Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Qarabağ” istənilən türk klubuna qalib gələ bilər" – Şahruddin Məhəmmədəliyev
    27.09.2023 11:30:25

    Prosport.Az Azərbaycan millisinin və Türkiyənin “Adana Demirspor” komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin AZƏRTAC-a müsahibəsini təqdim edir.

    – Türkiyə klubunda işləriniz necə gedir? Yeni komandanıza uyğunlaşa bilirsiniz?

    – Şükürlər olsun, hər şey qaydasındadır. Sırf komandaya adaptasiya prosesi normal qaydada gedir. Prinsipcə, Azərbaycan və ingilis dilini bilirəm. Sadəcə, türkcə danışmaq bir az çətindir. Qalan məsələlər qaydasındadır. Türkiyə futboluna isə öyrəşmək lazımdır. Çünki tamam fərqli çempionat keçirilir. Türkiyə Superliqası Azərbaycan çempionatında fərqlənir. Burada liqa daha güclüdür.

    – Komandada sizə münasibət necədir?

    – Klubda mənə yaxşı münasibət göstərirlər. Türk futbolçular Azərbaycandan olduğumu, İslam dininə ibadət etdiyimi bilirlər və mənə qardaş kimi yanaşırlar. Legioner futbolçularla bağlı da heç bir problem yoxdur. Hər şey əladır.

    – Türkiyə futbolunda sizi ən çox təəccübləndirən nə oldu?

    – Hələlik məni təəccübləndirən nəsə görməmişəm. Hər şeyi dərk edib “Adana Demirspor”a keçmişəm. Yalnız azarkeşləri qeyd edərdim. İnsanlar futbolu çox sevirlər.

    – Azarkeşlərdən söz düşmüşkən, çempionat matçlarında dolu tribunalar qarşısında oynamaq necədir?

    –  Bu hissləri “Qarabağ”la avrokubok oyunlarında yaşamışam. Odur ki, belə atmosferi həm səfər, həm də ev matçlarında çox görmüşəm. “Qarabağ” azarkeşləri də bizi yaxşı dəstəkləyirdilər. Adana klubunun çox güclü azarkeş dəstəyi var. İnsanlar futbolla nəfəs alırlar. Adana ölkənin ən əsas futbol regionlarından biridir. Bu mənada, burada oynamaq xoşdur. Ümumiyyətlə, futbol azarkeşlər üçündür. Biz oynayırıq ki, onlar stadionlara gəlsinlər, tribunaları doldursunlar. Tamaşaçısız futbol olmaz. Təəssüf ki, Azərbaycanda insanlar stadionlara az gəlirlər.

    – “Qarabağ” Türkiyə çempionatında çıxış etsəydi, hansı yer uğrunda mübarizə apara bilərdi?

    – Bir az çətin sual oldu. Hansısa oyunu götürsək, düşünürəm ki, “Qarabağ” istənilən türk klubuna qalib gələ bilər. Təbii ki, “Adana Demirspor”dan başqa (gülür). Amma hansı yer uğrunda mübarizə apara biləcəyini deyə bilmərəm.

    – Ötən tur “Kasımpaşa” ilə matçda meydana çıxmaqla yeni komandanızda debüt etdiniz. Təəssüratlarınızı bilmək maraqlı olardı...

    – Qapıçımız qırmızı vərəqə ilə meydandan qovulduğu üçün dərhal oyuna daxil oldum. Əslində danışılası xüsusi bir şey yoxdur. Təəssüratlar müsbət deyil. Çünki komandamız uduzdu. Heç vaxt şəxsi ambisiyalarımı komandadan üstün tutmamışam. Hətta meydana çıxmasaydım belə, fikirlərim dəyişməyəcəkdi. Çünki məğlub olduq.

    – Matçdan sonra baş məşqçi Patrik Klyuvertlə söhbətiniz oldu? Sizin çıxışınızdan razı qalıb?

    – Xeyr, heç kimlə belə bir danışığımız olmadı. Sadəcə, “afərin” dedilər, bu qədər.

    – “Adana Demirspor” klubu əcnəbi qapıçısı Qoran Karaçiçlə yollarını ayırdı. Yəqin ki, bu hadisə qolkiper kimi sizi sevindirdi. Artıq daha çox oynamaq şansı qazanacaqsınız...

    – Xeyr, bu xəbərə sevinmədim. Ümumiyyətlə, belə şeylərə fikir vermirəm. Hətta mən komandaya yeni gələndə Karaçiç düşərgədə deyildi. Birlikdə bir məşq belə keçmədik. Ona görə də bu ayrılıq məni nə sevindirir, nə də kədərləndirir.

    – “Qarabağ”ı “Adana Demispor”a dəyişməyi karyeranızda geriyə addım hesab etmirsiniz?

    – Əlbəttə, yox. Azərbaycan çempionatından Türkiyə Superliqasına keçidimi necə geri addım hesab edə bilərəm?

    – Mən sırf klubları nəzərdə tuturam...

    – Təbii ki, “Qarabağ” böyük klubdur. Bu komandada Qurban Qurbanov kimi baş məşqçi ilə işləmək, o cür futbolçularla oynamaq çox yaxşı idi. Amma hər zaman daha rəqabətli və güclü liqaya can atmaq lazımdır. Amma “Adana Demirspor”u zəif klub hesab etmirəm. Əksinə, Türkiyənin ən böyük komandalarından biridir.

    – Türkiyə Superliqasının reqlamentinə əsasən, üçüncü turdan təxirə salınmış matçda “Beşiktaş”a qarşı oynaya bilməyəcəksiniz. Buna görə məyussunuz?

    – Bəli, məyusam. Amma bunu əvvəldən bilirdim. Təqribən 10 gün əvvəl bu barədə mənə məlumat vermişdilər. Hətta “Kasımpaşa” ilə oyuna gedərkən “Beşiktaş”a qarşı oynamayacağımdan xəbərdar idim.

    – “Qarabağ”da çıxış edərkən avrokubok oyunları zamanı buraxdığınız səhvlərə görə çox tənqid olunurdunuz. Hətta Ağdam klubunun Çempionlar Liqasında qrupa düşə bilməməsində də sizi günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?

    – İndi kimisə tənqid, təhqir etmək çox asanlaşıb. Sosial şəbəkələrdə paylaşım edirsən, özünə müəyyən kütlə toplayırsan. Amma bu, normal deyil. Çünki hər bir insan ağzından çıxan sözə görə məsuliyyət daşımalı və cavab verməlidir. Bu, tək bizdə deyil. Dünya futbolunda da oxşar vəziyyətdir. Məsələn, “Mançester Yunayted”in yeni qapıçısı Andre Onana ötən mövsüm Çempionlar Liqasının finalında oynayıb, İtaliya A Seriyasının qalibi olub. Mövsümün əvvəlidir, həm onun, həm də komandasının oyunu alınmır. İnsanlar sosial şəbəkələrdə qolkiperi təhqir edirlər. Halbuki cəmi 8-9 oyun keçirib. Düşünürəm ki, “Qarabağ”ın Çempionlar Liqasından mənə görə kənarda qaldığını deyənlər futbolu yaxşı bilmirlər. Polşa “Rakuv”unun qapıçısı bizimlə oyunlarda əla çıxış etdi. Amma pley-off mərhələsinin matçlarında gözlənilməz qollar buraxdı. Hətta qolun birini təqribən meydanın mərkəzindən vurdular. Onda belə çıxır ki, “Rakuv” qapıçısına görə qrupa düşə bilmədi? Məncə, belə deyil. Hətta deyərdim ki, “Rakuv” məhz onun sayəsində pley-offa yüksəldi. Tənqid edən insanlar yalnız mənfi cəhətləri görürlər. Çoxdandır belə şeylərə fikir vermirəm. Futboldan başı çıxan insanlar bizim necə əziyyət çəkdiyimizi, çalışdığımızı bilirlər. Heç kim deyə bilməz ki, Şahruddin “Qarabağ”da az məşq edirdi, nəyisə düz etmirdi. Bu mövsüm Çempionlar Liqasında qrupa düşməyimizi daha çox istəyirdim. Amma Allahın öz planı olur. Nə baş verirsə, hamısı yaxşıya doğru olur.

    – Yığmadan komanda yoldaşınız Renat Dadaşov da Türkiyədə çıxış edir. Bu yaxınlarda “Hatayspor”a keçən futbolçu ilə görüşə bilirsiniz?

    – Əslində Türkiyəyə millinin düşərgəsindən birlikdə gəlmişdik. Amma hələ görüşmək imkanımız olmayıb. Çünki vaxt yoxdur. Demək olar ki, hər gün məşqimiz olur. Onlar hazırda İstanbulda məskunlaşıblar. Düşünürəm ki, Mersinə gəldikdən sonra tez-tez görüşə biləcəyik. Onun adına da çox sevinirəm. Sonda fürsətdən istifadə edib Azərbaycan xalqını təbrik etmək istəyirəm. Şükürlər olsun, ölkəmiz Qarabağda suverenliyini tam bərpa etdi.

    Futbol

    Azərbaycan futbolunun inkişafı yalnız AFFA-nın məsuliyyəti deyil" - Edmond Klaus

    21.07.2026 12:22:50
    Top oyunları

    "Təşəbbüs Ehtiram müəllimdən gəldi" – Həsən Zeynalov "Turan Tovuz"dakı təyinatından danışdı

    19.07.2026 15:45:12
    Müsahibə

    "Mbappe 11 nəfəri keçdi və qol vurdu" - Toral Bayramov

    13.07.2026 10:03:23
    Futbol

    "Niyə Azərbaycanda da çempion olmayım?" - Yuri Vernidub

    11.07.2026 14:33:43
    Müsahibə

    "Bizi çətin oyun gözləyir" – Aydın Bayramov

    9.07.2026 14:23:55
    Digər idman növləri

    "Olimpiada futbol üzrə dünya çempionatından daha maraqlıdır" – "Neftçi"nin icraçı direktoru ilə MÜSAHİBƏ

    9.07.2026 09:00:29
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    İTV növbəti dünya çempionatını da yayımlayacaq

    21.07.2026 23:16:10

    "Beynim hazırda KuPS-a fokuslanıb" – Valdas Dambrauskas

    21.07.2026 22:50:23

    "Bu 2 faktor üstünlüyümüz ola bilər" – KuPS-un baş məşqçisi

    21.07.2026 22:22:32

    "Sabah" Finlandiya klubuna ilk oyunda qalib gəldi

    21.07.2026 21:58:40

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10

    Ermənistan millisi Bakıya gəlir

    21.07.2026 20:22:08

    Jurnalistlər arasında ilk dəfə oxatma yarışı keçirilib - FOTOLAR

    21.07.2026 20:06:11

    "Neftçi" MPK ilə əməkdaşlığa başlayır - FOTOLAR

    21.07.2026 19:51:34

    BATE yeni transferini İçərişəhərdə təqdim etdi

    21.07.2026 19:13:40

    "Sabah" - KuPS: HEYƏTLƏR

    21.07.2026 18:51:42

    Azərbaycanda bu stadionun ot örtüyü yenilənir

    21.07.2026 18:12:30

    Azərbaycan yığmasının üzvü Tovuz klubuna keçdi

    21.07.2026 17:48:42

    Millimiz seçmə mərhələyə Çexiya səfərində start verəcək

    21.07.2026 17:12:02

    "Göztəpə"nin sabiq futbolçusu "Zirə"də

    21.07.2026 16:46:17
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved