Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Şəkidə gecə klublarının olmaması mənim üçün problem deyil" – Amerikalı oyunçu
    30.11.2023 18:46:05

    "Şəki" basketbol klubunun amerikalı oyunçusu Kris Klark mətbuat xidmətinə müsahibə verib.

    Prosport.Az həmin müsahibəni təqdim edir:

    – Avstraliya, Boliviya, Böyük Britaniya, Səudiyyə Ərəbistanı və Lüksemburqda oynamısınız. İndi isə Azərbaycanda karyeranızı davam etdirirsiniz. Bu proses necə baş verdi?
    – Əvvəla bildirim ki, sadaladığınız ölkələrdən başqa, Peru və Almaniyada da oynamışam. Azərbaycanda oynamağıma gəlincə, menecerim burada çıxış etmək imkanımın olduğunu bildirdi. Ölkə haqda əvvəl eşitsəm də, çempionatla tanış deyildim. Mən Afrika istisna olmaqla, demək olar ki, bütün qitələrdə oynamışam. Noyabrın 25-də 38 yaşım tamam oldu, komandanın ən yaşlı oyunçusuyam. Bura gələndə düşündüm ki, karyeramın son illərini burada keçirməyim mənim üçün yaxşı şans olar.

    – Son klubunuz Səudiyyə Ərəbistanının "Əl-Ənsar" klubu olub. Azərbaycan oynadığınız 2-ci İslam ölkəsidir. Əyləncə, gecə klubları baxımından müəyyən problemlərlə üzləşmirsiniz?
    – Yox, bu baxımdan elə də problem yaşamıram. Gecə klublarının olmaması mənim üçün problem deyil. İstənilən halda, gecə klublarına digər ölkələrdə olanda da getmirdim. Adətən boş vaxtlarımda musiqiyə qulaq asıram, ailəmlə görüntülü danışıram və ya gözəl mənzərəli yerlərin şəkillərini çəkirəm. Şəkidə yaşamaq bir az fərqlidir, ancaq əyləncəlidir.

    – Komandada sizdən başqa, 2 amerikalı basketbolçu var. Ümumiyyətlə, Azərbaycan Basketbol Liqasında çıxış edən həmyerlilərinizdən əvvəlcədən tanıdıqlarınız və ya dostluq əlaqələrinizin olduğu varmı?
    – Yox, heç birini daha öncədən tanımırdım. Onların çoxu karyeralarının əvvəlindədir. Mən isə 15 ildir ki, basketboldayam.

    – Azərbaycan çempionatının səviyyəsini necə görürsünüz?
    – Çempionatın səviyyəsi olduqca yaxşıdır. Hər bir komandanın əcnəbi oyunçularından əlavə, lider bir yerli basketbolçusu var.

    – Hansı mövqedə çıxış etmək sizə daha rahat gəlir?
    – Mən oyun qurucusuyam (Point guard). Ancaq hücumameyilli müdafiəçi (Shooting guard) kimi də oynamaq imkanım var. Hər iki mövqedə oynayarkən özümü rahat hiss edirəm.

    – Sonda bunu da soruşaq. 5 turda komanda bütün görüşlərdə uduzub və turnir cədvəlində sonuncudur. Qalib gəlməyin çıxış yolunu nədə görürsünüz?
    – Biz sadəcə daha yaxşı oynamalıyıq. Məşqlər zamanı gündəlik incəlikləri təkmilləşdirməliyik. Belə olsa, oyunlarda qalib gələcəyik.

    Top oyunları

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    Top oyunları

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55
    Basketbol

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23
    Top oyunları

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14
    Basketbol

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Top oyunları

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53

    Zaur Axundovun səbir kasası daşdı: Cavid Hüseynov yenə qovuldu

    21.09.2026 15:42:09

    Şahmat Olimpiadası: VI turda ilk gedişi Mahir Məmmədov etdi

    21.09.2026 15:17:53

    Azərbaycan idmanının tanınmış simaları dəbilqə kampaniyasında - FOTOLAR

    21.09.2026 14:44:36

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved