Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Ötən mövsüm özümü yaxşı tərəfdən göstərə bilmədim" – Kamran İbrahimov
    25.10.2023 15:23:31

    Premyer Liqanın X turu çərçivəsində Tovuzda keçirilən “Kəpəz” – “Zirə” matçından sonra “sarı-göylər”in qolkiperi Kamran İbrahimov Prosport.Az-ın suallarını cavablandırıb.

    – Yaxşı mübarizə apardıq, vuruşduq, qələbə qazanmağa çalışdıq, amma qol vura bilmədik. İstənilən halda, qapımızdan top da buraxmadıq. Ən azından 1 xal götürə bildik. "Zirə" oturuşmuş komandadır. 2 ildir ki, Premyer Liqaya çıxmışıq. Vuruşduq, 1 xalı qazana bildik.

    –  10 tur ərzində “Kəpəz” yalnız iddialılardan xal alıb. Bunu nə ilə əlaqələndirmək olar?
    –  Bu, motivasiya ilə bağlı ola bilər. Hər oyunda qələbə qazanmağa çalışırıq. Olmayanda da, olmur. Futbol elədir ki, bəzən alınır, bəzən yox.

    – Əvvəlcə "Kəpəz"də qapıçı problemi oldu, yeni transfer reallaşdı. Sanki bundan sonra daha inamlı oynamağa başladın...
    –  Özümə inamım artdı. Yeni komandaydıq, yeni yığışmışdıq. Ötən mövsüm bəlkə də özümü yaxşı tərəfdən göstərə bilmədim. Amma bu il məşqçilər sağ olsunlar, özümü göstərməyə şans verdilər. Bundan istifadə etdim və indi əsas qapıçıya çevrildim.

    – Bir neçə gün əvvəl “Kəpəz” daha bir legioner qapıçı – portuqaliyalı İqor Rodriqesi transfer etdi. Bu məqam səni narahat etmir?
    –  Xeyr, heç bir narahatçılıq yoxdur. Rəqabət artır. Bu da yaxşı haldır.

    –  Bu dəfə Gəncədə yox, Tovuzda oynadınız. Demək olar ki, Tovuz stadionu sizin üçün düşərli oldu?
    –  Bəli, olar. Amma ümumi götürəndə həm "Zirə"nin, həm də bizim oyunumuz alınmadı. Təbii örtüklü meydanda məşq edib, gəlib süni qazonda oynamaq bizim üçün çətindir. Azərbaycan çempionatında 2 süni örtüklü meydanı olan komanda var: biri "Səbail", digəri "Turan Tovuz". Bu cür meydanda oynamaq hər komandaya əziyyət verir. Təbii örtükdə məşq edib, sonra süni meydançada oynamaq zədələrə yol açır, yorğunçuluq daha çox olur.

    – Bunu daha çox meydan oyunçuları deyir. Qapıçılar üçün də eyni amil keçərlidir?
    – Bəli, keçərlidir. Topun istiqaməti, sürəti, hər şeydə fərqlilik var.

    – "Kəpəz"in turnir cədvəlindəki bugünkü durumu yaxşı deyil. Gələcəkdə necə olacaq? Komanda nə etməlidir ki, xallar qazansın?
    – Hər oyunda mübarizə aparacağıq. Bilirəm ki, komandamızın xal baxımından vəziyyəti o qədər də yaxşı deyil. Sadəcə, bundan sonrakı oyunlara baxmaq lazımdır. Çalışacağıq ki, uğurlu nəticələrimiz olsun.

    –  Qarşıdakı turda Qərb derbisi olacaq. "Turan Tovuz"la matç haqda hansı fikirdəsiniz? "Zirə" ilə oyundan ikiqat çətin olacağı fikri ilə razısınız?
    –  Matç "Turan Tovuz"un öz meydanında olacaq. Bizim üçün çətin keçəcək. Süni meydanda oynamağın özü də çətindir. Əslində "Turan Tovuz" özü də təbii örtüklü meydanda məşq edir, daha sonra süni meydançada oynayır. Onlar da çətinlik çəkir. 2 komanda üçün də asan keçməyəcək. Lakin bizim üçün ikiqat çətin alınacaq. Çünki "Turan Tovuz"un stadionunda oynayacağıq. Azarkeşlərimiz isə bizə hər zaman dəstək olurlar. 1 saatlıq yoldur, uzun məsafə deyil. Gəlirlər, dəstək olurlar, sağ olsunlar.

    Müsahibə

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Müsahibə

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Müsahibə

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Müsahibə

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Müsahibə

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04

    Budapeştdə bürünc medal

    28.09.2026 10:56:36

    "Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik" - Yeton Bekiri

    28.09.2026 10:30:14

    Azərbaycan klubu sabiq legionerini geri qaytardı

    28.09.2026 10:00:42

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved