Azərbaycanın "LANDAU Layns" basketbol klubu FIBA Avropa Kubokunda növbəti matçına çıxıb.
Prosport.Az xəbər verir ki, VII turda Slovakiya təmsilçisi "Prievidza" ilə qarşılaşan Ərhan Tokərin baş məşqçi olduğu komanda rəqibinə uduzub - 93:97.
G qrupunun matçı Bakı İdman Sarayında keçirilib.
Xatırladaq ki, qrupda daha əvvəl keçirdiyi 7 görüşün cəmi birində qələbə qazanmağı bacaran "LANDAU Layns" 8 xalla sonuncu - 6-cı pillədə qərarlaşıb.
