Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    "Düşündüm ki, dərimin bir parçası dişlərinin arasında qalacaq" – Mariya Stadnik
    17.02.2024 14:22:46

    Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanmaqla öz çəkisində 10-cu dəfə qitənin ən güclüsü olan Mariya Stadnik (50 kiloqram) "Azərtac"ın suallarını cavablandırıb.

    Prosport.Az  həmin müsahibəni təqdim edirik.

    – Güləş üzrə Avropa çempionatında qazandığınız tarixi qələbəni necə şərh edərdiniz?
    – Bəli, bu mənim üçün xüsusi yubiley medalıdır. Ötən il Avropa çempionatında 9-cu dəfə qalib gələndə bu turnirdə bayrağımızı 10-cu dəfə dalğalandırmaq istədiyimi demişdim. Şadam ki, verdiyim sözə əməl etdim. Bayrağımız yenidən bütün Avropa üzərində yüksəldi.

    – 10-cu dəfə Avropa çempionu olmaq sizin üçün hansı mənanı ifadə edir?
    – Çox böyük sevinc hissi keçirirəm. Yaxşı komandam var. Mənimlə işləyən bütün insanlara, xalçada görünməyən qəhrəmanlara minnətdaram. Məhz həmin insanların sayəsində uzun illərdir ki, bu cür nəticələrə nail oluram. Həm özüm, həm də Azərbaycanın qadın güləşi üçün tarix yaza bildim. Ona görə də 10-cu Avropa çempionluğu çox böyük fəxrdir.

    – Türkiyəli Evin Dəmirhanla final görüşü kifayət qədər gərgin alındı. Hətta aranızda insident də baş verdi. Xoşagəlməz hadisə nədən qaynaqlandı?
    – Fənd işlətdiyim an türkiyəli idmançı məni dişlədi. Onu yerə yıxdıqca dişlərini daha bərk sıxırdı. Güləşdə bəzən elə anlar olur ki, rəqibi dişləyib tez də buraxırsan. O isə məni buraxmaq istəmirdi (gülür). Düşündüm ki, ayağa qalxanda dərimin bir parçası onun dişlərinin arasında qalacaq. Əvvəl fikirləşdim ki, təsadüfən dişlədi. Sonra gördüm ki, buraxmır. Ona görə ayağa qalxanda bir qədər əsəbi idim. Rəqibim bunu hansısa fənd işlətməyə gücü çatmadığı üçün etdi. Başa düşürdü ki, uduzur. Başqa yolu qalmamışdı. Amma belə etmək olmaz. Final qarşılaşmasından sonra onunla söhbət etdik. Hər şeyə aydınlıq gəldi və hər kəs bundan razı qaldı.

    – Hazırda 36 yaşınız olmasına baxmayaraq, Avropa çempionatında qarşılaşdığınız hər 3 rəqibə asanlıqla və böyük hesabla qalib gəldiniz. Deyəsən, “2-ci nəfəs” açılıb...
    – Bu, kənardan asan görünə bilər. Hazırkı səviyyəyə çatmaq, həmin qələbələri qazanmaq üçün çox böyük əziyyət çəkmişəm və bu ağır iş illərlə davam edib. Bəli, “2-ci nəfəs” açılıb. Olimpiya çempionumuz Toğrul Əsgərovla işləməyə başlamışam. O mənə motivasiya verir. Deyir ki, Olimpiya Oyunlarının qızıl medalını qazana bilərəm. Onunla işləmək çox xoşuma gəlir. Toğrul mənə idmanla məşğul olmağa başlayanda yaşadığım bütün emosiyaları xatırlatdı. Həmin vaxt məndə qalib gəlmək hissi çox güclü idi. İndi özümü daha motivasiyalı hiss edirəm.

    – Mariya Stadnik adını Azərbaycanın güləş tarixinə qızıl hərflərlə yazdırmısınız. Yəqin ki, uzun illər qadın güləşində bu rekordu yeniləmək mümkün olmayacaq...
    – Bu rekordun çox qalıb-qalmayacağını bilmirəm. Əlbəttə, istərdim ki, azərbaycanlı qızlar da belə nəticələr əldə etsin. Şadam ki, onlara nümunə göstərə bilirəm, nəyə nail ola biləcəklərini dərk edirlər. Mənimlə eyni zalda hazırlaşır, uğur qazanmağın mümkün ola biləcəyini görürlər. Nümunə gənc idmançılar üçün hər zaman böyük motivasiyadır. İstərdim ki, məndən sonra bizim qızlar hətta 15 qat, 20 qat Avropa çempionu olsun. Şadam ki, onlar üçün bir hədd müəyyənləşdirdim, bu rekordu qırmağa can atacaqlar. Necə işləmək lazım olduğunu bilirlər. Nə qədər çox çempionumuz olarsa, bu yalnız ölkəmizin, güləşimizin, idmanımızın xeyrinədir. Allah qızlarımıza mənim rekordlarımı qırmağı nəsib etsin.

    – Futbolla aranız necədir? Məsələn, sizinlə eyni gündə “Qarabağ” da Portuqaliyada tarix yazdı. Həmin görüşü izləyə bildiniz?
    – Adətən futbola baxıram. Təəssüflər olsun ki, həmin gün çox məşğul idim, çünki finalda güləşmişdim. Ona görə də futbolu izləyə bilmədim. Buna baxmayaraq, komandamızın qələbəsinə çox şadam. Bu, Azərbaycanımız üçün fəxrdir. Allah bütün idmançılarımıza ölkəmizin sevinci naminə daha çox qələbələr nəsib etsin.

    Güləş

    Ermənistan millisi Bakıya gəlir

    21.07.2026 20:22:08
    Güləş

    Hacı Əliyev dünya çempionatı ilə bağlı proqnozunu açıqladı

    20.07.2026 13:44:20
    Güləş

    Qadın güləşçimiz reytinq turnirində ilk dəfə medal qazandı

    17.07.2026 23:07:44
    Güləş

    Bakıda keçiriləcək dünya çempionatının biletləri satışda

    17.07.2026 13:09:46
    Güləş

    Reytinq turniri: 2 güləşçimiz medal qazandı

    17.07.2026 00:03:55
    Güləş

    Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

    16.07.2026 11:16:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    İTV növbəti dünya çempionatını da yayımlayacaq

    21.07.2026 23:16:10

    "Beynim hazırda KuPS-a fokuslanıb" – Valdas Dambrauskas

    21.07.2026 22:50:23

    "Bu 2 faktor üstünlüyümüz ola bilər" – KuPS-un baş məşqçisi

    21.07.2026 22:22:32

    "Sabah" Finlandiya klubuna ilk oyunda qalib gəldi

    21.07.2026 21:58:40

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10

    Ermənistan millisi Bakıya gəlir

    21.07.2026 20:22:08

    Jurnalistlər arasında ilk dəfə oxatma yarışı keçirilib - FOTOLAR

    21.07.2026 20:06:11

    "Neftçi" MPK ilə əməkdaşlığa başlayır - FOTOLAR

    21.07.2026 19:51:34

    BATE yeni transferini İçərişəhərdə təqdim etdi

    21.07.2026 19:13:40

    "Sabah" - KuPS: HEYƏTLƏR

    21.07.2026 18:51:42

    Azərbaycanda bu stadionun ot örtüyü yenilənir

    21.07.2026 18:12:30

    Azərbaycan yığmasının üzvü Tovuz klubuna keçdi

    21.07.2026 17:48:42

    Millimiz seçmə mərhələyə Çexiya səfərində start verəcək

    21.07.2026 17:12:02

    "Göztəpə"nin sabiq futbolçusu "Zirə"də

    21.07.2026 16:46:17
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved