Azərbaycan Basketbol Liqasında (ABL) III turun oyun cədvəli açıqlanıb.
Prosport.Az xəbər verir ki, bu turun "LANDAU Layns" - "Ordu" qarşılaşması təxirə salınıb.
Baş tutacaq görüşlər isə bunlardır:
18 oktyabr (bazar)
15:00 "Naxçıvan" BK - "Gəncə" BK
18:00 "Neftçi" İK - "Sumqayıt" BK
19 oktyabr (bazar ertəsi)
19:00 "Sabah" - NTD
Qeyd edək ki, bu turun qarşılaşmaları Bakı İdman Sarayı əvəzinə Milli Gimnastika Arenasında baş tutacaq.
Məkan dəyişikliyinə səbəb 17–18 oktyabr tarixlərində Bakı İdman Sarayında ilk dəfə sumo üzrə dünya çempionatının keçirilməsidir.
Beynəlxalq yarışla əlaqədar arena sumo turnirinə ev sahibliyi edəcəyi üçün basketbol çempionatının 3-cü tur matçları müvəqqəti olaraq Milli Gimnastika Arenasına keçirilib.
