Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Stolüstü oyunlar
    "Bir səhv arzumun həyata keçməsinə mane ola bilərdi" – Ülviyyə Fətəliyeva
    29.04.2024 17:11:20

    Yunanıstanın Rodos adasında təşkil edilən qadın şahmatçıların Avropa çempionatında qızıl medal qazanan Ülviyyə Fətəliyeva Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəsmi saytına müsahibə verib.

    Prosport.Az həmin müsahibəni təqdim edir:

    – Qadın şahmatçılar arasında şəxsi Avropa çempionatı 2000-ci ildən keçirilir. Bu qələbə ilə siz Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşdünüz. Təəssüratlarınızı bilmək maraqlıdır...
    – İnanın, sevincimi tam sözlə izah etməkdə çətinlik çəkirəm. Çox sevinirəm. Məşqlərin nəticəsini gördüyümüzə görə çox şadam. Qitə çempionatı zamanı mənə dəstək olan bütün insanlara təşəkkür etmək istərdim. Avropa çempionatı çox gərgin keçdi. Həyəcansız oyunlar olmadı, hər tur müəyyən qədər həyəcan hiss olunurdu. 

    – Çempionat zamanı təmkinli olmağınızın sirri nədir?
    – Bu yarışda rahat idim. Çalışırdım ki, hisslərə imkan verməyim. Çünki bir səhv arzumun həyata keçməsinə mane ola bilərdi. Qitə yarışında uğurlu çıxış etməyimdə gərgin məşqlərin rolu böyükdür. Dəstək olan bütün məşqçilərə təşəkkür edirəm. Mənimlə çalışan məşqçi Yevgeni Tomaşevskinin adını çəkməyə bilmərəm. Və əlbəttə, AŞF prezidenti Mahir Məmmədova minnətdaram. AŞF rəhbərliyi mütəmadi olaraq hazırlığımızla maraqlanır, təcrübəli məşqçiləri işə cəlb edir. Onların ümidini doğrultduğum üçün şadam.

    – Ən çətin oyun hansı turda oldu?
    – VIII turdan sonra həyəcan var idi. Avropa çempionatının sonuna 2 tur qalırdı. Ən yaxın izləyicimi 1 xal qabaqlayırdım. Son turları düşünəndə həyəcan gəlirdi. Birdən səhv olar və turnir cədvəlində vəziyyət dəyişər. Çox istəyirdim ki, çempionatı 1-ci yerdə başa vurum.

    – 2022-ci ildə Avropa çempionatında bürünc medal qazanmısınız. 2024-cü ildə çempion oldunuz. 2 il ərzində nə dəyişdi?
    – Əvvəllər yarışdan əvvəl ancaq qələbə barədə düşünürdüm. Nəticə olmayanda təbii ki, pis təsir edirdi. Yəni, getdiyim turnir barədə fikirləşirdim. İndi daha böyük düşünürəm. Məşqlərdə gələcəkdə bütün yarışları hədəfə alıram. Bir yarışda alınmaz, digərində alınar. 2022-ci ildə bürünc medaldan sonra düşünürdüm ki, görəsən, medalı qızıl mükafata çevirə bilərəm? Xəyal qururdum. İnanırsınız, bəzən adam özünə inanır, bəzən inanmır. Xəyalım indi gerçəkləşdi. 

    – Xəyalın gerçəkləşməsi üçün nə etmək lazımdır?
    – 2020-ci ildəki pandemiyada vəziyyətini hamı xatırlayır. Hər tərəf bağlı idi. O günlərdə hazırlaşanda özüm üçün xəyal qururdum. Yunanıstana yollananda çempionluğu arzulayırdım, xəyal edirdim. İndi arzuma çatdım. Hisslərimə yer vermədim, şahmatdan zövq alaraq hər tur qələbə qazanmağa çalışdım.

    – Bu qələbə sentyabrda Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan millisinə kömək edə bilər?
    – Qitə çempionatı başa çatmayıb, hazırda son turun oyunları davam edir. Şəxsi Avropa çempionatında medalımızın sayı çox ola bilər. Komanda yoldaşım Günay Məmmədzadənin mükafatçılar sırasında yer almaq şansı var. Olimpiadaya gəldikdə, qadın şahmatçılardan ibarət millimiz hər yarışda həvəskarları sevindirməyə çalışır. Düşünürəm ki, Avropa çempionatındakı qələbə hər bir şahmatçımıza kömək ola bilər.

    – Avropa çempionluğunu kimə həsr edirsiniz?
    – Qitə çempionluğu arzum idi. Bu uğur xəyal quran gənclərə kömək ola bilər. Həyatda böyük uğurlar barədə xəyal qurmaq faydalıdır. Sadəcə, gücünə inanmalısan. Bəzən ciddi hədəflərə nail olmaq çətin görünür. İnanmaq və mübarizəni davam etdirməlisən. Hamıya təşəkkür edirəm.

    Digər idman növləri

    Kamandan oxatma üzrə ölkə çempionlarının adları bilindi – FOTOLAR

    9.08.2026 16:26:19
    Digər idman növləri

    Azərbaycan çempionatı və kubokuna start verilib – FOTOLAR

    8.08.2026 22:36:25
    Müsahibə

    “Azərbaycanla idman sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir” – İranlı nazir

    7.08.2026 20:25:49
    Digər idman növləri

    İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

    7.08.2026 19:17:38
    Digər idman növləri

    Bakı 5 min dollarlıq beynəlxalq turnirə ev sahibliyi edəcək.

    7.08.2026 10:26:19
    Digər idman növləri

    Azərbaycan idmançıları iyul ayında neçə medal qazanıb?

    5.08.2026 18:45:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Yeni transferlərdən tam razıyam" - Tahir Gözəl

    13.08.2026 23:46:51

    Mahir Emreli oynadı, "Rakuv" mərhələ adladı

    13.08.2026 23:37:18

    Murad Məmmədov "Pafos"da ilk qolunu Avstriya nəhənginə vurdu

    13.08.2026 23:19:56

    "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi dəqiqləşdi

    13.08.2026 23:10:52

    "Faydası olacaqsa, Elvini tez-tez asfalta göndərərik" – Qurban Qurbanov

    13.08.2026 22:55:59

    "Ola bilsin, bəxtimiz gətirmədi" – İqor Kostyuk

    13.08.2026 22:33:54

    "Qarabağ" "Dinamo"nu məğlub edərək, pley-offa yüksəldi - VİDEO

    13.08.2026 22:02:10

    Azarkeşlərdən üzr istədi

    13.08.2026 20:39:37

    “Sumqayıt” Ronaldo ilə müqaviləni yeniləyib

    13.08.2026 19:33:22

    "Qarabağ" - "Dinamo": HEYƏTLƏR

    13.08.2026 18:52:15

    Azərbaycanda qardaş basketbolçular komanda yoldaşı oldular

    13.08.2026 18:31:37

    APL Fantasy-yə böyük maraq: Qeydiyyatçı sayı 10 mini ötdü

    13.08.2026 18:12:26

    Dünyanın ən güclü çimərlik güləşçiləri Bakıya gəlir

    13.08.2026 17:35:38

    Azərbaycanı Avropa çempionatında 6 idmançı təmsil edəcək - ADLAR

    13.08.2026 17:21:28

    "Qarabağ" - "Dinamo" oyunundan əvvəl fan zona yaradılıb

    13.08.2026 16:56:11
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved