Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "3 klub limitin artırılmasının lehinə, 3 klub əleyhinə idi" – "Sabah"ın prezidenti
    7.05.2024 16:28:23

    “Sabah”ın prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü, Klublar Komitəsinin sədri Maqsud Adıgözəlov futbolxeber.az saytının suallarını cavablandırıb.

    Prosport.Az həmin müsahibəni təqdim edir:

    – Son turda “Sabah” “Araz-Naxçıvan”ı məğlub etməklə Azərbaycan Premyer Liqasında ardıcıl 4-cü qələbəsini qazandı. Demək olar ki, komandanız artıq böhrandan çıxıb?
    – Hələ nəsə demək çətindir. Çempionatda vəziyyət elədir ki, iddiasının qalıb-qalmamasından asılı olmayaraq, bütün klublar motivasiya ilə oynayır. Hər bir komanda meydana çıxıb vuruşur. Qarşıda 3 ağır oyunumuz var.

    – Sona 3 tur qalmış “Sabah” 3-cü pillədə qərarlaşıb. Avrokuboklara yollanmaq şansını necə dəyərləndirirsiniz?
    – Təbii ki, məqsəd avrokuboklara yollanmaqdır. Çox istəyirik ki, hədəfə çataq. Bunun üçün son 3 turda komanda əlindən gələni edəcək.

    – Bu yaxınlarda rəhbəri olduğunuz Klublar Komitəsinin növbəti iclası oldu. Orada müzakirə olunan məsələlərdən biri də Premyer Liqada komanda sayınının artırılmasıdır. Növbəti mövsüm üçün say artımı nə dərəcədə realdır?
    – Özünüz də bilirsiniz ki, biz yalnız məsləhət verə bilərik. Klublar Komitəsi qanunverici orqan deyil. Son iclasda bir çox məsələlər müzakirə olundu. Bəli, onlardan biri də Premyer Liqada klub sayının artırılmasıdır. Hər kəs istəyər ki, çempionatda klub sayı artırılsın. Amma buna nə qədər hazırıq? Premyer Liqaya gələcək klubların infrastrukturu varmı? Bu suallar üzərində düşünmək lazımdır. Ümumilikdə təkliflər paketi hazırlamışıq və İcraiyyə Komitəsinə təqdim olunacaq.

    – Siz həm də AFFA İcraiyyə Komitəsinin üzvüsünüz. Ona görə də say artımı ilə bağlı şəxsi fikriniz maraqlıdır. Məsələn, bu yaxınlarda Qurban Qurbanov bildirmişdi ki, eyni rəqiblə mövsüm ərzində 4 dəfə qarşılaşmaq yorucudur. Razılaşırsınız?
    – Əlbəttə, heç kim istəməz ki, eyni rəqiblə mövsüm ərzində çempionatda 4 dəfə qarşılaşsın. İlk növbədə reqlament məsələsini fikirləşmək lazımdır. Say artımı olsa, 3 dövrəli sistem olacaq, ya yox? Bu, çətin sualdır. Mən hesab edirəm ki, Premyer Liqaya I Liqa klublarının gəlişi sırf say artırmaq üçün olmamalıdır. Elə etmək lazımdır ki, çempionatın səviyyəsi aşağı düşməsin. Ona görə də indidən say artımının fayda verib-verməyəcəyini söyləmək çətindir. Bu barədə mütləq ciddi şəkildə düşünmək lazımdır. Mənim şəxsi fikrim odur ki, hələlik çempionatda 10 komanda qalmalıdır.

    – Bəs legioner limiti ilə bağlı nə düşünürsünüz? Belə fikirlər səslənir ki, avrokuboklarda daha yaxşı çıxış etmək üçün “Qarabağ”, “Neftçi”, “Sabah” kimi iddialı kollektivlər limitin artırılmasının tərəfdarıdır...
    – Əgər biz sırf “Sabah”dan danışırıqsa, onu deyə bilərəm ki, yaxşı akademiyamız var. Gözləyirik ki, yaxın gələcəkdə öz akademiyamızın uşaqları əsas komandaya cəlb olunsun. “Sabah”ın prezidenti kimi 7+4 limitini normal hesab edirəm. Bu məsələdə də şərtləri müzakirə etmək lazımdır. Əgər Premyer Liqada komanda sayı artsa, o zaman limit dəyişsə, daha yaxşı olar. Lakin indiki məqamda “7+4” “8+3”ə qəfildən çevrilməməlidir. Klublar Komitəsinin iclasında limitlə bağlı geniş müzakirə oldu. Bu məsələ ilə bağlı fikir ayrılığı var. Yadımdadır ki, 3 klub limitin artırılmasının lehinə, 3 klub əleyhinə idi. Qalan 4-ü isə bu məsələdə neytral mövqe tutdu.

    – İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı bilinir?
    – Dəqiq vaxt bilinmir. Lakin iclasın mayın 2-ci həftəsində keçirilməsi nəzərdə tutulub.

    – Ad açıqlanmasa da, millinin yeni baş məşqçisinin artıq müəyyənləşdiyi deyilir...
    – Hələlik bizə konkret siyahı təqdim olunmayıb.

    Futbol

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Müsahibə

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Müsahibə

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Cüdo

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Futbol

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved