İspaniyanın "Barselona" klubunun futbolçusu Qabriel Jezus UEFA Çempionlar Liqasındakı (ÇL) qol sayına görə uruqvaylı hücumçu Luis Suaresi geridə qoyub.
Prosport.Az xəbər verir ki, 29 yaşlı hücumçu buna Bakıda "Sabah"ı məğlub etdikləri (4:1) Liqa mərhələsinin V turunun matçında fərqlənməklə nail olub.
Braziliyalı forvard qitənin 1 nömrəli klub turnirindəki qollarının sayını 28-ə çatdırıb. Suares ÇL-də 27 dəfə fərqlənməyi bacarıb.
Xatırladaq ki, Jezus cari mövsüm bütün turnirlərdə 11 oyuna çıxıb, 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Suares 2014-2020-ci illər aralığında "Barselona"da çıxış edib.
