Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    Baş katib ABŞ-yə niyə getmişdi? – FOTOLAR
    16.11.2026 16:47:23

    Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Pərvin Piriyev noyabrın 4–dən 14-dək ABŞ-də işgüzar səfərdə olub.

    Prosport.Az xəbər verir ki, səfərin əsas məqsədi güləşin inkişafı, milli komandaların hazırlıq sisteminin təkmilləşdirilməsi və idman idarəçiliyi sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi olub.

    Səfər çərçivəsində Kolorado-Sprinqs şəhərində ABŞ Güləş Federasiyasının (USA Wrestling) nümayəndələri ilə görüş keçirilib. Görüşdə iki ölkənin güləş federasiyaları arasında əməkdaşlığın genişləndirilməsi, idmançı və məşqçi hazırlığı, həmçinin qarşılıqlı təcrübə mübadiləsi imkanları müzakirə edilib.

    Baş katib ABŞ Olimpiya Təlim Mərkəzində idmançıların hazırlıq sistemi, müasir məşq metodologiyaları və idman infrastrukturunun fəaliyyəti ilə tanış olub. Xüsusilə fiziki dözümlülüyün artırılması, idmançıların funksional hazırlığının təkmilləşdirilməsi və çəkisalma prosesinin müasir, elmi əsaslandırılmış metodlarla təşkili mövzularında keçirilən seminarlarda iştirak edib. Bu sahələrdə əldə olunan təcrübənin Azərbaycan güləşçilərinin hazırlıq prosesində tətbiqi imkanları diqqət mərkəzində olub.

    Səfərin Vaşinqton mərhələsində isə ABŞ Nümayəndələr Palatasında, Corc Meyson Universitetində və digər qurumlarda görüşlər keçirilib. Görüşlər zamanı idman menecmenti, gənclər idmanının inkişafı, idmanın iqtisadi inkişafdakı rolu və müasir idarəetmə modelləri ətrafında fikir mübadiləsi aparılıb.

    Səfər Azərbaycan Güləş Federasiyasının beynəlxalq əlaqələrinin gücləndirilməsi, milli komandaların hazırlıq keyfiyyətinin artırılması və güləşdə müasir elmi-praktik yanaşmaların tətbiqi baxımından əhəmiyyət daşıyır.

    Qeyd edək ki, səfər ABŞ Konqres Kitabxanası tərəfindən dəstəklənən və ABŞ-nin Azərbaycandakı səfirliyi ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən “Open World” proqramının “İdman vasitəsilə iqtisadi inkişaf” (Economic Development through Sports) layihəsi çərçivəsində təşkil olunub. Proqramda Azərbaycan Güləş Federasiyası ilə yanaşı, Azərbaycan Su İdmanı Növləri Federasiyası, Azərbaycan Üzgüçülük Federasiyası, Azərbaycan Kamandan Oxatma Federasiyası və Azərbaycan Minifutbol Federasiyasının baş katibləri də iştirak edib.

    Güləş

    Güləş yığmamız Gürcüstanda çempion oldu

    20.11.2026 14:15:26
    Güləş

    Hacı Əliyev uşaqlara bələdçilik etdi - FOTOLAR

    19.11.2026 14:17:56
    Güləş

    Azərbaycan güləşçiləri Ermənistana gedəcək – EKSKLÜZİV

    18.11.2026 09:02:08
    Güləş

    Bakıdakı dünya çempionatının proqramı açıqlandı

    17.11.2026 19:22:55
    Güləş

    Baş katib ABŞ-yə niyə getmişdi? – FOTOLAR

    16.11.2026 16:47:23
    Güləş

    Azərbaycan Güləş Federasiyasında növbəti iclas

    16.11.2026 16:16:49
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21

    "Neftçi" millimizin hücumçusuna oynamağa icazə vermədi

    22.11.2026 15:16:39

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39

    "Araz-Naxçıvan" – "Neftçi": HEYƏTLƏR

    22.11.2026 13:29:26

    "Sərhədçi" uduzdu, amma qalib oldu

    22.11.2026 13:19:30

    Millimizə gəlməkdən imtina edən futbolçu İtaliyada qol vurdu

    22.11.2026 12:12:25

    Autsayder lideri, "Kəpəz" "Qarabağ"ı qəbul edir

    22.11.2026 11:11:53

    Cəlal oynadı, komandası səfərdə Buxarest "Dinamo"suna qalib gəldi

    22.11.2026 10:10:35

    Nicat Abasov Qazaxıstanda liderliyə yüksəldi

    22.11.2026 00:00:29

    Azərbaycandan ayrıldı, bu klubun baş məşqçisi oldu

    21.11.2026 23:13:00

    "Kəpəz" və "Qarabağ"dan nümunəvi addım

    21.11.2026 22:51:29

    Murad Məmmədov izlədi, komandası sevindi

    21.11.2026 22:11:50

    İlham Zəkiyev Misirdə 3-cü oldu

    21.11.2026 21:39:25

    Tahir Abdullayev UFC-də 2-ci qələbəsini qazandı

    21.11.2026 21:13:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved