Azərbaycan idmançılarının 2026-cı ilin noyabr ayı üçün reytinq cədvəli açıqlanıb.
Prosport.Az xəbər verir ki, Qazaxıstanın paytaxtı Astanadakı dünya çempionatında gümüş medal qazanan sərbəst güləşçi Arseni Cioyev (470 xal) 1-ci pilləyə yüksəlib.
Bakıdakı dünya çempionatında qızıl mükafata sahib çıxan cüdoçu Əhməd Yusifov (440) 2-ci, Astanadakı mundialda bürünc medal qazanan sərbəst güləşçi Giorgi Meşvildişvili (410) 3-cü olub.
Növbəti sıralarda cüdoçu Zelim Çkayev (400 xal), yunan-Roma güləşçisi Nihat Məmmədli (395), cüdoçu Uşanqi Kokauri (360), yunan-Roma güləşçisi Sənan Süleymanov (350), sərbəst güləşçi Əli Sokayev (350), boksçu Səidcəmşid Cəfərov (350) və yunan-Roma güləşçisi Həsrət Cəfərov (350) yer alıblar.
