Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    Gəncə klubundan baş məşqçiyə xəbərdarlıq: Bu halda müqavilə pozulacaq
    10.10.2026 14:54:29

    "Gəncə" basketbol klubu baş məşqçi Martin Knezeviçin iddialarını təkzib edib.

    Prosport.Az xəbər verir ki, qərb təmsilçisi bununla bağlı bəyanat yayıb.

    "7 oktyabr tarixində "Gəncə" BK FIBA Avropa Kubokunun qrup mərəhələsi çərçivəsində Türkiyənin "Esenler Erokspor" klubu ilə qarşılaşıb. Alınan məğlubiyyətdən sonra baş məşqçi Martin Knezeviç klubun razılığı olmadan şəxsi sosial media hesabında məğlubiyyətə dair əsassız açıqlamalar verib. Baş məşqçi məğlubiyyətin məsuliyyətini öz üzərinə götürmək əvəzinə, komandanın 5 əsas oyunçusunun zədəli olduğunu iddia edərək nəticəni bəhanələrlə əsaslandırmağa çalışıb.

    Martin Knezeviç açıqlamasında oyunçuların zədələnməsinə qaldıqları otelin liftində yaranan texniki problemin səbəb olduğunu iddia edib. Otelin liftində texniki nasazlıq yaşanmış, lakin otel rəhbərliyi tərəfindən həmin problem dərhal aradan qaldırılmışdır. Yaranan texniki məsələnin basketbolçuların zədələnməsi ilə heç bir əlaqəsi yoxdur və qeyd olunan iddialar gerçəkliyi əks etdirmir. Belə ki, adı çəkilən 5 basketbolçudan 4-ü (Cervis Qarrett, Montavius Mörfi, Latavius Mitçell, Fikrət Ələkbərov) həmin qarşılaşmada tam şəkildə parketdə mübarizə aparmış, yalnız Bakari Kamara baş məşqçinin oyun planına əsasən görüşü kənardan izləmək məcburiyyətində qalmışdır. Buna görə də məşqçinin FIBA-nın oyunun təxirə salınmasına icazə vermədiyi barədə açıqlamasının heç bir əsası yoxdur. Klub oyunun təxirə salınması üçün FIBA-ya heç vaxt müraciət etməyib. Həmçinin baş məşqçi komandanın yerləşdiyi otel seçimini də rəqibin üzərinə atmağa çalışsa da, həmin otel "Esenler Erokspor" klubu tərəfindən deyil, məhz klubumuz tərəfindən seçilib.

    Klub intizamını pozan, alınan məğlubiyyətin məsuliyyətini oyunçuların üzərinə atan və klubun razılığı olmadan ictimaiyyətə yanlış məlumat ötürən baş məşqçinin bu davranışı "Gəncə" BK-nın peşəkar dəyərlərinə ziddir. Məsələ ilə bağlı məşqçi ilə söhbətimiz oldu, onun fərqli mədəni mühitdən gəldiyini, reaksiyasının emosional xarakter daşıdığını və vəziyyəti tamamilə yanlış anladığını nəzərə alaraq, hələlik narahatlığımızı ona bildirmiş və rəsmi xəbərdarlıq etmişik. Bu cür hal təkrarlanarsa, onunla bağlanmış müqaviləyə xitam veriləcək", - deyə bəyanatda bildirilib.

    Həndbol

    "Kür" avrokubok oyununa çıxır

    10.10.2026 15:31:55
    Top oyunları

    Gəncə klubundan baş məşqçiyə xəbərdarlıq: Bu halda müqavilə pozulacaq

    10.10.2026 14:54:29
    Basketbol

    "Oyun keyfiyyətini artırmaq üçün çox çalışmalıyıq” - Georgi Kondruseviç

    9.10.2026 22:33:14
    Basketbol

    "Biz daha güclü olacağıq" – "Sumqayıt"ın baş məşqçisi

    9.10.2026 22:03:43
    Basketbol

    "Sumqayıt" evdə Naxçıvan təmsilçisinə uduzdu

    9.10.2026 21:18:42
    Top oyunları

    "Hyuston"un sabiq basketbolçusu Azərbaycan klubunda

    9.10.2026 11:13:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan və Avropa Ağırlıqqaldırma Federasiyaları arasında əməkdaşlıq müzakirə edilib

    10.10.2026 16:05:17

    "Kür" avrokubok oyununa çıxır

    10.10.2026 15:31:55

    AMADA Bakıdakı dünya çempionatında maarifləndirmə proqramı keçirtdi

    10.10.2026 15:07:05

    Gəncə klubundan baş məşqçiyə xəbərdarlıq: Bu halda müqavilə pozulacaq

    10.10.2026 14:54:29

    Dünya çempionatı: Uşanqi finalda, Kənan və Camal üçün "bürünc" şansı – YENİLƏNİR

    10.10.2026 14:42:51

    "Bakı su idman növlərinin xəritəsində öz yerini tutur" - Antoniu Silva

    10.10.2026 13:49:50

    Millimiz üçün çətin püşk: Əvvəl Avstriya, sonra Yaponiya

    10.10.2026 12:40:57

    "Azərbaycanda üzgüçülüyün inkişafına pessimist yanaşmıram" - Türkiyəli federasiya prezidenti

    10.10.2026 12:13:20

    Avropa çempionatı: 5 boksçumuz finalda, 3-ü "bürünc"lə kifayətləndi

    10.10.2026 11:42:21

    Çexiya klubu Bakıya itkilərlə gəlir

    10.10.2026 11:13:11

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15

    "Zirə" "Şamaxı"nı qəbul edir, "Qəbələ" Sumqayıt səfərində

    10.10.2026 10:26:36

    "Sabah"ın rəqibi mövsümdə ilk dəfə xal itirdi

    10.10.2026 09:00:50

    Kiçik kənddə böyük futbol - VİDEO

    9.10.2026 23:38:58

    Ermənistan yığmasının oyununda azərbaycanlı hakim - 20 il sonra

    9.10.2026 23:11:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved