Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
        Futbol
    "Bu sıxıntılar həll olunmursa, onu unutmalı və irəli baxmalıyıq" – Aqil Nəbiyev
    7.11.2023 19:42:17

    19 yaşadək futbol millimiz (U-19) bu ay Avropa çempionatının seçmə mərhələsində mübarizəyə qoşulacaq. Lüksembur səfəri öncəsi Prosport.Az saytı U-19 millimizin baş məşqçisi Aqil Nəbiyevdən müsahibə alıb.

    – Əvvəlcə bir az keçmişə qayıdaq. Millidə məşqçilik təklifi necə alındı?
    – 2019-cu ilin ortalarından AFFA-da çalışırdım. AFFA-nın ovaxtkı Texniki direktoru Bernhard Lipert tərəfindən təklif gəlmişdi. Onda aşağı yaş qruplarından ibarət yığma komandalarımızın koordinatoru Miloş Velebit məni "Elit məşq" layihəsinə dəvət etdi. Bakı-Sumqayıt zonası üzrə layihənin rəhbəri və baş məşqçisi təyin olundum. Daha sonra pandemiya düşdü. 2021-ci ilin yanvarından isə mənə U-17 komandasında baş məşqçilik təklif olundu. Futbolçu kimi millidə oynamışdım, baş məşqçi kimi də belə bir təklif mənim üçün şərəf oldu. 2017-ci ildən I divizionda "Şüvəlan"da ilyarım baş məşqçilik təcrübəm vardı. Ancaq U-17 millisi ilə Avropa çempionatının seçmə mərhələsində çıxış edə bilmədik. Belçika, Norveç və Lüksemburqla bir qrupda idik. 2021-ci ilin oktyabrında Belçikada olarkən 3 futbolçumuzun koronavirus testi müsbət çıxdığından, bizi yarışdan kənarlaşdırdılar. Ötən ildən bu futbolçulara U-18, bu ildən isə U-19 millisində baş məşqçilik edirəm.

    U-19 Liqasında 11 komanda var. Ancaq səviyyə fərqinə görə, hər bir komandadan seçim edə bilmirik. U-19 millisinə həm AFFA, həm də futbol ictimaiyyəti olaraq ümidimiz çoxdur. Türkiyə ilə Bakıda heç-heçə oynadıq. Qəbələdə Gürcüstan üzərində qələbə qazandıq, Belarusla heç-heçə etdik. Daha sonra Gürcüstanda da rəqibi yendik. Albaniyada rəqiblə heç-heçə oynasaq da, çoxlu qol şanslarımız oldu. Özbəkistanda keçirdiyimiz təlim-məşq toplanışına qədər də qeydə alınan nəticələr göstərirdi ki, biz bu il Niderland, Bosniya və Herseqovina və Lüksemburqun yer aldığı qrupda ilk 2 yeri tutub, növbəti mərhələyə vəsiqə qazana bilərik.

    – Amma Türkiyə istisna olmaqla, Gürcüstan, Belarus və Albaniya ilə oyunların nəticələri Niderlandla Bosniya və Herseqovinanın yer aldığı qrupdan çıxmaq üçün nə dərəcədə ümid verir ki?
    – Biz bu rəqibləri qrupumuzdakı komandalara uyğun seçmişdik. Gürcüstan və Belarus futbolunun səviyyəsi heç də aşağı deyil. Albaniyanın heyətində 9 futbolçu bu yaşda legioner həyatı yaşayırdı.

    – Bəs ötən ay Daşkənddəki təlim-məşq toplanışı nəyə hesablanmışdı, Özbəkistan niyə rəqib seçilmişdi? Bu komanda ki Avropa futboluna yad ölkədir...
    – Bizdə toplanışlar 1 il - 7 ay əvvəldən müəyyənləşdirilir. Çox istərdim ki, futbol ictimaiyyəti Özbəkistan futbolunu yaxından izləsin. Özbəkistanın bu yaş qrupu Niderland U-19-u ilə eyni səviyyədədir, hətta deyərdim ki, üstündür. Onların futbolçularının çoxu əsas liqada çıxış edir. Daşkənd səfəri öncəsi komandamızın 5 üzvü hərbi xidmətlə əlaqədar ora yollana bilmədi. Nihat Mehrəliyev ("Qarabağ"), Raul Hacıyev ("Rustavi", Gürcüstan) və Əsəd Əsədli ("Turan Tovuz") milliyyətcə azərbaycanlı olsa da, onlara milli pasport almaq mümkün olmadı. "Turan Tovuz"un futbolçusu Sadiq Şəfiyev isə zədə aldığından Özbəkistana gedə bilmədi. "Qarabağ"da çıxış edən mərkəz müdafiəçimiz Musa Məmmədov oktyabrın 14-də 0:3 uduzduğumuz ilk oyunda yerə boynu üstə düşüb "qıcolma" keçirdi. Bu 10 nəfərin 7-8-i isə əsas heyətin üzvü idi. Bu 10 nəfərdən 4-nün də arxa xətt oyunçusu olduğunu nəzərə alanda, oktyabrın 16-da 0:4 uduzmağımız başadüşüləndir. Təsəvvür edin ki, sol və sağ cinah müdafiəçilərini stopper, orta xətt futbolçumuzu isə vinger kimi oynatmışıq. Bizim bir problemimiz də odur ki, heyətimizdəki futbolçular klublarının əvəzedici komandalarında və ya I Liqa komandasında əsas heyətə düşə bilmir. 

    Artıq Qəbələdə təlim-məşq toplanışına başlamışıq. 20 futbolçu ilə hazırlıqlara qoşulmuşuq. Ayın 13-də Lüksemburqa yola düşəcəyik. Noyabrın 15-i Bosniya və Herseqovina ilə, 18-i Niderlandla və 21-i Lüksemburqla oyunlarımızdır. Bizim heyətdə isə seçmə mərhələ öncəsi problemlər var.

    – Hərbi xidmətdə olan futbolçulardan əlimizi üzmüşük. Bəs sadaladığınız digər 3 futbolçu milliyyətcə azərbaycanlıdırsa, niyə onlara pasport verilmir ki?
    – Bu 3 futbolçu Rusiya, Ukrayna və Gürcüstanda doğulsalar da, təmiz azərbaycanlı uşaqlardır, azərbaycanca danışa bilirlər. Onlar gələcəkdə U-21 və əsas millimizə namizəd ola bilər. Bu futbolçuların perspektivi var deyə, onları milliyə dəvət etmişdik. Pasport məsələsi ilə hansı qurum məşğul olmalıdır, bilmirəm, amma niyə bu uşaqlara belə problem yaradılır, onu başa düşmürəm.

    – AFFA bu məsələdə nə deyir?
    – Onlar da bu məsələnin həllini tapmağa çalışır.

    – Bu futbolçular əvvəl U-17 millimizdə çıxış etməyib. Bu futbolçuları kim tapıb?
    – Şəxsən özüm. Gürcüstana orada 2:1 qalib gəldikdən sonra mənə bir azərbaycanlı yaxınlaşdı və dedi ki, Raulam, Rustavidə yaşayıram, milli komandada oynamaq istəyirəm. Ondan sonra bu uşağı yaxından izləməyə başladıq. Sonra burada onu toplanışa çağırdıq və baxdıq ki, bu uşaq həqiqətən Azərbaycana fayda verə bilər. Əsəd isə əvvəllər 2004-cü il komandamıza dəvət almışdı, "Krasnodar"ın yetirməsidir. Nihat da Ukraynada futbolun sirlərinə yiyələnib. Əsədlə Nihat indi Azərbaycan klublarında oynayır.

    Ancaq bununla belə, mən ümidimi itirmirəm. Biz Lüksemburqa əl-qolumuzu sallayıb, yollanmayacağıq. Stopper mövqeyində rotasiyalar etsək də, yaxşı nəticə qazanmağa çalışacağıq.

    – Stopperlərdən 2-si "Qəbələ"nin futbolçusu – Murad Musayev və Samir Ağayev artıq hərbi xidmətdədir. Bəs "Qəbələ" onların yoxluğunu UEFA Gənclər Liqasında necə doldurur?
    – O yarışda 2004-cü il təvəllüddlü futbolçuların iştirakına icazə var. Ona görə onlarda bu boşluğu doldurmaq mümkündür. Bizdə isə milli 2005-ci il təvəllüdlü futbolçulardan ibarətdir. 

    – Rəqibləri analiz etmisiniz?
    – Dediyim kimi, 2021-ci ildə Lüksemburq U-17-si ilə bir qrupa düşmüşdük. Onlar həmin vaxt qrupdan lider kimi çıxmışdı. Elit raundda isə səfərdə İngiltərəni 2:0 məğlub etmişdilər. Bu yaxınlarda U-21 millimizin 3:2 yendiyi Lüksemburqda 4 nəfər – 22, 15, 16 və 3 nömrəli futbolçular ovaxtkı heyətdən idi. O heyətdən 1 nəfər isə hazırda Lüksemburqun əsas millisinə dəvət alır. Bosniya və Herseqovinada isə İtaliya çempionatında oynayan futbolçular var. Onların İrlandiyanı məğlub etdiyi oyuna baxmışıq. Əsas bosniyalılarla oyuna köklənmişik. Çünki ilk oyunumuz bu komanda ilədir. Bu komandanın 4 oyununun görüntülərinə baxmışıq. Niderlandla Lüksemburqa isə orada baxmaq imkanımız olacaq. Niderlanddan isə danışmağa dəyməz. Onların akademiyalarının hansı səviyyədə olması hamıya bəllidir.

