Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Taekvondo
    "O turnirdən sonra Həşim üçün Olimpiadaya hazırlıq proqramı tutulacaq" – Məmməd Abdullayev
    12.04.2024 09:26:49

    Kişi taekvondo millimizin baş məşqçisi Məmməd Abdullayevin Prosport.Az saytına müsahibəsi

    – Yaxınlarda uşaqlar arasında ilk dəfə ölkə birinciliyi keçirildi. Bu barədə fikirlərinizi öyrənək... 
    – Taekvondo dinamik idman növüdür. Adətən uşaqlar burada 5-6 yaşdan məşğul olmağa başlayır. İlk dəfə 9-11 yaşlı uşaqları Azərbaycan Taekvondo Federasiyası sınağa çəkdi və Respublika birinciliyi keçirildi. Uşaqlar bünövrədir. Nə qədər çox uşaq taekvondoçu olarsa, bu, Azərbaycan taekvondosunun gələcəyindən xəbər verir. Hər bir olimpiya çempionu, mükafatçısı, dünya və Avropa çempionu addımlarını uşaqlıqdan atır. Ona görə də bu, sevindirici məqamdır.

    – Bəs niyə bu yarışı keçirməkdə gecikdik?
    – Çünki indiyədək kiçik yaşlı yeniyetmələrin rəsmi yarışı da yox idi. Əslində federasiya hər zaman zonalar üzrə bu yarışı keçirib. Hazırda bu yaş kateqoriyası üçün Avropa və dünya çempionatları keçirildiyindən, Taekvondo Federasiyası da uşaqların ölkə birinciliyini ilk dəfə keçirmək qərarı verdi.

    – Amma daha əvvəl də Azərbaycan millisi kiçik yaşlı yeniyetmələrin Avropa çempionatında iştirak edib...
    – O, rəsmi deyildi. Rəsmi yarış hər çəki dərəcəsində bir azərbaycanlı idmançının yarışdığı turnirdir.

    – Olimpiadada Azərbaycana medallar qazandırmış taekvondo millimiz bu dəfə Parisdə cəmi 1 idmançı ilə təmsil olunacaq. Kənardan taekvondomuzun səviyyəsi necə görünür?
    – Mən cəmi 7 aydır ki, kişi millisinin baş məşqçisiyəm. Bu 7 ay ərzində 2 lisenziyadan 1-nin qazanılması böyük nəticədir. Nəzərə alaq ki, həmin lisenziya da "Grand Slam" ("Böyük Dəbilqə") yarışının reytinqinə əsasən alınıb. Lisenziya alan idmançımız finalda Bakıda dünya çempionu olmuş idmançını (koreyalı Pe Çjun-so) da məğlub etdi. Təbii ki, istərdik, 2 idmançı ilə Parisə yollanaq. Amma buna da şükür olsun.

    – Olimpiadayadək lisenziya almış idmançımız Həşim Məhəmmədovu hansısa turnir gözləyir?
    – Mayda Avropa çempionatında iştirak edəcək. Hazırda milli komanda ora hazırlıq prosesindədir. Yarış 10-12 may tarixlərində Serbiyanın paytaxtı Belqradda keçiriləcək. Bu turnirdən sonra sırf Həşim üçün Olimpiadaya hazırlıq proqramı tutulacaq. Yəqin ki, bir sparrinq rəqib müəyyənləşdirib hazırlıq keçəcəyik. Ölkə daxili və xaricində məşq edəcəyik.

    – Hazırlıq harada olacaq?
    – Onu hələ müəyyənləşdirməmişik. Vaxt çoxdur. Bunu rəhbərliklə danışdıqdan sonra təyin edəcəyik.

    Səbuhi Musa

    Taekvondo

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04
    Taekvondo

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32
    Döyüş növləri

    Taekvondoçularımızdan 2 qızıl medal – FOTOLAR

    6.09.2026 20:15:34
    Taekvondo

    Azərbaycanı İsveçrədə onlar təmsil edəcəklər - ADLAR

    4.09.2026 18:43:14
    Döyüş növləri

    Azərbaycan idmançısı Cənubi Koreyada qızıl medal qazandı

    4.09.2026 13:26:12
    Döyüş növləri

    Azərbaycan idmançılarının reytinqi: Lider dəyişmədi

    1.09.2026 17:13:31
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved