Bakıda keçirilən cüdo üzrə dünya çempionatında AMADA-nın təşəbbüsü ilə maarifləndirmə proqramı təşkil olunub.
Prosport.Az xəbər verir ki, bu barədə agentliyin mətbuat xidmətindən bildirilib.
Milli Gimnastika Arenasında keçirilən maarifləndirmə proqramı zamanı AMADA-nın təmiz idman guşəsini ziyarət edənlərə antidopinq qayda pozuntuları, idmançıların hüquq və öhdəlikləri, eləcə də 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Standartlar haqqında ətraflı məlumat verilib.
Bundan əlavə, dopinq və narkotik maddələrin sağlamlığa və idman karyerasına mənfi təsirləri iştirakçıların diqqətinə çatdırılıb. Ziyarətçilər antidopinq mövzusunda viktorinalarda iştirak edib, qaliblərə xatirə hədiyyələri təqdim olunub.
