"LANDAU Layns" Azərbaycan Basketbol Liqasının II turunda NTD-ni məğlub edib.
Prosport.Az xəbər verir ki, qarşılaşma Bakı İdman Sarayında baş tutub.
Görüş "LANDAU Layns"ın 102:68 hesablı qələbəsi ilə başa çatıb.
Sözügedən məkanda bu gün daha bir matç baş tutacaq. Saat 18:00-da "Neftçi" "Ordu"nu sınağa çəkəcək.
Qeyd edək ki, ötən gün turun ilk qarşılaşmasında "Sumqayıt" evdə "Naxçıvan"a məğlub olub - 76:87.