    – Komanda qrupdan çıxmasa, Aqil Nəbiyev AFFA-ya hesabat verməli olacaq. Bu uşaqlar gələn il U-20 millisində olacaq. Bu millidə işləmək istəyəcəksiniz?
    – 3 ildir ki, bu uşaqlarla bir yerdəyəm. Çalışmışıq ki, bu futbolçularla nəsə edək. Heç vaxt bəhanə gətirməyi sevməmişəm. Əgər məni bura təyin ediblərsə, əlimdən gələnin ən yaxşısını etməliyəm. Əgər bu sıxıntılar həll olunmursa, biz onu unutmalı və irəli baxmalıyıq. Hazırda seçmə mərhələyə köklənmişəm. Ondan sonra AFFA rəhbərliyi nə qərar versə, onunla razılaşmalı olacağam.

    – Aqil Nəbiyev nə əcəb milli komanda ilə bərabər, hər hansısa klubda da çalışmır?
    – Bizə AFFA ilə müqavilən olduğu halda, rəsmi şəkildə başqa bir klubla əməkdaşlığa icazə verilmir. Bu müddətdə mənə bir neçə klubdan təklif gəlib. Bunlar əvəzedici və I Liqa komandaları üçün olub... Təbii ki, klubda işləməyimiz yaxşı olardı. Çünki millidə 2-3 aydan bir toplanırsan. Məşqçinin də formada qalması üçün əlavə işi olsa, düşünürəm ki, heç də pis olmaz.

    P.S. AFFA-dan müəyyənləşdirdik ki, Gənclər və İdman Nazirliyi bu 3 futbolçunun pasport verilməsinə qarşı çıxıb. Bu səbəbdən hər 3 oyunçu Qəbələ toplanışına çağırılmayıb.

    Səbuhi Musa

    Cüdo

    "Bağda qalırdım, bekarçılıqdan karyeramı bərpa etdim" – Olimpiya finalçımız

    8.12.2025 09:32:04
    Müsahibə

    Ülviyyə Fətəliyeva: "İspaniya üzərində qələbədən sonra inam yarandı" - MÜSAHİBƏ

    27.11.2025 16:18:24
    Güləş

    İslamiadanın ikiqat qalibi: "Qazandığım medallar göstərir ki, daim inkişafda, düzgün yoldayam" - MÜSAHİBƏ

    26.11.2025 10:39:12
    Futbol

    Emin Mahmudov: "Neftçi"nin oyunu bərbaddır, biabırçılıqdır, faciədir" - MÜSAHİBƏ

    24.11.2025 15:16:08
    Futbol

    Ayxan Abbasov: "O, öz seçimini edib, danışmağa dəyməz" - MÜSAHİBƏ

    20.11.2025 16:43:10
    Müsahibə

    İslamiadanın dördqat mükafatçısı: "İndi Los-Anceles Olimpiadasına real məqsəd kimi baxıram" - MÜSAHİBƏ

    19.11.2025 14:56:52
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Ayaks" "Qarabağ"la oyun üçün Bakıya gəlib - VİDEO

    8.12.2025 23:31:19

    Rusiyada 3-cü yeri tutan komandamız Bakıya qayıtdı - FOTOLAR

    8.12.2025 23:23:22

    "Neftçi"nin oynamağına imkan vermədik" – Valdas Dambrauskas

    8.12.2025 22:39:55

    "Son 3 oyun göstərdi ki, komanda tükənib" – Sənan Qurbanov

    8.12.2025 22:35:40

    Qız basketbol yığmamız beynəlxalq turnirdə 2-ci oldu

    8.12.2025 22:06:45

    "Neftçi" yenə xala həsrət qaldı – VİDEO

    8.12.2025 21:53:05

    "Sabah" - "Neftçi": HEYƏTLƏR

    8.12.2025 18:51:53

    "Qəbələ" - "Turan Tovuz" oyunu təxirə salındı - YENİLƏNİB

    8.12.2025 18:06:18

    Yuri Vernidubun "Neftçi"dəki maaşı açıqlandı

    8.12.2025 17:52:45

    "Qarabağ"dan azarkeşlərə çağırış

    8.12.2025 16:50:06

    "Qəbələ" - "Turan Tovuz": HEYƏTLƏR

    8.12.2025 16:18:47

    Niderland nəhəngi Bakıda məşq üçün bu arenanı seçdi

    8.12.2025 16:12:09

    "Qarabağ" - "Ayaks" oyununa neçə bilet satılıb?

    8.12.2025 15:40:21

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcək - ADLAR

    8.12.2025 15:09:26

    Azərbaycan çempionatında IX turun proqramı açıqlandı

    8.12.2025 14:51:20
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved