Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "De Byazi Azərbaycanı bizim qədər istəyə bilməz" – İcraiyyə Komitəsinin üzvü
    5.09.2023 13:35:04

    AFFA İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov da Gəncədə "Kəpəz" – "Araz-Naxçıvan" oyununu izləyənlər arasında olub.

    Prosport.Az-ın Gəncəyə ezam olunmuş əməkdaşının da iştirak etdiyi həmin müsahibəni videogörüntü ilə birgə təqdim edirik.

    – “Araz-Naxçıvan” Çempionlar Liqasında çıxışını erkən başa vurdu. Komandanın uğursuzluğu barədə nə deyə bilərsiniz?
    – Belə nəticə gözləməzdik. Arxayınçılıq, edilən səhvlər uğursuzluğa gətirib çıxardı. İnanıram ki, komanda bundan ciddi nəticə çıxaracaq. Gələcəkdə eyni səhvlər təkrarlanmayacaq.  

    – Bu, Vitali Borisovun baş məşqçi kimi ilk sınağı idi. Demək olar ki, o, ilk sınaqdan uğursuz çıxdı?
    – Təbii ki, Borisovun debütu uğursuz oldu. Amma bu, idmandır. Qarşıda dünya çempionatının seçmə mərhələsi gəlir. Komanda şəklində bu oyunlara ciddi hazırlaşmalıdırlar. Vitali Borisovla 1 illik müqaviləmiz var. Müqaviləyə əsasən may ayının sonuna qədər işimizi davam etdirəcəyik.

    – Futbol millimizdən Belçika ilə oyunda nə gözləmək olar?
    – Futbolda olmayan şey yoxdur. İstər Belçika yox, Braziliya olsun, istərdim ki, futbolçular meydanda döyüşsün. Futbolda qalib gəlmək də olar, uduzmaq da. Əsas odur ki, futbolçular xarakter göstərib meydanda döyüşsünlər. Ötən dəfə müsahibəmdə də demişdim ki, bizə döyüşkən, meydanda can qoyan futbolçular lazımdır. Rəqibdən çəkinməsinlər, məşqçi dediyini etsinlər. Dövlətimizin qələbəsi qarşısında, təbii ki, futbolda da öz sözümüzü deməliyik. İnandırım sizi, döyüşsələr, hər bir nəticə mümkündür.

    – Gəncə şəhər stadionunun bu vəziyyəti sizə necə təsir edir?
    – Təbii ki, adamın ürəyi ağrıyır. Gəncə Azərbaycanda futbol ənənəsi olan bir şəhərdir. Burada futbolu sevirlər. Siz özünüz də görürsünüz ki, o biri şəhərlərə baxanda burad azarkeş çoxdur. Ümidvaram ki, yaxın bir zamanda bu gözəl stadion təmir olunub azarkeşlərin istifadəsinə veriləcək.

    – "Araz-Naxçıvan"ın “Kəpəz” üzərində qələbəsini necə şərh edərdiniz?
    – Komanda qələbə qazandı. Bir naxçıvanlı və İcraiyyə Komitəsinin üzvü kimi gəlib bazar günü oyuna baxdım. Təbii ki, komandada çatışmazlıqlar çoxdur. Bu da ondan irəli gəlir ki, komanda çempionata başlamağa 17 gün qalmış yığılıb. Ümid edirəm ki, məşqçilər korpusu fasilədən istifadə edib komandanı növbəti oyunlara yaxşı hazırlayacaq.

    – Gəncədə komanda var, stadion, şərait yoxdur. Ancaq Lənkəranda stadion olsa da, komanda yoxdur. Niyə Lənkəran futbolsuz qalıb?
    – Lənkəran futbolsuz qalmayıb. Region Liqada çıxış edən komandaları var. Sadəcə, orada normal sponsor lazımdır ki, komanda qurub, sıfırdan mübarizəyə başlasın. "Araz-Naxçıvan" 8 il idi ki, Premyer Liqada oynamırdı. Blokada şəraitində olsa da, aşağı liqada çıxış etdi. Orada bəzən qışda təyyarə də uçmur. Lənkəran isə budur buradır. Avtobanla 2 saata Lənkərana çatmaq olur.

    – Sizcə, millidə Canni De Byazi ilə əməkdaşlığa davam etmək lazımdır?
    – Bunu indi demək çətindir. Qarşıda hələ oyunlarımız var. Yenə də deyirəm ki, De Byazi tanınmış məşqçidir. Amma biz ondan bizi dünya çempionatına aparmağı gözləməməliyik. Amma onu da deyim ki, o burada qonaqdır.

    – Sizcə, yerli məşqçilərlə də bu nəticəni əldə etmək olmazdı?
    – Yerli məşqçilər də milliyə rəhbərlik edib də. Hamı kimi mən də yerli məşqçinin olmasını istəyirəm. Ancaq futbolçu materialı söhbəti var... De Byazi Azərbaycanı bizim qədər istəyə bilməz.

    – "Araz-Naxçıvan"ın Naxçıvana qayıtması yaxın günlərdə mümkündür?
    – Dövlət stadionun təmiri üçün maliyyə vəsaiti ayırıb, yaxın günlərdə təmir işləri başlayacaq. Meydançanın örtüyü dəyişdiriləcək. VAR sistemi qurulub. İşıqlandırma sistemi dəyişdiriləcək. Mən də istəyirəm ki, komanda Naxçıvanda oynasın. I Liqada oynayanda komandanı dəstəkləməyə 7-8 min azarkeş gəlirdi. Ümidvaram ki, ilin sonuna Naxçıvana qayıdış olacaq.

    – Naxçıvana nəqliyyat məsələsi necə həll olunacaq?
    – Hələ ki təyyarə ilə gediləcək. Amma ümid edirəm ki, Zəngəzur dəhlizi tezliklə açılacaq və biz də qatar yolu ilə Naxçıvana rahat gedəcəyik.

    – Əvvəlki turlardan fərqli olaraq, Gəncədə “Araz-Naxçıvan” dəstəksiz qalmışdı. Bu nə ilə bağlı idi?
    – Bunun səbəbini deyə bilmərəm, klubun funksionerlərindən soruşmaq lazımdır. Naxçıvanlı azarkeşlər Gəncədə olsaydı, daha da maraqlı olardı. Ancaq sizə deyim ki, bugünkü oyunda atmosfer əla idi. "Keşlə" və "Şamaxı"nın rəhbəri olarkən də Gəncə azarkeşlərindən həmişə razı olmuşam. Mehman müəllimə ("Kəpəz"in idman direktoru Mehman Allahverdiyevi nəzərdə tutur – red.) də dedim ki, azarkeşlərə halal olsun ki, komandanı belə dəstəkləyirlər.

    – Futzal klublarına maliyyə ayrılması məsələsi açıq qalıb. O yöndə nə yenilik var?
    – Düz deyirsiniz, məsələ açıq qalıb. İnşallah, yəqin ki növbəti AFFA İcraiyyə Komitəsinin iclasında mən bu məsələni yenidən qaldıracağam. Böyük futbolda olduğu kimi, futzalda da ənənə olmalıdır. Hər şey vəsaitə bağlıdır. Ümid edirəm ki, bu məsələ də həllini tapacaq.

    Müsahibə

    "Biz çıxandan sonra qaldığım hotelin qarşısını vurdular" – İranda işləyən azərbaycanlı məşqçi

    5.03.2026 13:57:55
    Müsahibə

    "Mən belə qalibiyyət istəmədim, qərarımdan peşman deyiləm" – Türkan Məmmədyarova

    5.03.2026 09:37:46
    Basketbol

    "Bu, "Sabah"la oyunda qələbə qazanmaq üçün kifayət etmədi" – Bakı klubunun legioneri

    4.03.2026 15:43:26
    Müsahibə

    "Kimliyindən asılı olmayaraq, bizim üçün intizam bir nömrəli məsələdir" – Rixard Trautmann

    3.03.2026 15:50:38
    Basketbol

    "Sabah"ın məğlubedilməzliyi ilə bağlı yaradılmış mifi dağıtdıq" – Elnur Cəfərov

    27.02.2026 20:57:39
    Müsahibə

    "Kəpəz"də belə sponsorun olmasındansa, olmaması yaxşıdır" – Millət vəkilindən sərt sözlər

    26.02.2026 11:40:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi" Vernidubun istəyini nəzərə alıb, onu da Bakıya gətirdi - FOTO

    7.03.2026 13:15:08

    Milli komandaların məşqi və oyunları üçün bu məkandan istifadə olunacaq - FOTOLAR

    7.03.2026 12:46:04

    Nazim Sadıqovun növbəti rəqibi bilindi

    7.03.2026 12:12:25

    Rəşad Nəbiyev Qran-pridə qızıl medal qazanan cüdoçunu təbrik etdi - FOTO

    7.03.2026 11:45:25

    Bakıda yenidən UFC turniri keçirilə bilər – Vayt açıqladı

    7.03.2026 11:10:04

    Millimiz səfərdə Macarıstanla üz-üzə

    7.03.2026 10:42:19

    Premyer Liqada XXIII tur autsayderin oyunu ilə başlayır

    7.03.2026 10:00:58

    Hidayət Heydərovun müəllimi onun çəkisini sala bilməməsinin səbəbini açıqladı: "İspaniyaya getmişdi"

    7.03.2026 09:16:21

    "Heç nə alınmadı, bərbad oynadıq" – Lənkəran təmsilçisinin baş məşqçisi

    6.03.2026 23:36:02

    Bölgə təmsilçilərinin duelini Naxçıvan klubu qazandı

    6.03.2026 22:47:06

    Cüdoçumuz Avstriyada qızıl medal qazandı – VİDEO

    6.03.2026 22:29:34

    Yayda "Qarabağ"ı tərk edəcək futbolçular bilindi – ADLAR

    6.03.2026 22:21:39

    AFFA "Qarabağ" – "Sabah" oyunundakı qalmaqalla bağlı məsələyə yenidən baxacaq

    6.03.2026 21:29:56

    Millimiz Taylanda 6 boksçu ilə yollanır - ADLAR

    6.03.2026 18:48:48

    "Sabah"ın məşqçisinin "Qarabağ"a etdiyi qeyri-etik jestin VİDEOSU

    6.03.2026 18:25:50
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved