Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Mənim seçimim belədir: “Qarabağ” – Elvis Maşike
    19.10.2023 13:29:45

    Azərbaycan Premyer Liqasının X turunda “Araz-Naxçıvan” “Qəbələ”nin qonağı olacaq. Matçın hazırlığını davam etdirən Naxçıvan təmsilçisi sabah Qəbələyə yola düşəcək.

    Prosport.Az xəbər verir ki, komandadakı vəziyyətlə bağlı Elviş Maşike arazpfk.com-a müsahibə verib.

    – 2 gün sonra “Qəbələ” ilə qarşılaşacağıq. Oyuna hazırlıqla bağlı nə deyə bilərsən?
    – Çətin oyun olacaq. “Qəbələ”nin turnir cədvəlindəki mövqeyi heç kimi yanıltmasın. Razıyam, onlar cari mövsümdə çox xal itiriblər. Amma ötən mövsüm əla çıxış etmişdilər. Həm Azərbaycan kubokunu qazanmışdılar, həm də Premyer Liqada 4-cü pilləni tutmuşdular. Bu nəticəni qazanan komanda zəif ola bilməz. Üstəlik, oyun onların meydanında keçiriləcək.

    – Komandada vəziyyət necədir?  
    – “Sabah”a qarşı çox yaxşı oynadıq. Hətta qələbə qazana bilərdik. Bu da bizə əlavə motivasiya verir. Hər iki komanda qələbə qazanmaq üçün meydana çıxacaq. Baş məşqçimiz necə oynayacağımızı oyuna bir gün qalmış deyəcək. O bizdən yaxşı göstərici tələb edir. Hər dəfə meydana çıxanda qələbə üçün mübarizə aparmağımızı istəyir.

    – I dövrədəki nəticələri pozitiv qiymətləndirmək olarmı?
    – Bir qədər əvvələ baxaq. Komanda I Liqadan yeni gəlmişdi, heyətdə demək olar, çox az sayda futbolçu var idi. Mövsümün startına az vaxt qalmış futbolçular dəvət olundu. Yeni çempionat, fərqli ölkə və mentalitet… Əlbəttə, uyğunlaşmaq üçün vaxt lazım idi. Heç komanda olaraq toplanış da keçirmədik. Ancaq baş məşqçimiz bizi yaxşı nəticə qazanacağımıza inandırdı. Nəticələri pozitiv hesab edirəm.

    – Hansı oyunda qeydə alınan nəticəyə görə təəssüfləndin?
    – “Səbail”lə oyundakı nəticəyə görə üzüldüm. Biz rəqibdən daha yaxşı oynadıq, real qol şansımız da onlardan çox oldu. Təəssüf ki, sona yaxın təyin olunan penalti əziyyətimizi nəticəsiz qoydu. Ancaq bu cür oyunlar da olmalıdır ki, motivasiyadan düşməyəsən. Demək olar, hər oyunda bizim fərqlənmək üçün daha çox şansımız olur, amma hamısını qola çevirə bilmirik.

    – Yeri gəlmişkən, 9 oyuna 1 qol vurmusan. Az fərqlənməyin nə ilə bağlıdır?
    – Komanda yoldaşlarıma inanıram. Bilirəm ki, qol vurmağım üçün mənə hər cür şərait yaradacaqlar. Bu baxımdan heç bir narahatlığım yoxdur. Əsas problemim adaptasiya ilə bağlı idi. Fərqli ölkə, yeni liqa, komanda, heç vaxt bir yerdə oynamadığım futbolçular və s. Baş məşqçinin istəyi də fərqlidir. Azər Bağırova təşəkkür edirəm, hər zaman mənə inandığını deyir, qətiyyətli olmağımı tapşırır, şans verir. Əgər komandama, baş məşqçimə lazımamsa, deməli, xoşbəxt adamam. Mən də əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Problemlərim arxada qalıb, indi tam hazıram.

    – Premyer Liqada hansı komandanın oyununu bəyənirsən?
    – Ancaq “Qarabağ”ı fərqləndirərdim. Bu komanda daha keyfiyyətli futbolçulardan qurulub və yaxşı oynayır. Yeni gələndə hər kəs “Sabah”ın, “Neftçi”nin də adını çəkirdi. Amma mənim seçimim belədir: “Qarabağ” bu çempionatda tam fərqli futbol oynayır. 

    Müsahibə

    "Mbappe 11 nəfəri keçdi və qol vurdu" - Toral Bayramov

    13.07.2026 10:03:23
    Müsahibə

    "Niyə Azərbaycanda da çempion olmayım?" - Yuri Vernidub

    11.07.2026 14:33:43
    Müsahibə

    "Bizi çətin oyun gözləyir" – Aydın Bayramov

    9.07.2026 14:23:55
    Basketbol

    "Olimpiada futbol üzrə dünya çempionatından daha maraqlıdır" – "Neftçi"nin icraçı direktoru ilə MÜSAHİBƏ

    9.07.2026 09:00:29
    Top oyunları

    "Bir məşqçiyə fokuslanıb, onun bu sözlərinə görə oynamamalıyıq" – Tahir Baxşıyev

    5.07.2026 12:15:56
    Müsahibə

    "Qarabağ"ın mənə yanaşması tam fərqli idi" – Samuel Lobatu

    23.06.2026 13:39:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi" Sloveniyada son oyuna çıxır

    13.07.2026 10:52:41

    “Sumqayıt”ın sabiq futbolçusu ölkəsinə qayıtdı

    13.07.2026 10:31:02

    "Mbappe 11 nəfəri keçdi və qol vurdu" - Toral Bayramov

    13.07.2026 10:03:23

    Yusif Dursunov U20 Avropa çempionu oldu

    12.07.2026 23:07:37

    “Bu, komandamız üçün çox böyük və tarixi qələbədir” – Samir Baxşıyev

    12.07.2026 23:04:28

    Millimiz qrupda ilk qələbəsini qazandı

    12.07.2026 23:01:31

    İran baş məşqçi ilə bağlı qərarını verdi

    12.07.2026 22:48:53

    Gimnastlarımızdan qızıl medal – FOTOLAR

    12.07.2026 22:07:44

    Voleybolçularımızdan gümüş medal

    12.07.2026 21:15:19

    "Real"da məşqçi dəyişikliyi

    12.07.2026 20:53:23

    “Çelsi” ilə uğur qazanmaq mümkündür" – Xabi Alonso

    12.07.2026 20:20:36

    Rəşad Əzizli "Kəpəz"ə transfer olundu

    12.07.2026 19:38:11

    "Turan Tovuz"dan "Şəfa"

    12.07.2026 19:15:15

    İnfantino DÇ-də komanda sayını 64-ə çatdırmaq istəyir

    12.07.2026 18:54:33

    "Şəfa" millimizin üzvünü transfer etmək istəyir

    12.07.2026 17:44:51
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved