Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Futbol oynamayanda Rusiyada fəhləlik edirdim" – "Araz-Naxçıvan"ın oyunçusu
    6.09.2023 10:00:42

    "Araz-Naxçıvan"ın futbolçusu Vadim Abdullayevin Prosport.Az-a müsahibəsi

    – Bir ara futboldan aralı düşmüşdünüz. Daha sonra "Araz-Naxçıvan"da peyda oldunuz. Nə baş verdi ki, yenidən futbola qayıtmağa qərar verdiniz?
    – Düz vurğuladınız. Mən bir ara futboldan uzaqlaşmışdım. Vaxt gələcək ki, bunun səbəbini açıqlayacağam. Əsas odur ki, futbola qayıtmışam. Mənə güvənib, bu komandaya çağırıblar. Bura qayıtmağım üçün uzun yol gəlmişəm. Region Liqası, I divizion, indi də bu komanda ilə Premyer Liqada çıxış edirəm. Bundan sonra ancaq irəli getmək lazımdır.

    – "Araz-Naxçıvan"adək son klubunuz "Sabah" olub. Ondan sonra futbola nə qədər ara verdiniz?
    – 2 il olar. 

    – O müddətdə heç bir yerdə oynamadınız?
    – 3-4 aylıq MOİK-də çıxış etdim. Ondan sonra inciyib birdəfəlik ölkədən getdim. Ailəmi də götürüb Rusiyaya köçdüm. Orada fəhləlik etdim. Başıma gələnlər, futbolda gördüklərimi vaxt gələndə danışacağam. Hər şeyin vaxta ehtiyacı var. Səbəbini bir gün açıqlayacağam.

    – İndi açıqlamamağınızın səbəbi nədir? Qorxursunuz ki, qalmaqallı futbolçu kimi adınız çıxar?
    – Onsuz da məni ölkədə elə tanıtdırıblar. Futbolda çox haqsızlıqlarla üzləşmişəm. Həqiqətən də futboldan birdəfəlik qopmuşdum, qayıtmaq niyyətim yox idi. Sağ olsun bu klub ki, mənə güvəndi və futbola yenidən qayıtdım.

    – Qayıtmağınız üçün ilk zəng kimdən gəldi?
    – Azər müəllim (komandasının baş məşqçisi Azər Bağırovu nəzərdə tutur – red.) və Orxandan (komanda yoldaşı Orxan Əliyevi nəzərdə tutur – red.). Onların futbola qayıtmağımda əməyi çox oldu. Tərəddüd etsəm də, çox təkid etdilər. Amma yaxşı ki qayıtdım. Ailəm də bu məsələdə mənə dəstək oldu. Kiməsə özümü sübut etmək üçün qayıtmağı da çox istəyirdim. Futbolda itirdiklərim çox olub. Onları geri qaytarmaq lazımdır. Başıma gələnlər mənə çox dərs oldu.

    – Nə qədər müddətə formanı yığdınız?
    – Fiziki durumum həmişə yaxşı olub. Mənə futbola qayıtmaq üçün fiziki yox, mənəvi güc lazım idi. Qayıtmaq üçün motivasiyam çox idi. Hazırda da özümü heç kimdən zəif görmürəm. Artıra-artıra gedirəm. Pozitiv düşünürəm.

    – 2018-ci ildə "Sabah"a keçdiniz. 2 il sonra bu klubdan ayrıldınız. Hər şey orada başladı?
    – Orda da mənə qarşı hörmətsizlik olub. Həmişə danışan olduğumdan, xaraktercə emosional olduğumdan, başıma bu işlər gəlib.

    – Özünüzdə də səhv olub?
    – Bəli, olub. Ola bilər ki, bəzi şeylərə etiraz edib deməməliydim. Hər şey xarakterimlə bağlıdır. Hər kəsin yanaşma tərzi fərqli olmalıdır.

    – Özünüzü sübut etmək istədiyiniz insanlar indi də Azərbaycan futbolunda var?
    – Bəli. İndi onlar mənim necə olduğumu görürlər.

    – Onda həmin komandalara qarşı oynayanda sizdə prinsipiallıq var?
    – 100%. Mənə kim zərbə vurubsa, onun cavabını verməliyəm. Ömür boyu belə olacağam. Mənim üçün klubun adı, rəhbəri və s. önəmli deyil. Haqsızlıq ediblər, cavablarını verməliyəm.  

    Futbol

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59
    Futbol

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47
    Futbol

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08
    Futbol

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11
    Futbol

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44
    Futbol

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59

    Boksçularımız Çində 10 medal qazandı

    28.09.2026 20:15:54

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47

    "Sumqayıt" növbəti transferini açıqladı

    28.09.2026 15:41:55

    Yeni hücumçu ilə 1 illik müqavilə imzalandı

    28.09.2026 15:15:25

    "Turan"dan Çempionlar Liqası jesti: Biletlər pulsuz olacaq

    28.09.2026 14:46:46

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved