Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Yarımfinal və final əməlli-başlı triller oldu" – Basketbol Federasiyasının baş katibi
    16.04.2024 15:34:54

    Azərbaycan Basketbol Federasiyasının baş katibi Vüqar Əzimovun Prosport.Az saytına müsahibəsi

    – 3x3 qadın basketbol millimiz tarixdə ilk dəfə Paris Olimpiadasına vəsiqə qazandı. Siz də Honkonqda həmin anların canlı şahidi olmusunuz...
    – Qrupda ilk matçımızı Çiliyə qarşı keçirdik. Onların bir oyunçusunun zədələnməsi işimizə çox kömək oldu və qalib gəldik. Adətən biz yarışlara yaxşı start vermirdik. 2-ci oyunda Monqolustanla matç çox gərgin keçdi. Tiffani Heys həmin oyunda zədə aldı. Bu səbəbdən Niderlandla matçda onu oynatmadıq ki, yarımfinala hazır olsun. Çünki həmin matçda oynasaydı, yarımfinalda çıxış etməmək riski vardı. Yarımfinal və final əməlli-başlı triller oldu. İnanın mənə, finalda Aleksandra Mollenhauerin son topundan sonra neyləmişik, heç özümüzdən xəbərimiz olmayıb. Yəni, biz maksimumu etdik. Federasiyanın qarşısında duran ən böyük məqsəd Honkonq turnirində qalib olmaq idi. Çox şadam ki, arzumuza, məqsədimizə çatdıq.

    – Finalda Polşa yox, Niderland sizə rəqib olsaydı, çətin ola bilərdi. Çünki son Avropa çempionları idilər və üstəlik qrupda onlara uduzmuşdunuz. Siz necə düşünürsünüz?
    – Tam əksinə, biz finalda Niderlandla düşməyi istəyirdik. Hətta biz Tiffani Heyssiz oynasaq da, həmin matçda bizə qarşı çox da yaxşı oyun göstərmədilər. Bizim üçün Niderland daha uyğun rəqib idi. Polşada 3 nömrəli oyunçu amerikalı legionerdir, çox güclüdür. Ancaq sonda yenə biz qələbə qazandıq.

    – Olimpiadaya bu heyət gedəcək, yoxsa hansısa dəyişiklik olacaq?
    – Bu, çox aktual sualdır. Dünəndən jurnalistlər bu barədə soruşur. Bizdə 5 oyunçu var, ancaq bunların 4-ü gedəcək. Bu, son yarış deyil. Bildiyiniz kimi, Paris Olimpiadasından əvvəl Qəbələdə Dünya Turu və başqa ölkələrdə analoji yarış var. Həmin yarışlarda hansı basketbolçular daha hazırlıqlı olsa, həmin heyət də Parisə gedəcək.

    – Yeri gəlmişkən, Dünya Turu ötən il bölgələrdən Şuşa və Astarada keçirilmişdi. Bu dəfə şimal rayonlarımıza – Qəbələ və Qubaya salınıb. Dəyişikliyin səbəbi nədir?
    – Səbəb basketbolu bölgələrdə yaymaq, populyarlaşdırmaq, insanları, xüsusən uşaqları bu idman növünə cəlb etməkdir.

    Səbuhi Musa  

    Basketbol

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    Basketbol

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55
    Top oyunları

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23
    Top oyunları

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14
    Basketbol

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Basketbol

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53

    Zaur Axundovun səbir kasası daşdı: Cavid Hüseynov yenə qovuldu

    21.09.2026 15:42:09

    Şahmat Olimpiadası: VI turda ilk gedişi Mahir Məmmədov etdi

    21.09.2026 15:17:53

    Azərbaycan idmanının tanınmış simaları dəbilqə kampaniyasında - FOTOLAR

    21.09.2026 14:44:36

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved