Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "O, səhvinə görə hər kəsdən üzr istədi" – "Araz-Naxçıvan"ın legioneri
    7.12.2023 10:15:14

    Azərbaycan Premyer Liqasının növbəti turunda “Zirə” ilə qarşılaşacaq “Araz-Naxçıvan”ın üzvü Aksel Nqondu hazırlıq və komandadakı vəziyyətlə bağlı arazpfk.com-a müsahibə verib.

    Prosport.Az Kamerun əsilli fransalı yarımmüdafiəçinin həmin müsahibəsini təqdim edir:

    – “Zirə” ilə oyuna hazırlıq necə gedir?
    – Oyunun əhəmiyyətini başa düşürük. Ən yüksək səviyyədə hazırlaşırıq. Məşqlərdə çalışırıq ki, məşqçinin verdiyi tapşırıqları maksimum dərəcədə icra edək, özümüzü ən yaxşı tərəfdən göstərək. Bilirik ki, oyun asan olmayacaq. Rəqibimiz turnir cədvəlinin üst sıralarındadır. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

    – Rəqibin oyununu izləmisənmi?
    – Əlbəttə, izləmişəm. Azərbaycana gələndən sonra ilk oyunum “Zirə”yə qarşı olub. Yaxşı komandadır, xüsusilə də müdafiədə etibarlı oynayırlar. İndiyə qədər cəmi 8 qol buraxıblar. Yenə deyirəm, bizim üçün vacib oyundur. Çünki son 4 matçda qələbə qazana bilməmişik.

    – Müdafiə xəttinin etibarlı oyununu qabartdın. Yarmaq mümkün olacaqmı?
    – Hətta uduzduğumuz oyunlar daxil bütün matçlarda qol vurmaq üçün şanslarımız olub. “Zirə  ilə görüşdə də bu imkanımız olacaq, yaradacağıq. Əsas məsələ həmin anda onu realizə etməkdir. İnanıram ki, bacaracağıq. Oyuna tam köklənməliyik.

    – “Səbail”lə oyunun son saniyələrində əldən verilən qələbə komanda üzvlərinə psixoloji baxımdan mənfi təsir edə bilərmi?
    – Son saniyədə qol buraxmağımız bizi təəccübləndirdi. Halbuki daha çox qol vura və meydandan 3 xalla ayrıla bilərdik. Rəqibdən daha yaxşı çıxış etmişdik. Futbolda bu cür hal ilk dəfə deyil, bundan əvvəl də olub, sonra da olacaq. Heç kim heç nədən sığortalanmayıb. Konsantrasiyamızı növbəti oyuna qorumalıyıq. “Zirə”yə qarşı da son matçdakı kimi oynasaq, qələbə qazana bilərik.

    – “Səbail”lə oyundan sonra Numan Kurdiç komanda yoldaşlarına nə dedi?
    – Səhvinə görə hər kəsdən üzr istədi. Bilərəkdən edilən hərəkət deyildi. Böyük səhv olsa da, biz onu başa düşürük. Hər birimiz bu situasiya ilə qarşılaşa bilərik. Futbol səhvlərlə doludur.   

    Müsahibə

    "İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar" – "Barselona" və "Sabah"ın sabiq futbolçusu

    24.11.2026 15:19:10
    Futbol

    "Bəxt bizim tərəfimizdə deyildi" – "Kəpəz"in qapıçısı

    23.11.2026 10:24:41
    Müsahibə

    "Məqsədimiz bu sindromu qırıb zirvəyə yüksəlməkdir" - "Sumqayıt"ın hücumçusu

    20.11.2026 15:15:51
    Cüdo

    "1 qızıl və 1 bürünc medal super nəticədir" - Fərhad Rəcəbli

    18.11.2026 17:13:52
    Cüdo

    "Oğluma demişəm ki, mən etdiyim səhvləri sən etmə" – Ömər Rəcəblinin atası

    16.11.2026 09:40:05
    Cüdo

    “İndiyədək bu inamsızlığa görə medalsız qalmışdım” – 3 il sonra yer tutan Gültac Məmmədəliyeva

    14.11.2026 20:20:30
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Bakıda qol vurdu, Suaresi geridə qoydu

    26.11.2026 13:16:07

    "Neftçi" heyətini legioner müdafiəçi ilə gücləndirdi

    26.11.2026 12:38:55

    "Sabah" - "Barselona" matçında faciə: Azarkeş stadionda öldü

    26.11.2026 12:10:13

    "Azərbaycan gözəl ölkədir" - Entoni Qordon

    26.11.2026 11:45:19

    Millimizin hücumçusu "Sampdoriya"da dubl etdi - VİDEO

    26.11.2026 11:11:20

    Çempionlar Liqası: Komandamız cavab oyununa çıxır

    26.11.2026 10:49:57

    "Sabah"ın kapitanı ən çox "seyv" edən qapıçıdır

    26.11.2026 10:23:28

    Azərbaycan klubu Polşa təmsilçisini qəbul edir

    26.11.2026 10:00:34

    Çempionlar Liqası: "Sabah"ın növbəti rəqibi qələbə qazandı

    26.11.2026 09:00:18

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18

    Çempionlar Liqası: "Turan" qrup mərhələsində məğlubiyyətlə başladı - YENİLƏNİB

    25.11.2026 23:14:05

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved