Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    Dünya çempionatı: Uşanqi Kokauri finalda uduzdu
    10.10.2026 19:09:51

    Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən dünya çempionatında gümüş medal qazanıb.

    Prosport.Az xəbər verir ki, o, finalda rusiyalı İnal Tasoyevə məğlub olub.

    Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medal qazanıblar.

    18:47

    Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

    Prosport.az xəbər verir ki, o, üçüncü yer uğrunda görüşdə Azərbaycanın digər təmsilçisi Camal Qamzatxanovu məğlub edib.

    Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.

    14:22

    Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən dünya çempionatında finala yüksəlib.

    Prosport.Az xəbər verir ki, idmançı yarımfinalda finlandiyalı Martti Puumalaineni ipponla məğlub edib.

    O, qızıl medal görüşündə yarımfinalda Camal Həmzətxanova ağrıdıcı fəndlə qalib gələn rusiyalı İnal Tosoyevlə qarşılaşacaq.

    Kənan Nəsibov isə təsəlliverici görüşdə rusiyalı Valeri Endovitskini üstələyib. Beləliklə, Nəsibov və Həmzətxanov bürünc medal uğrunda güləşəcəklər.

    14:22

    Azərbaycanın 2 cüdoçusu Bakıda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

    Prosport.Az xəbər verir ki, Camal Həmzətxanov 1/4 finalda niderlandlı Yur Spiykersə qalib gəlib.

    Digər 1/4 final görüşündə isə Azərbaycan dueli baş tutub. Kənan Nəsibovu üstələyən Uşanqi Kokauri adını yarımfinala yazdırıb.

    Nəsibov bürünc medal uğrunda təsəlliverici görüşdə iştirak edəcək.

    14:05

    Azərbaycanın 3 cüdoçusu Bakıda keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.

    Prosport.Az xəbər verir ki, 1/8 finalda Camal Həmzətxanov özbəkistanlı Muzaffarbek Turoboyevi, Uşanqi Kokauri polşalı Yakub Sordili, Kənan Nəsibov isə ukraynalı Yakiv Xammonu məğlub edib.

    1/4 finalda Azərbaycan dueli baş tutacaq. Belə ki, Nəsibov və Kokauri yarımfinala vəsiqə uğrunda mübarizə aparacaqlar. Bu isə o deməkdir ki, minimum 1 idmançımız yarımfinalda çıxış edəcək.

    13:07

    Azərbaycanın daha 3 cüdoçusu növbəti mərhələyə yüksəlib.

    Prosport.Az-ın xəbərinə görə, gürcü əsilli dünya və Avropa mükafatçımız Uşanqi Kokauri Qırğızıstan cüdoçusu Emirxan Joldoşkaziyevə ipponla qalib gəlib.

    Kənan Nəsibov da ilk dəfə çıxış etdiyi böyüklərin dünya çempionatında uğurlu debüt edib. O, Almaniyanı təmsil edən Afrika əsilli Losseni Koneyə yuko ilə uduzsa da, geridönüş edərək qələbə qazanıb. Kənan əvvəlcə yuko ilə hesabı bərabərləşdirib, daha sonra rəqibə 3-cü şido xəbərdarlığı verilib.

    Camal Həmzətxanov isə Belarus əsilli Xorvatiya cüdoçusu Nikita Sviridə osaekomi ilə qalib gəlib.

    Hər 3 idmançımız 1/8 finalda mübarizə aparacaq.

    12:29

    Azərbaycanın osetin əsilli cüdoçusu Mədinə Kaisinova (+78 kq) Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb.

    Prosport.Az xəbər verir ki, o, 1/16 finalda İtaliya təmsilçisi Asya Tavanoya 2 yuko fəndi ilə uduzub.

    Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Çkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.

    12:17

    Azərbaycanın Dağıstan əsilli cüdoçusu Camal Həmzətxanov Bakıda təşkil olunan dünya çempionatına qələbə ilə start verib.

    Prosport.Az xəbər verir ki, o, 1/32 finalda Çili cüdoçusu, son Pan Amerika çempionu Fransisko Solisi ipponla məğlub edib.

    C.Həmzətxanov 1/16 finalda Nikita Sviridlə (Xorvatiya) qarşılaşacaq.

    Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Çkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıb.

    10:00

    Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bu gün Azərbaycanın 4 təmsilçisi tatamiyə çıxacaq.

    Prosport.Az xəbər verir ki, fərdi mübarizənin son günündə qadınlardan Mədinə Kaysinova (+78 kq), kişilərdən isə Camal Həmzətxanov, Uşanqi Kokauri və Kənan Nəsibov (hər üçü +100 kq) mübarizəyə qoşulacaq.

    Kaisinova yarışa 1/16 finaldan başlayacaq. Onun ilk rəqibi İtaliya təmsilçisi Asya Tavano olacaq.

    Mundiala 1/32 finaldan start verəcək Qamzatxanov Çili cüdoçusu Fransisko Solislə qarşılaşacaq.

    Kokauri və Nəsibov mübarizəyə 1/16 final mərhələsindən qoşulacaqlar. Kokaurinin rəqibi Qırğızıstan təmsilçisi Emirxan Yoldoşkazıyev olacaq. Nəsibov isə Losseni Kone (Almaniya) – Vidak Malyeviç (Serbiya) görüşünün qalibi ilə üz-üzə gələcək.

    Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.

    Cüdo

    Cüdo məşqçilərinin peşəkar inkişafı üçün xüsusi proqram

    25.11.2026 11:40:17
    Cüdo

    Azərbaycan Cüdo Federasiyası yeni filmini təqdim etdi - VİDEO

    24.11.2026 10:50:21
    Cüdo

    İlk dəfə təşkil olunacaq Qran-pridə 2 cüdoçumuz mübarizə aparacaq

    23.11.2026 19:48:41
    Cüdo

    İlham Zəkiyev Misirdə 3-cü oldu

    21.11.2026 21:39:25
    Cüdo

    Cüdoçumuz dünya ikincisi oldu

    21.11.2026 19:23:24
    Cüdo

    Dünya çempionatı: 1 cüdoçumuz finalda, digəri üçün "bürünc" şansı

    21.11.2026 14:01:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Cüdo məşqçilərinin peşəkar inkişafı üçün xüsusi proqram

    25.11.2026 11:40:17

    "Barselona"nı məğlub edə bilərik" - "Sabah" cəbhəsindən iddialı açıqlama

    25.11.2026 11:12:47

    "Barselona"ya qarşı oynamaq hər futbolçu üçün arzudur" - "Sabah"ın futbolçusu

    25.11.2026 10:52:44

    "Turan" Çempionlar Liqasının qrup mərhələsində mübarizəyə başlayır

    25.11.2026 10:24:05

    Çempionlar Liqası: "Sabah" "Barselona" qarşısında möcüzə axtarışında

    25.11.2026 10:00:18

    "Turan"ın Çempionlar Liqasındakı ev oyunlarının məkanı və vaxtı bilindi

    25.11.2026 09:27:18

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38

    II Liqada XIII turun təyinatları açıqlandı

    24.11.2026 20:48:56

    "Sabah" baxımlı futbol oynamağı sevir - Hans-Diter Flik

    24.11.2026 20:12:33

    "Belə oyunlar bizim üçün məşq kimi ola bilər" - Frenki de Yonq

    24.11.2026 19:52:50
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved