Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Lənkərandakı dövrümü xatırlatmaq üçün çox şey etməliyəm" – Elnur Cəfərov
    17.09.2023 17:46:01

    "Kəpəz"in futbolçusu Elnur Cəfərovun Prosport.Az saytına müsahibəsi

    – Azərbaycan Premyer Liqasının VI turunda "Səbail"ə 0:3 hesabı ilə uduzdunuz. Böyük hesablı məğlubiyyət bir qədər gözlənilməz olmadı ki?
    – Oyuna çox ciddi hazırlaşmışdıq. Matçın məsuliyyətini dərk edirdik. Öz səhvimizdən buraxılan ilk qol bizdə psixoloji düşkünlük yaratdı. Toparlanmağa çalışsaq da, 2-ci qolu buraxandan sonra komandanı yığıb-yığışdırmaq çətin oldu. Bu da oyunun qırılma nöqtəsi idi.

    – Ümumiyyətlə, komandada motivasiya çatışmazlığı hiss olunur. "Neftçi" və "Qarabağ"dan xal alırsınız, ancaq ortabab bilinən komandalarla matçlarda erkən qollar buraxırsınız...
    – Gəncədə 2 oyunu uduzmuşduq deyə, hər bir oyunçu matçın məsuliyyətini dərk edirdi. Kənardan başqa cür görünə bilər. Ancaq biz evdə növbəti dəfə uduzmamaq üçün qalib gəlmək istəyirdik. Sadəcə, hər şey istədiyimiz kimi getmədi.

    – İlk hissədə real qol vəziyyəti var idi ki, sol ayaqla zərbə endirdiniz. Bəlkə də sağ ayaqla vursanız, qol ola bilərdi. Bu epizodu necə şərh edərsiniz ?
    – Əsas ayağım soldur. Lakin top istədiyim kimi ayağıma oturmadı. Meydança hamar deyil deyə narahatlıq oldu. Topu uzaq küncə vurmaq istəsəm də, alınmadı. Alınsaydı, oyunun axarı çox dəyişəcəkdi.

    – Ümumiyyətlə, 2-ci hissədə fərdi ustalığınız sayəsində təhlükəli epizodlar yaratdınız. "Xəzər Lənkəran"da çıxış etdiyiniz vaxtları xatırlatdınız...
    – Əvvəlki Elnur Cəfərovu xatırlatmaq üçün hələ çox iş görməliyəm. Bunun üzərində çalışıram. Oyundan oyuna daha çox komandaya xeyir vermək istəyirəm.

    – Azarkeşlər "istefa" şüarları səsləndirdilər. Bu, oyununuza psixoloji cəhətdən təsir edir?
    – Oyunun gedişində istər-istəməz futbolçu üzərində təzyiq yaradır. Amma bu vəziyyətə özümüz düşmüşüksə, özümüz də çıxmalıyıq.

    – Çıxış yolunu nədə görürsünüz?
    – Sadə səhvlər etməməliyik. Oyunları analiz edib nəticələr çıxarmalıyıq ki, növbəti qarşılaşmalarda həmin səhvləri maksimim dərəcədə etməyək.

    Səbuhi Musa

    Futbol

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44
    Futbol

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47
    Futbol

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07
    Futbol

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43
    Futbol

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21
    Futbol

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47

    "Sumqayıt" növbəti transferini açıqladı

    28.09.2026 15:41:55

    Yeni hücumçu ilə 1 illik müqavilə imzalandı

    28.09.2026 15:15:25

    "Turan"dan Çempionlar Liqası jesti: Biletlər pulsuz olacaq

    28.09.2026 14:46:46

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07

    "Sabah"ın rəqibi əlcəzairli futbolçu ilə maraqlanır

    28.09.2026 13:39:43

    "Bakıya favorit kimi gedəcəyik" - Litvalı futbolçu

    28.09.2026 13:10:21

    Mahir Məmmədov yeni seçilən prezidentlə görüşdü

    28.09.2026 12:43:10

    Millimizin rəqibi Maltaya uduzdu

    28.09.2026 12:15:41

    Əliyar Ağayev Gürcüstana gedəcək

    28.09.2026 11:41:24

    "Mənim üçün bu nəticə qənaətbəxş deyil" - Millimizə qol vuran futbolçu

    28.09.2026 11:13:04

    Budapeştdə bürünc medal

    28.09.2026 10:56:36
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved