Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    Qol sevincini Musa Qurbanlı kimi qeyd edən kapitan: "Onunla hələ görüşməmişəm"
    13.02.2024 18:00:58

    "Qarabağ"ın 15 yaşadək komandasının kapitanı Uğur Qurbanlının Prosport.Az saytına müsahibəsi

    – Belarusda keçirilmiş "Bizim gələcəyimiz" adlı yarışda 5-ci yeri tutdunuz. Turnir sizə nə dərəcədə kömək olacaq?
    – Bu yarış təcrübə və peşəkarlaşmağımız baxımından çox yaxşı turnir idi. Turnirin qalibi olmağa gəlmişdik, amma ola bilmədik. Bu yarış mənim üçün çox yaxşı təcrübə oldu. İnşallah, Bakıda daha yaxşı davam edəcəyik.

    – Ötən yay qalib olduğunuz Türkiyədəki "Kartepe Cup" turniri ilə müqayisə etdikdə, komandaların səviyyəsini necə gördünüz?
    – Çox fərq vardı. Burada daha peşəkar komandalar mübarizə aparırdı. Fiziki baxımdan daha yaxşı səviyyədə olan komandalar idi. Buna baxmayaraq, hamısı ilə var-gücümüzlə mübarizə aparmağa çalışdıq.

    – Bu turnirdə qalib olmamağınızı bir qədər də arxayınlıqla əlaqələndirmək olarmı?
    – Biz həmişə Azərbaycan komandalarına 5-6 qol vurmağa öyrəşmişdik. Burada başa düşdük ki, güclü komandalar da var. Başqa turnirlərdə daha yaxşı çıxış etməyə çalışacağıq.

    – Neçə vaxtdır ki, "Qarabağ"dasınız?
    – Artıq 9-cu ildir.

    – Komandanın yaşca ən kiçik 3 futbolçusundan biri olsanız da, kapitan sarğısını daşıyırsınız. Sizcə, hansı xüsusiyyətinizə görə kapitanlıq sizə həvalə olunub?
    – Uşaqlara motivasiya verməyi bacarıram. Görünür, müəllimlər məndə bu xüsusiyyəti gördüyü üçün belə qərar verilib. Bu sarğı qolumda olanda özümə də yaxşı oynamaq üçün motivasiya verir.

    – Türkiyədəki turnirdən etibarən qol sevincinizi Musa Qurbanlı kimi qeyd edirsiniz. Ancaq o hücumçu, siz isə mərkəz müdafiəçisiniz. Niyə bu qol sevincini özünüzə götürdünüz?
    – Soyadlarımız eynidir. Həm də xoşuma gələn futbolçudur, ona görə də onun kimi etməyə başladım.

    – Ümumiyyətlə, onunla görüşmək imkanınız olub?
    – Hələ ki xeyr.

    Səbuhi Musa

    Futbol

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Futbol

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Müsahibə

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Cüdo

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Müsahibə

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Müsahibə

    "Mənim üçün Mançester və ya Sumqayıtda oynamağın heç bir fərqi yoxdur" – Timoteuş Puxaç

    14.09.2026 23:20:57
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved