Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    "Bəzi güləşçilərimizin psixoloq yardımına ehtiyacı var" – Millimizin baş məşqçisi
    23.03.2024 16:54:02

    Yunan-Roma güləşi üzrə millinin baş məşqçisi Aleksandr Tarakanov Azərbaycan Güləş Federasiyasının saytına müsahibə verib.

    Prosport.Az həmin müsahibəni təqdim edir:

    – Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq necə gedir?
    – Vladiqafqazda yüksək səviyyədə təlim-məşq toplanışı keçdik. Rusiya, Azərbaycan, Qırğızıstan, Serbiya və Gürcüstandan olan heyətin birgə hazırlıq prosesi baş tutdu. Çox faydalı ümumi fiziki hazırlıq və xalça üzərində taktiki-texniki çalışmalar oldu. Toplanış o qədər yaxşı keçdi ki, hətta Bakıya qayıtdıqdan sonra istirahətə də ehtiyac duymadım. Buna şərait yaratdığı üçün federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm. Zədəlilərimiz olmasaydı, həmin toplanışda daha geniş tərkibdə iştirak edərdik. Bakıda lisenziya turnirinə son hazırlıq prosesini bir neçə komandayla birgə keçəcəyik. Ancaq komandanın yarışa neçə faiz hazır olduğunu indi deyə bilmərəm.

    – Heyətdə zədəli güləşçilərin olduğunu qeyd etdiniz. Bu, işinizə nə dərəcədə mane olur?
    – Bu idman növündə zədələnməmək mümkünsüzdür. Çünki bu, şahmat deyil. Hətta şahmatçının da bəzən başı hərlənir. Güləş ağır idman növüdür. Burada fiziki yüklənmə çox olur. Güləş həm də sürətli idman növüdür, hər şeyi tez etməlisən. Funksional, fiziki və texniki hazırlığın eyni vaxtda qaydasında olmalıdır ki, çempion ola biləsən. Avropada yunan-Roma güləşində rəqabət güclüdür. Ola bilər, hansısa idmançı Avropa çempionatında pis nəticə göstərsin. Ancaq bu onun zəif güləşçi olduğunu göstərmir. Əminəm ki, onlar Bakıdakı yarışa çox yaxşı hazırlaşacaq.

    – Komandada ab-hava necədir?
    – Əhval-ruhiyyə yüksək səviyyədədir. Hamı lisenziya turnirinə köklənib. Yarışda iştirak edəcək hər bir güləşçi Olimpiadaya vəsiqə qazanmağa çalışacaq.

    – Yarışda iştirak edəcək heyəti müəyyənləşdirmisiniz?
    – Heyəti artıq müəyyənləşdirmişik. Ancaq hələ ki açıqlamırıq. Son toplanışda hər çəkidə 2 nəfəri nəzərdə tutaraq məşqlərimizi keçəcəyik. Əsas heyətdə nəzərdə tutduğumuz güləşçi zədələnsə, həmin çəkidəki digər idmançımız onu əvəzləməyə hazır olsun. Gözlənilməz hadisələrə hazır olmalıyıq.

    – Bu yarışın evimizdə və doğma azarkeşlər önündə keçirilməsini komandamız üçün üstünlük saymaq olar?
    – Bir tərəfdən bunu bizim lehimizə qiymətləndirmək olar. Digər tərəfdən güləşçilərə fərqli təsir göstərə bilər. Kimin üçünsə adrenalin rolunu oynayacaq, kiməsə təzyiq yaradacaq. Bunun öhdəsindən gəlmək üçün psixoloji hazırlıq yüksək səviyyədə olmalıdır. Bu yarışa hazırlıq prosesi çərçivəsində bəzi güləşçilərimizin psixoloq yardımına ehtiyacı var. Ola bilər, hansısa güləşçinin ustalıq səviyyəsinə söz ola bilməz, amma psixoloji cəhətdən zəifliyi ona problem yaradar. Məhz psixoloq dəstəyi sayəsində olimpiya çempionu ola bilər.

    – Ən çox hansı çəkidə lisenziya qazanacağımıza inanırsınız? Hansı kateqoriya sizdə narahatlıq yaradır?
    – Bunu demək çətindir. Yarış göstərər. Turnirdən öncə proqnoz verməyi xoşlamıram.

    – Sonda güləş azarkeşlərinə nə demək istərdiniz?
    – Bütün azarkeşləri bu yarışa dəvət edirəm. İzləsinlər və güləşçilərimizə dəstək olsunlar. Həm yunan-Roma, həm qadın, həm də sərbəst güləş üzrə millinin üzvlərinə öz doğmaları kimi azarkeşlik etməyə çağırıram. Dəstək olun və qələbələrimizə sevinin.

    Futbol

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Müsahibə

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Müsahibə

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Futbol

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Müsahibə

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Futbol

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır

    23.09.2026 10:25:31

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Mövlud Mirəliyev 4-cü dəfə dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Azərbaycan çempionatının və klubunun adı dəyişdirildi, "Azərmaş" sponsor gəldi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved