Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa təyinat alıb.
Prosport.Az xəbər verir ki, o, kişi voleybolçular arasında keçirilən Çelenc Kubokunun 1/32 final mərhələsinin qarşılaşmasına supervayzer təyin olunub.
Noyabrın 18-də Yunanıstanda keçiriləcək oyunda yerli OFİ və Almaniyanın "Helios Qrizzlis Qiesen" klubu ilə üz-üzə gələcəklər.
Qarşılaşmanı türkiyəli Meryem Tekol Pelenk və serbiyalı Aleksandra Balanziç idarə edəcəklər.
