Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında ikinci turun növbəti oyunu keçirilib.
Prosport.Az xəbər verir ki, Gəncə İdman Sarayında yerli “Gəncə” komandası “Naxçıvan”ı qəbul edib. Gərgin mübarizə şəraitində keçən görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk setdə 29:27 hesabı ilə üstün olan meydan sahibləri növbəti iki hissədə rəqibinə 17:25 və 9:25 hesabları ilə uduzublar. Dördüncü setdə 25:18 hesablı qələbə qazanan “Gəncə” tarazlığı bərpa etsə də, həlledici hissədə “Naxçıvan” 15:8 hesabı ilə üstün olub.
Qeyd edək ki, turun əvvəlki görüşlərində “Murov Az Terminal” UNEC-i 3:1, “AZERRAIL” isə Milli Aviasiya Akademiyasını 3:0 hesabı ilə məğlub edib.
Super Liqada növbəti oyun noyabrın 16-da keçiriləcək.
