Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Stolüstü oyunlar
    "Şahmatda tanınan adlar Nicatın hazırlığında iştirak edib" – Mahir Məmmədov
    8.04.2024 15:59:02

    Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov qurumun rəsmi saytının suallarına cavab verib.

    Prosport.Az həmin müsahibəni təqdim edir:

    – İcraiyyə Komitəsinin iclasında müzakirə edilən məsələlərlə bağlı fikrinizi öyrənmək istərdik...
    – İcraiyyə Komitəsinin 2024-cü ildə ilk iclasında mühüm məsələlər müzakirə edildi. İlk növbədə növbəti konfransın mayda keçirilməsi barədə razılığa gəldik. Gələcəkdə yığma komandaların tərkibinin müəyyənləşməsində Azərbaycan çempionatında iştirakın vacib hesab edilməsiylə bağlı müzakirə oldu. AŞF rəhbərliyi növbəti illərdə bütün aparıcı şahmatçıların ölkə çempionatında iştirakına nail olmağa çalışır. 2025-ci ildən milli komandaların formalaşmasında Azərbaycan çempionatında iştirak amilinin əsas götürülməsini istəyirik. Sözsüz şahmatçının beynəlxalq yarışlarda uğurlu iştirakı, reytinqi də vacibdir. Amma ölkə çempionatında mübarizə aparması da əsas amillərdən biri olacaq.

    İclasda peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə şahmatı tədris edən məşqçilərin sertifikatlaşdırması məsələsi geniş müzakirə olundu. Vacib məsələlərdən biri İcraiyyə Komitəsinin üzvlərinin federasiyanın komissiyalarının işində iştiraka cəlb olunması idi. Hər bir üzvə müəyyən sahəni həvalə etdik. Bundan sonra komissiyaların işi kurasiya olunacaq və birgə çalışacaqlar.

    – Şahmat dünyasının diqqəti Kanadaya yönəlib. Nicat Abasovun çıxışı barədə nə söyləmək olar?
    – İddiaçılar Turnirində əsas mübarizə irəlidədir. Biz Nicata uğurlar arzu edirik. İcraiyyə Komitəsinin iclasında şahmatçımızın zəngin hazırlıq mərhələsində iştirakı qeyd olundu. Artıq onun məşqçilərinin adı sirr deyil. Nicatla birgə Torontoya yollanan Şəhriyar Məmmədyarov sekundant-məşqçi kimi Nicata dəstək olur. Hazırlığa istedadlı şahmatçımız Abdulla Qədimbəyli də cəlb olunmuşdu. Dünyanın aparıcı şahmat mütəxəssisləri – Vladimir Çuçelov və Boris Qelfand kimi şahmatda tanınan adlar Nicatın hazırlığında iştirak edib.

    – Vladimir Çuçelov və Boris Qelfand Bakıya səfər zamanı gənc şahmatçılar və qadınlardan ibarət yığmanın üzvləri üçün hazırlıqda iştirak etdi. Onlarla əməkdaşlıq davam edəcək?
    – İlk növbədə Azərbaycanda da təcrübəli məşqçilərin olduğunu qeyd etməliyəm. Yaxşı məşqçilərimiz olmasaydı, bu sayda istedadlı şahmatçılar  inkişaf etməzdi. Bununla yanaşı, dünya şahmat təcrübəsi bizə çox vacibdir. Vladimir Çuçelov və Boris Qelfand kimi mütəxəssislərin ölkəmizə səfəri sıradan hadisə deyil. Nicat Abasovun hazırlıq dövrünə təsadüf etdiyi üçün həm onunla təlim-məşq toplanışında iştirak etdilər, həm də gənclərə seminarlar, təkbətək məşğələlər keçirildi. Mütəxəssislərin 2-ci səfəri zamanı verilən tapşırıqlara əməl olunması yoxlanıldı, o cümlədən hazırlığın monitorinqi aparıldı. Hal-hazırda Qelfand və Çuçelov şahmatçılarımızla məşqləri həm onlayn, həm də əyani şəkildə davam etdirir.

    – Federasiyanın nəzdində fəaliyyət göstərən Şahmat Akademiyası barədə məlumat verməyinizi istərdik...
    – Ölkəmizin gənc istedadlı şahmatçılarının hazırlığını düzgün istiqamətləndirmək üçün federasiya nəzdində Şahmat Akademiyasının yaranması barədə elan verildi. Akademiyanın işinə böyük ümidlər var. Burada Azərbaycanın tanınmış məşqçiləri müxtəlif yaş kateqoriyalarında gənclərlə təcrübələrini bölüşür. Fərqlənən şahmatçıların yarışlarda iştirakını təmin etmək barədə düşünürük. Ümumiyyətlə, şahmatçılara ustalığını artırmaq üçün dövlət və federasiya tərəfindən lazımi şərait yaradılır. Şahmatçılarımızın həm ölkədə keçirilən, həm də beynəlxalq turnirlərdə iştirakı təmin olunur. Azərbaycan çempionatının mükafatçıları dünya və Avropa çempionatlarına ezam edilir. Bundan əlavə, müəyyən reytinqə malik şahmatçıların kommersiya turnirlərində iştirakına maliyyə ayrılır.

    Futbol

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Müsahibə

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Futbol

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Müsahibə

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Müsahibə

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Futbol

    "Mənim üçün Mançester və ya Sumqayıtda oynamağın heç bir fərqi yoxdur" – Timoteuş Puxaç

    14.09.2026 23:20:57
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37

    "Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı

    20.09.2026 10:00:11
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved