Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Bütün ölkə bu qələbəmizlə fəxr edə bilər" - "Sabah"ın baş məşqçisi
    10.11.2026 23:21:17

    "Sabah" basketbol klubunun baş məşqçisi Lazar Spasiç Çempionlar Liqasının IV turunda “Trabzonspor” üzərində qazanılan qələbəni (91:72) dəyərləndirib.

    Prosport.Az xəbər verir ki, serbiyalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandanın uğurunda əməyi olan hər kəsə təşəkkür edib:

    “Düşünürəm ki, bizə dəstək olan bütün ölkə bu qələbəmizlə fəxr edə bilər. Komandanın bütün üzvlərinə, məşqçilərə, tibbi personala, azarkeşlərə və rəhbərliyə təşəkkür edirəm, hər kəsi bu qələbə münasibətilə təbrik edirəm. Biz çox ciddi və rəqabətədavamlı komandayıq. Böyük işlər görürük və bu yolda davam edirik. Bugünkü qələbə bizdə inanılmaz hisslər və duyğular yaradıb”.

    Spasiç komandanın inkişafından və rəqiblə görüşə hazırlıq prosesindən də danışıb: “Hər oyundan sonra çatışmazlıqlarımız üzərində çalışırıq. Bu yolu keçərək böyüyüb inkişaf edirik. Düzdür, vaxtımız çox olmur, lakin “Trabzonspor”u təhlil etmək üçün kifayət qədər vaxtımız oldu. Gördükləri işə görə məşqçilər heyətimizə təşəkkür edirəm”.

    Yerli basketbolçuların komandadakı roluna toxunan baş məşqçi Azərbaycan millisinin üzvü Orhan Aydının təcrübəsini xüsusi qeyd edib: “Orhan çox təcrübəli basketbolçudur. Lakin mən yerli və əcnəbi basketbolçuları bir-birindən ayırmaq istəmirəm. Onların hamısı bizim komandanın oyunçularıdır. Digər yerli basketbolçuların da komandamızda olmasından çox məmnunam”.

    Spasiç “Trabzonspor”un baş məşqçisi Səlcuq Ernakın istefası ilə bağlı suala isə belə cavab verib: “Bu barədə danışmaq istəmirəm. Mən də bu sahədəyəm və məşqçilərdən kiminsə işsiz qalmasına sevinmirəm”.

    Top oyunları

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39
    Basketbol

    Basketbol üzrə Avropa çempionatı ilk dəfə Bakıda

    21.11.2026 18:18:46
    Basketbol

    “Hər iki oyunda qalib gəlməyə çalışacağıq” - Lazar Spasiç

    21.11.2026 17:47:33
    Top oyunları

    Təxirə salınmış oyunu "Sabah" qazandı

    21.11.2026 17:17:12
    Basketbol

    "Şəki" yetirmələri ilə müqaviləni yenilədi

    21.11.2026 16:16:51
    Müsahibə

    "Məqsədimiz bu sindromu qırıb zirvəyə yüksəlməkdir" - "Sumqayıt"ın hücumçusu

    20.11.2026 15:15:51
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 16:43:33

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21

    "Neftçi" millimizin hücumçusuna oynamağa icazə vermədi

    22.11.2026 15:16:39

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39

    "Araz-Naxçıvan" – "Neftçi": HEYƏTLƏR

    22.11.2026 13:29:26

    "Sərhədçi" uduzdu, amma qalib oldu

    22.11.2026 13:19:30

    Millimizə gəlməkdən imtina edən futbolçu İtaliyada qol vurdu

    22.11.2026 12:12:25

    Autsayder lideri, "Kəpəz" "Qarabağ"ı qəbul edir

    22.11.2026 11:11:53

    Cəlal oynadı, komandası səfərdə Buxarest "Dinamo"suna qalib gəldi

    22.11.2026 10:10:35

    Nicat Abasov Qazaxıstanda liderliyə yüksəldi

    22.11.2026 00:00:29

    Azərbaycandan ayrıldı, bu klubun baş məşqçisi oldu

    21.11.2026 23:13:00

    "Kəpəz" və "Qarabağ"dan nümunəvi addım

    21.11.2026 22:51:29

    Murad Məmmədov izlədi, komandası sevindi

    21.11.2026 22:11:50

    İlham Zəkiyev Misirdə 3-cü oldu

    21.11.2026 21:39:25

    Tahir Abdullayev UFC-də 2-ci qələbəsini qazandı

    21.11.2026 21:13:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved