Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Döyüş növləri
    Koreyalı məşqçi Fəridə və Patimatın yığmadan kənarda qalmasına aydınlıq gətirdi: "Zəifdirlər"
    11.04.2024 14:32:11

    Azərbaycan bu il Paris Olimpiadasında taekvondoda cəmi 1 idmançı ilə təmsil olunacaq. Yarışda qadın taekvondoçularımızdan heç kim olmayacaq. Halbuki 2016-cı il Rio Olimpiadasında Patimat Abakarova bürünc medal qazanıb. 

    Prosport.Az qadın taekvondo millimizin koreyalı baş məşqçisi Sun-mi Parkdan müsahibə götürüb, uğursuzluğun səbəbini öyrənməyə çalışıb.

    – İlk dəfə ölkədə uşaq taekvondoçular arasında ölkə birinciliyi təşkil olundu. Bununla bağlı nə deyə bilərsiniz?
    – Çempionat çox yaxşı keçdi. Orada çıxış edən qızlar yaxşı döyüşdülər. Koreyada da bu yaş qrupunda yarışlar keçirilir. Azərbaycanda da bu yarışın keçirilməsi sevindirici haldır. Mən Azərbaycanı, sizin xalqı çox sevirəm. Yaxşı xalqınız var.

    – Bu il Olimpiadada qadın taekvondoçularımız olmayacaq. Bunun belə olmasının səbəbi nədir?
    – Mən ötən il komandaya baş məşqçi təyin olundum. Ona görə də nəsə iş görmək üçün vaxtım az idi. İndiki heyətdəki qızların 17 yaşı var. Ancaq fikrimcə, 2028-ci ildə ABŞ-də keçiriləcək Olimpiadaya qatılıb medal qazanacağıq.

    – Əvvəl yığmada təcrübəli taekvondoçular – Patimat Abakarova və Fəridə Əzizova vardı. Bildiyimə görə, onları siz millidən uzaqlaşdırmısınız. Bunun səbəbi nədir?
    – Fəridədə bel ağrısı var. Patimatın isə mən gəlməmişdən öncə anası ölmüşdü, psixoloji durumu qaydasında deyildi. Həm də hər ikisinin yaşı da çoxdur.

    – Ancaq təcrübə hesabına yığmaya kömək edə bilməzdilər?
    – Təcrübələri ola bilər. Ancaq fiziki cəhətdən zəifdirlər. Lisenziya turnirlərində çatdıra bilməyəcəkdilər.

    – Bəs Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş Avropa Olimpiya Təsnifat Turnirinə apardığınız Zemfira Həsənzadə ilə Nigar Abdullayevanın səviyyəsi necədir?
    – Onlar yaxşıdır. Sadəcə, ilk dəfə lisenziya turnirində iştirak edirdilər. Gəncdirlər deyə, təcrübələri az idi.

    – Rəhbərlik bu zəif nəticə barədə nə deyir?
    – Federasiya prezidenti Kəmaləddin Heydərov həmişə bizə dəstək olur. O bilir ki, əvvəl mən Azərbaycana qadınlarda olimpiya medalı gətirmişəm.

    – Siz daha əvvəl də millimizdə baş məşqçi işləmişdiniz. 2016-cı ilin sonu və ya 2017-ci ilin yanvarında federasiyadan göndərildiniz. Onda niyə ayrılmışdınız və niyə geri qayıtdınız?
    – Onda bir az narazılıq olmuşdu. Gedib Kanadada işləyirdim. Mən orada – Toronto şəhərində yaşayıram. Daha sonra zəng gəldi və yenidən qayıtmağım istənildi, geri döndüm. Ancaq Kanadada olan vaxt belə, həmişə ürəyim Azərbaycanla olub. Həmişə qızlarımızın çıxışını izləyirdim.

    Səbuhi Musa

    Boks

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19
    Döyüş növləri

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25
    Taekvondo

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04
    Döyüş növləri

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32
    Güləş

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Döyüş növləri

    Avropa çempionatı: Daha 2 boksçumuz mərhələ adladı

    19.09.2026 10:51:27
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved