Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Məşqçilərimizin qovulması bizi daha da motivasiyalı edir" – Əyyub Allaş
    25.09.2023 14:13:17

    "Qəbələ"nin Mərakeş əsilli belçikalı futbolçusu Əyyub Allaşın Prosport.Az-a müsahibəsi

    – Azərbaycan Premyer Liqasının VI turunda "Turan Tovuz"la 2:2 oynadınız. İlk hissədə üstünlük onlarda olsa da, 2-ci hissədə hesabı bərabərləşdirdiniz...
    – Tovuzda oynamaq çox çətindir. İlk hissədə biz qol da vura bilərdik. Vursaydıq, fərqli olacaqdı. Məncə, ilk qoldan sonra biz beynimizdə dəyişiklik etdik. Bunun da nəticəsi olaraq 2 qol vurduq. Şadam və komandamla fəxr edirəm ki, 0:2-dən oyunu 2:2-yə çevirə bildik.

    – Buraxdığınız 2 qolu nə ilə əlaqələndirə bilərsiniz?
    – Məncə, ilk hissədə də biz "Turan Tovuz"dan daha yaxşı oynamışdıq. Sadəcə, ani konsentrasiya çatışmazlığı oldu və biz qollar buraxdıq. Düşünürəm ki, biz 1 xalı qazanmağa layiq idik.

    – Oyunun sonlarında rəqib çaşqınlıq içində idi. Qələbə qolunu vurmaq üçün nə çatışmadı?
    – Biz özümüzə çox əmin olmalı idik. Onda daha çox qollar vura bilərdik. Hətta ilk hissədə 1 və ya çox qol vurmaq imkanımız vardı.

    – Ardıcıl 4 məğlubiyyətdən sonra komanda 1 qələbə və 1 heç-heçə etdi. Demək olarmı ki, komanda qara zolaqdan çıxdı?
    – Əlbəttə. Bunadək hamı deyirdi ki, "Qəbələ" artıq I Liqaya düşəcək. Ancaq baş məşqçi qələbə qazanmağın yollarını bizə izah edəndən sonra biz daha çox mübarizə ruhu ortaya qoymağa başladıq. Bu çempionatda bu ruh çox vacibdir.

    – Builki çempionat barədə nə deyə bilərsiniz?
    – Məncə, bu çempionatda hamı bir-birini məğlub edə bilər. Sürprizlərlə dolu çempionatdır. "Top-3" komandalar artıq yoxdur. "Turan Tovuz" "Sabah"ı səfərdə 3:0 məğlub edir. Halbuki hamı "Sabah"ın 3-4 qol vuracağını gözləyirdi. 6 ay əvvəl mən bura gələndə "Qarabağ", "Sabah" və "Neftçi" digər komandaları asanlıqla məğlub edirdi. İndi isə "Araz-Naxçıvan" "Neftçi"yə qalib gəlir.

    – "Qəbələ"yə keçəndə "Neftçi"nin sabiq futbolçusu Sabir Buqrin sizinlə bağlı paylaşım etmişdi. Onunla əlaqələriniz varmı, ölkəmizə yenidən geri qayıtmaq ehtimalı mövcuddur?
    – O mənə qardaş kimidir. 11 yaşımdan onunla bir Akademiyada (JMG Academy) futbolun sirlərinə yiyələnmişəm. 6 il bir yerdə olmuşuq. O, Belçikanın Mexelen şəhərində məndən 100 metr aralıda yaşayır. Hər gün onunla "vatsap" üzərindən əlaqədə oluram. Belə bir şayiə vardı ki, o, Azərbaycana qayıda bilər. Ancaq Mərakeşin "Raja" klubundan əlverişli təklif aldığından, o klubu seçdi.

    – Bu gün "Qarabağ"la ağır oyun sizi gözləyir. Onların bir diqqəti də avrokuboklardadır. Rəqibi Qəbələdən əliboş göndərə biləcəksiniz?
    – Məncə, biz bunu edə bilərik. Onlar avrokuboklara görə əsas "11-lik"lə oynamırlar. Bu da bizim üçün bir fürsətdir. Ancaq "Qarabağ"ın digər futbolçularının səviyyəsi də yüksəkdir. Ümid edirəm ki, biz onlardan 3 xalı qopara biləcəyik.

    – "Zirə" ilə oyunda baş məşqçi Elmar Baxşıyev, "Turan Tovuz"la matçda məşqçi Xaqani Məmmədov qırmızı vərəqə aldı. Bu amil futbolçulara nə dərəcədə təsir edir?
    – Əksinə, futbolçuları daha da motivasiyalı edir (gülür). Çünki həmin oyunlarda xallar almışıq. Ardıcıl məğlubiyyətlərdən sonra özümüzə gəlmişik. Hamı – məşqçilər heyəti də qələbə qazanmaq istəyir. Biz hakimlərə hörmətlə yanaşırıq. Ancaq Azərbaycanda onların səviyyəsi elə də yüksək deyil. Bizim lehimizə olan qərarlar bəzən verilmir. Amma düşünürəm ki, əsas məsələ çətin Tovuz səfərindən xalla qayıtmaq idi ki, bunu bacardıq.

    Səbuhi Musa

    Futbol

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47
    Futbol

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07
    Futbol

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43
    Futbol

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21
    Futbol

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41
    Futbol

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47

    "Sumqayıt" növbəti transferini açıqladı

    28.09.2026 15:41:55

    Yeni hücumçu ilə 1 illik müqavilə imzalandı

    28.09.2026 15:15:25

    "Turan"dan Çempionlar Liqası jesti: Biletlər pulsuz olacaq

    28.09.2026 14:46:46

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21

    Mahir Məmmədov yeni seçilən prezidentlə görüşdü

    28.09.2026 12:43:10

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04

    Budapeştdə bürünc medal

    28.09.2026 10:56:36

    "Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik" - Yeton Bekiri

    28.09.2026 10:30:14

    Azərbaycan klubu sabiq legionerini geri qaytardı

    28.09.2026 10:00:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved