Azərbaycanın U-21 millisinin hücumçusu Lorenso Mezzotero “Sampdoriya”nın heyətində növbəti qollarını vurub.
Prosport.Az xəbər verir ki, gənc futbolçu İtaliya B Seriyasının XIII turunda “Padova” ilə səfər görüşündə dubl edib.
O, 19 və 84-cü dəqiqələrdə fərqlənib. “Sampdoriya” bu qollar sayəsində matçdan 2:1 hesabı ilə qalib ayrılıb. Mezzotero oyunu əvəzlənmədən keçirib.
Bu, forvardın “Sampdoriya”nın əsas komandasında vurduğu 4-cü qol olub. O, ötən tur “Benevento” ilə oyunda da qol vurmuşdu
