Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Mən geri çəkilməyə hazıram" – İlqar Nadiri
    17.09.2023 10:56:36

    "Kəpəz"in İdarə Heyətinin rəhbəri İlqar Nadirinin Prosport.Az saytının Gəncəyə ezam olunmuş əməkdaşına verdiyi müsahibəsi 

    – VI turda "Səbail"ə 0:3 hesabı ilə uduzdunuz. Yəqin ki, belə böyük hesablı məğlubiyyət gözlənilməz oldu...
    – Hesabın belə olacağını gözləmirdik. Erkən qol buraxdıq. Bu da oyun planına ciddi təsir etdi. Buraxdığımız 2-ci top zamanı “Səbail” adına gözəl qol alındı. Şanssızlıqdan həmin qol bizim qapıya vuruldu. Ondan sonra oyunun nizam-intizamı pozuldu. Hesab daha fərqli ola bilərdi.

    – “Neftçi” və “Qarabağ”dan xallar alsanız da, digərlərinə məğlub olmusunuz. Sizə elə gəlmir ki, ortabab rəqiblərə qarşı komandanızda motivasiya çatmır?
    – Əslində çempionatda iştirak edən komandaların hamısı bir-birindən xal almaq iqtidarındadır. “Səbail”lə görüşə də yaxşı hazırlaşmışdıq, öz meydanımızda qələbə qazanmaq istəyirdik. Bu qalibiyyət bizə çox lazım idi. Ancaq alınmadı.

    – 2-ci hissədə meydana daxil olub ciddi zədələnən Elmir Tağıyevin son durumu ilə bağlı məlumat nədir?
    – Elmir zədələndi. Tam olaraq həkim müayinəsindən keçəcək.

    – Azarkeşlərin “istefa” şüarını necə qarşıladınız?
    – Gəncədə belədir. Nəticə olmayanda, komanda baxımlı oyun ortaya qoymayanda azarkeşlər narazı qalır. Mən özüm də hələ şokdan ayılmamışam. Təəssüfedici oyun idi. Komandanın meydanda nə etmək istədiyini biz özümüz də başa düşmədik.

    – Futbolçuların hazırlıq səviyyəsinin aşağı olması nə ilə bağlıdır?
    – Komanda təlim-məşq toplanışı keçməyib, istədiyimiz futbolçuları dəvət edə bilməmişik. Bunların hamısı nədənsə qaynaqlanır. Adətən yay fasiləsində təlim-məşq toplanışı olmalı, yoxlama görüşləri keçirilməlidir. Biz hələ indi də futbolçu axtarırıq. Haradasa 10 gün əvvəl bizə futbolçu təklif etdilər, hazırlıq səviyyəsi istənilən vəziyyətdə deyildi. Kollektiv yenidən formalaşır, zaman lazımdır. Bu zaman ərzində də itirəcəyimiz belə oyunlar olacaq.

    – Oyunçu gətirə bilməməyinizin səbəbi nədir?
    – 80 faiz maliyyə çatışmazlığından qaynaqlanır.

    – Futbolun İnkişaf Fondu ilə görüşdə müsbətə doğru hansısa dəyişiklik var?
    – Biz hər gün danışırıq. Nəsə etməyə çalışırıq. Vəziyyətdən çıxmaq lazımdır.

    – Bir ara hansısa şirkətlə danışıq apardığınız barədə məlumat yayılmışdı. Hazırda bu yöndə qığılcım var?
    – Azərbaycan futbolunda ictimaiyyət o qədər kiçikdir ki, adi qığılcım olanda da hər kəs bilir. Elə bir şey yoxdu ki, onu qapalı saxlayaq. Əksinə, biz də işıqlandırılmasının tərəfdarıyıq ki, futbola gəlmək istəyən şirkət bir az da həvəslənsin, proses sürətlənsin.

    – Belə söhbət gəzir ki, iş adamları “Kəpəz”ə dəstək olmaq istəsə də, şəhərdəki mühitə görə yaxın durmurlar?
    – Biz istənilən mühiti, strukturu yaratmağa hazırıq. Yetər ki, gəlsinlər, komandaya ciddi dəstək versinlər. Öz adımdan söz verirəm ki, istənilən formada danışığa hazıram. Rəhbərlik səviyyəsində təmsil olunması, rəhbər olması belə mümkündür.

    – Siz geri çəkilməyə hazırsınız?
    – Heç bir problem yoxdur. Əsas odur ki, komanda yaxşı olsun. Burdayamsa, o demək deyil ki, komandanı əlimdə saxlayacağam, heç kimə yaxın durmağa icazə verməyəcəyəm. Gücüm çatan budur, bu qədər mübarizə apara bilirik. Şəxsən özüm müraciət edirəm, çalışıram. Komandaya dəstək olmaq istəyənləri necə lazımdısa qarşılamağa hazırıq.

    – “Kəpəz”ə əlavə nə qədər vəsait lazımdır ki, normal mübarizə apara bilsin?
    – Premyer Liqada iştirak edən komandanın lisenziya büdcəsi 2 milyon manatdır. Nə qədər lazım olduğu barədə dəqiq rəqəm deyə bilmərəm. Ancaq indi bu büdcə ilə çıxış edən komanda yoxdur. Premyer Liqa klublarının büdcəsi ən azı bunun ikiqatıdır.

    – Akademiyada necə, müsbətə doğru irəliləyiş var?
    – Akademiyada işlər yekunlaşmaq üzrədir, yaxın vaxtlarda açılış tarixi dəqiqləşəcək. Açılış tədbiri nəzərdə tutulub.

    Səbuhi Musa

    Futbol

    İTV növbəti dünya çempionatını da yayımlayacaq

    21.07.2026 23:16:10
    Futbol

    "Beynim hazırda KuPS-a fokuslanıb" – Valdas Dambrauskas

    21.07.2026 22:50:23
    Futbol

    "Bu 2 faktor üstünlüyümüz ola bilər" – KuPS-un baş məşqçisi

    21.07.2026 22:22:32
    Futbol

    "Sabah" Finlandiya klubuna ilk oyunda qalib gəldi

    21.07.2026 21:58:40
    Futbol

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02
    Futbol

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    İTV növbəti dünya çempionatını da yayımlayacaq

    21.07.2026 23:16:10

    "Beynim hazırda KuPS-a fokuslanıb" – Valdas Dambrauskas

    21.07.2026 22:50:23

    "Bu 2 faktor üstünlüyümüz ola bilər" – KuPS-un baş məşqçisi

    21.07.2026 22:22:32

    "Sabah" Finlandiya klubuna ilk oyunda qalib gəldi

    21.07.2026 21:58:40

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10

    Ermənistan millisi Bakıya gəlir

    21.07.2026 20:22:08

    Jurnalistlər arasında ilk dəfə oxatma yarışı keçirilib - FOTOLAR

    21.07.2026 20:06:11

    "Neftçi" MPK ilə əməkdaşlığa başlayır - FOTOLAR

    21.07.2026 19:51:34

    BATE yeni transferini İçərişəhərdə təqdim etdi

    21.07.2026 19:13:40

    "Sabah" - KuPS: HEYƏTLƏR

    21.07.2026 18:51:42

    Azərbaycanda bu stadionun ot örtüyü yenilənir

    21.07.2026 18:12:30

    Azərbaycan yığmasının üzvü Tovuz klubuna keçdi

    21.07.2026 17:48:42

    Millimiz seçmə mərhələyə Çexiya səfərində start verəcək

    21.07.2026 17:12:02

    "Göztəpə"nin sabiq futbolçusu "Zirə"də

    21.07.2026 16:46:17
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved