeni cəlb olunub. Bunlardan biri "Beta Tea" çay şirkəti ilə əməkdaşlığa başlamışıq. Onların loqosunu komandanın formasında da görmək olar. Daha bir sponsorumuz isə "Delta Telecom" IT şirkətidir (bu yerdə qeyd edək ki, "Delta Telecom"un müştəriləri arasında federasiya prezidenti Şahin Bağırovun rəhbəri olduğu Dövlət Gömrük Komitəsi də var – S.M.). Əlbəttə, sponsor tapmaq asan deyil. Ancaq voleybolda öndə gedən ölkələrin təcrübəsindən istifadə edərək yeni sponsorların cəlb olunması yönündə işlər gedir.

    – Sizin "Azərreyl"ə klub prezidenti təyin olunmağınızı ötən ilin iyulunda ilk olaraq bizim sayt yazmışdı. Keçmişə boylansaq, bu təyinatın necə baş tutduğunu danışardınız...
    – Yəqin, bilirsiniz ki, 2 il kişilərdən ibarət "Təhsil" komandasına rəhbərlik və baş məşqçilik etmişəm. Ötən mövsüm I Liqada çempion olmuşduq. Yəqin ki, oradakı işim uğurlu olduğundan, bu etimad mənə göstərilib. Mən də sevə-sevə bu təklifi qəbul etdim və işimi də sevə-sevə davam etdirirəm. "Azərreyl" artıq mənə bir ailə kimi gəlir. Bu oyunlarda yaşadığım həyəcanı yaxınlarım görüb. Bu klub mənim üçün doğma bir ailə kimidir.

    – Voleyboldan başqa, hansısa sahədə çalışırsınız?
    – Bəli. Ancaq bunu açıqlaya bilmərəm.

    Səbuhi Musa

    Voleybol

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33
    Voleybol

    Azərbaycan çempionunun "Sportinq"lə oyunlarının hakimləri bilindi

    17.09.2026 19:31:08
    Top oyunları

    Tovuz klubunun Çempionlar Liqasındakı matçlarının hakimləri bilindi

    16.09.2026 14:46:43
    Top oyunları

    "Turan" Çempionlar Liqasına İtaliyada hazırlaşır

    16.09.2026 11:16:01
    Top oyunları

    "Turan"ın sahibi büdcəni artırdı

    16.09.2026 09:58:31
    Top oyunları

    Avropa çempionatı: Bütün oyunlarda məğlubiyyət

    14.09.2026 15:44:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanın tanınmış klubu dağılır

    22.09.2026 16:07:52

    Rəhim Həsənov hakim səhvini etiraf etdi - VİDEO

    22.09.2026 15:40:36

    Naxçıvan klubunda litvalı legioner

    22.09.2026 15:08:28

    Premyer Liqanın bombardiri Avropa klublarının "radar"ında

    22.09.2026 14:43:51

    "Sumqayıt"da keçmiş baş məşqçi köməkçi təyin olundu

    22.09.2026 14:12:00

    Azərbaycan çempionunun oyunlarının təqvimi açıqlandı

    22.09.2026 13:40:18

    "Turan Tovuz" - "Fənərbağça": 1 saata 6 minə yaxın bilet satıldı

    22.09.2026 13:14:34

    Azərbaycan - Çexiya: Hakimlər bilindi

    22.09.2026 12:48:29

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37

    "Çempionlar Liqasında növbəti matçı səbirsizliklə gözləyirik" - Stas Pokatilov

    22.09.2026 11:12:22

    "Azərbaycan mənim üçün Avropaya bir qədər uzaqdır" - Mateuş Koxalski

    22.09.2026 10:52:58

    Avropa çempionatı: Biri yarımfinalda, digəri 1/4 finalda

    22.09.2026 10:23:56

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved