Bakıda keçirilən cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışlarının püşkatma mərasimi keçirilib.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin ilk rəqibi Avstriya yığması olacaq. Qarşılaşma 1/16 final mərhələsi çərçivəsində baş tutacaq. Bu cütün qalibi növbəti mərhələdə Yaponiya millisi ilə üz-üzə gələcək.
Qeyd edək ki, qarışıq komanda yarışları sabah keçiriləcək.
