Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Neftçi"yə qalib gəlməyimizi sürpriz hesab etmirəm" – Kristian Avram
    19.09.2023 10:31:27

    “Neftçi”yə qalib gələrək (1:0) xallarının sayını 10-a çatdıran və turnir cədvəlində 5-ci pilləyə yüksələn “Araz-Naxçıvan” 2 günlük istirahətin ardından bu gün məşqlərini bərpa edir.

    Prosport.Az xəbər verir ki, “ağ-qırmızılar”ın moldovalı qapıçısı Kristian Avram həm son, həm də növbəti görüşlə bağlı klubun rəsmi saytına müsahibə verib. 

    – Başlayaq “Neftçi” ilə oyundan. Əksəriyyət “Araz-Naxçıvan”ın qələbəsini sürpriz hesab edir...
    – Elə deməzdim. Bilirəm ki, “Neftçi” iddialıdır, çempionluq uğrunda mübarizə aparır, heyətində çoxsaylı futbolçu var. Biz də rəqibin kimliyindən asılı olaraq, bütün oyunlara qələbə qazanmaq üçün çıxırıq. Baş məşqçimiz bunu tələb edir. Hansısa oyuna çıxanda deməyib ki, heç-heçə məni qane edir. Çox ambisiyalıdır. “Neftçi” ilə matça da yaxşı hazırlaşmışdıq. Bəhrəsini də gördük. Mübarizə apardıq, məşqçi heyətinin tapşırıqlarını yerinə yetirdik, buna görə də 3 xal qazandıq.

    – Məhəmməd Kadiri qırmızı vərəqə alan zaman nə düşündün?
    – Kadiri oyun epizodu zamanı 2-ci sarı – qırmızı vərəqə aldı. Komandaya çox kömək etdi. O, meydandan çıxdıqdan sonra panikaya düşmədik, əksinə, konsentrasiyamızı artırdıq, daha diqqətli olduq.

    – Komandamız növbəti oyunda “Səbail”lə qarşılaşacaq. Onların da 3 oyunluq qələbə seriyası var. Bu rəqib haqda nə düşünürsən?
    – 2 günlük istirahətdən sonra məşqlərimizi bərpa etdik. Lazım olan informasiyanı baş məşqçimiz verəcək. Diqqətli olmalı, yaxşı hazırlaşmalıyıq. Yenə deyirəm ki, rəqibin kimliyindən asılı olmayaraq, bizdən qələbə tələb olunur.

    – Çempionatın hazırkı bombardirinin “Səbail”də çıxış etməsi xüsusi diqqət tələb edirmi?
    – Futbol kollektiv oyundur. Konkret hansısa futbolçuya diqqət yetirmək, ancaq onu zərərsizləşdirməyə fokuslanmaq düzgün deyil. Komanda olaraq meydanda məqsədimizə nail olmaq üçün hər şeyi edəcəyik. Məşqçilərin verəcəyi informasiya da vacibdir.

    – Oyunun süni örtüklü meydanda keçirilməsi səni narahat etmir?
    – Biz peşəkar futbolçularıq. Əlbəttə, daha yaxşı olardı ki, bütün oyunlar təbii örtüklü meydanlarda keçirilsin. Amma bu gün şərait budursa, razılaşmaq lazımdır.

    – Premyer Liqa haqda nə düşünürsən?
    – Oyunlar da, nəticələr də maraqlıdır. Əksər komandalar yüksək yerlərə iddialıdır. Hər kəs mübarizə aparır. Zəif rəqib yoxdur. Əlbəttə, bu Azərbaycan futbolu üçün vacib amildir.

    – Hazırda komandamız 5-ci pillədə məskunlaşıb. Yuxarı yerlərə qalxmaq mümkün olacaqmı?
    – Çempionat yeni başlayıb. Heç 1-ci dövrə başa çatmayıb. Qış fasiləsində çox dəyişikliklər ola bilər. İndidən kimsə deyə bilməz ki, mövsümü filan pillədə başa vuracağam. Onu mayda biləcəyik. Ancaq hazırkı mövqeyimizi yaxşılaşdırmaq imkanımız var. Təsəvvür edin ki, 4 komandanın aktivində eyni sayda xal var.

    Futbol

    İTV növbəti dünya çempionatını da yayımlayacaq

    21.07.2026 23:16:10
    Futbol

    "Beynim hazırda KuPS-a fokuslanıb" – Valdas Dambrauskas

    21.07.2026 22:50:23
    Futbol

    "Bu 2 faktor üstünlüyümüz ola bilər" – KuPS-un baş məşqçisi

    21.07.2026 22:22:32
    Futbol

    "Sabah" Finlandiya klubuna ilk oyunda qalib gəldi

    21.07.2026 21:58:40
    Futbol

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02
    Futbol

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    İTV növbəti dünya çempionatını da yayımlayacaq

    21.07.2026 23:16:10

    "Beynim hazırda KuPS-a fokuslanıb" – Valdas Dambrauskas

    21.07.2026 22:50:23

    "Bu 2 faktor üstünlüyümüz ola bilər" – KuPS-un baş məşqçisi

    21.07.2026 22:22:32

    "Sabah" Finlandiya klubuna ilk oyunda qalib gəldi

    21.07.2026 21:58:40

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10

    Ermənistan millisi Bakıya gəlir

    21.07.2026 20:22:08

    Jurnalistlər arasında ilk dəfə oxatma yarışı keçirilib - FOTOLAR

    21.07.2026 20:06:11

    "Neftçi" MPK ilə əməkdaşlığa başlayır - FOTOLAR

    21.07.2026 19:51:34

    BATE yeni transferini İçərişəhərdə təqdim etdi

    21.07.2026 19:13:40

    "Sabah" - KuPS: HEYƏTLƏR

    21.07.2026 18:51:42

    Azərbaycanda bu stadionun ot örtüyü yenilənir

    21.07.2026 18:12:30

    Azərbaycan yığmasının üzvü Tovuz klubuna keçdi

    21.07.2026 17:48:42

    Millimiz seçmə mərhələyə Çexiya səfərində start verəcək

    21.07.2026 17:12:02

    "Göztəpə"nin sabiq futbolçusu "Zirə"də

    21.07.2026 16:46:17
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved