"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun qrup mərhələsində bu gün növbəti matçını keçirəcək.
Prosport.Az xəbər verir ki, paytaxt təmsilçisi H qrupunda "Mikonos"la (Yunanıstan) qarşılaşacaq.
Görüş Milli Gimnastika Arenasında, saat 20:00-da start götürəcək.
Buna qədər keçirdiyi 5 oyunun hər birində uduzan "Neftçi" hazırda qrupda sonuncu - 6-cı pillədə qərarlaşıb. Komanda növbəti matçını noyabrın 18-də Latviya təmsilçisi "Riqa"ya qarşı keçirəcək.
Azərbaycanın digər təmsilçisi "LANDAU Layns" isə İsveçrədə "Cenevrə" ilə üz-üzə gələcək. G qrupunun matçı Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.
Qeyd edək ki, buna qədər keçirdiyi 5 oyunda 1 qələbə qazanan "LANDAU Lions" qrupda 6 xalla 6 komanda arasında sonuncu pillədə qərarlaşıb.
