Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Əlbəttə ki, vəziyyət heç də ürəkaçan deyil" – Bəhlul Mustafazadə
    9.09.2023 20:15:39

    Azərbaycan milli komandası AÇ-2024-ün seçmə mərhələsinin 5-ci turu çərçivəsində doğma meydanda Belçikaya 0:1 hesabı ilə məğlub olub. 

    Prosport.Az xəbər verir ki, yığmamızın müdafiəçisi Bəhlul Çustafazadə matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

    - Oyun heç də pis olmadı. Matçın bəzi hissələrində bərabər səviyyədə oyun getdi. Əlimizə düşən fürsətlərdən yaralansaydıq, nəticə fərqli ola bilərdi. Rəqibin gücü bəllidir. Amma biz də əlimizdən gələni etməyə çalışdıq.

    - Həyəcan var idi?

    - Yox. Bu cür komandalara qarşı həyəcan olmur. Çünki, qarşımızdakı oyunçular bəllidir. Bacardığımız qədər oyundan zövq almağa çalışdıq.

    - Komandanın qrupdakı vəziyyəti haqda nə deyə bilərsən? Nəyə ümid edək?

    - Əlbəttə ki, vəziyyət heç də ürəkaçan deyil. Bəlkə də daha çox xallar yığa bilərdik. Amma rəqiblərin gücünü də bilirsiz. Bacardığımız qədər daha çox xal qazanmağa çalışırıq.

    - İki gün sonra İordaniya ilə yoldaşlıq oyunu var. Bu matç futbolçulara nə dərəcədə faydalı olacaq?

    - Düşünürəm ki, bu oyun milli formasını az geyinmiş futbolçular üçün şans ola bilər. Start heyətin necə olacağını bilmirəm. Oynamayanlar üçün test oyunu olacaq.

    - CAS "Əl Əyn" klubuna transferinlə bağlı "Sabah"ın xeyrinə qərar çıxardı. Bu haqda nə deyə bilərsən?

    - Bu məsələ iki ildən çox çəkdi və CAS bizim xeyrimizə qərar çıxardı.

    - Bir milyon dollarlıq məbləğdən söhbət gedir. Həmin puldan sənə də çatacaq?

    - Kluba ödəniləcək məbləğ ayrıdır, mənə ödəniləcək məbləğ ayrı. Məbləği deməsəm, yaxşı olar.

    Müsahibə

    "Məqsədimiz bu sindromu qırıb zirvəyə yüksəlməkdir" - "Sumqayıt"ın hücumçusu

    20.11.2026 15:15:51
    Müsahibə

    "1 qızıl və 1 bürünc medal super nəticədir" - Fərhad Rəcəbli

    18.11.2026 17:13:52
    Cüdo

    "Oğluma demişəm ki, mən etdiyim səhvləri sən etmə" – Ömər Rəcəblinin atası

    16.11.2026 09:40:05
    Cüdo

    “İndiyədək bu inamsızlığa görə medalsız qalmışdım” – 3 il sonra yer tutan Gültac Məmmədəliyeva

    14.11.2026 20:20:30
    Müsahibə

    "Qarabağ"dan ayrılmağı düşünürdüm" - Aleksey Kaşşuk

    13.11.2026 17:43:45
    Müsahibə

    "Faiq Qarayev dedi ki, çox üzrlü hesab et" – Ziya Rəcəbov

    11.11.2026 14:40:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved