Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    "Azərbaycanda üzgüçülüyün inkişafına pessimist yanaşmıram" - Türkiyəli federasiya prezidenti
    10.10.2026 12:13:20

    Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə 8–10 oktyabr tarixlərində Bakıda Avropa Su İdmanı Federasiyasının (European Aquatics) Konqresi keçirilir.

    Prosport.Az xəbər verir ki, Türkiyə Üzgüçülük Federasiyasının prezidenti, Avropa Su İdmanı Federasiyasının vitse-prezidenti və Dünya Su İdmanı Federasiyasının İdarə Heyətinin üzvü Erkan Yalçın jurnalistlərə müsahibəsində Bakıda keçirilən tədbirlə bağlı fikirlərini bölüşüb.

    – Bakıda keçirilən konqres və təşkilatçılıq barədə fikirləriniz necədir?

    – Türkiyə Üzgüçülük Federasiyasının prezidenti, Avropa Su İdmanı Federasiyasının vitse-prezidenti və Dünya Su İdmanı Federasiyasının İdarə Heyətinin üzvü olaraq böyük qürur hissi keçirirəm. Bura da bizim ölkəmiz, bizim torpağımızdır. Düşünürəm ki, Azərbaycan Prezidentinin Administrasiyası, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Üzgüçülük Federasiyası çox gözəl təşkilatçılıq ortaya qoyub. Əziyyəti olan hər kəsə təşəkkür edirəm.

    Həqiqətən də möhtəşəm təşkilatçılıqdır. Azərbaycan Üzgüçülük Federasiyası bu məsələyə ciddi yanaşıb və özünə yaraşan işi görüb. Biz Avropanın və dünyanın müxtəlif ölkələrində belə konqreslər keçiririk. Ancaq hesab edirəm ki, Bakıdakı tədbir haqqında danışmağa dəyər və iştirakçıların yaddaşında xoş izlər buraxacaq.

    Bakı möhtəşəm şəhərdir. Onun tarixi, mədəniyyəti və incəsənəti xüsusi diqqətə layiqdir. Konqresdə 48 ölkədən nümayəndələr iştirak edir. İnanıram ki, onların hər biri Bakıda xoş vaxt keçirəcək və buradan gözəl xatirələrlə ayrılacaq.

    – Ötən həftə Bakıda keçirilən Dünya Kuboku yarışı da diqqət mərkəzində idi. Azərbaycanın təşkilatçılıq səviyyəsini necə qiymətləndirirsiniz?

    – Ötən həftə Bakıda Dünya Kuboku yarışı keçirildi. İndi isə bu cür beynəlxalq tədbirlərin davamını görürük. İstər Prezident Administrasiyası, istər aidiyyəti nazirlik, istərsə də Azərbaycan Üzgüçülük Federasiyası peşəkar və uğurlu iş ortaya qoyub.

    İnanıram ki, idmançılarımızın burada qazandıqları medallar bu uğurları daha da tamamlayacaq. Gələcəkdə daha böyük və gözəl yarışların keçiriləcəyini düşünürəm.

    – Azərbaycanın üzgüçülük ölkəsi deyil. Türkiyə aspektindən bizdə üzgüçülüyün inkişafı necə görünür?

    – Mən bu məsələyə pessimist yanaşmıram. Üzgüçülük zaman və səbir tələb edən idman növüdür. Bu, həqiqətən də çətin və böyük zəhmət tələb edən sahədir. Unutmayaq ki, üzgüçülük Olimpiya hərəkatının əsas idman növlərindən biridir. Gimnastika və atletika kimi, üzgüçülük də ciddi hazırlıq tələb edir.

    Bu idman növündə nəticə əldə etmək üçün uzun illər çalışmaq lazımdır. Yaxşı nəticələrə çatmaq üçün səkkiz ilə qədər davam edən hazırlıq prosesi tələb oluna bilər. Buna görə də səbirli olmaq vacibdir.

    Azərbaycan üzgüçülüyü müxtəlif layihələrlə dəstəklənərsə və idmançılara lazımi şərait yaradılarsa, bu sahənin daha yüksək səviyyəyə çatacağına inanıram. Türkiyədən biri olaraq hər zaman Azərbaycanın yanındayıq.

    Federasiya rəhbərliyi və aidiyyəti qurumların nümayəndələri bu sahə ilə yaxından maraqlanırlar. Fərid bəy və baş katib Oktay bəy də prosesdə fəal iştirak edirlər. Bütün bunları nəzərə alaraq, Azərbaycan üzgüçülüyünün gələcəyi ilə bağlı fikirlərim müsbətdir. İnanıram ki, qarşıdakı illərdə bu sahədə daha böyük uğurlar qazanılacaq.

    Digər idman növləri

    "Azərbaycanda üzgüçülüyün inkişafına pessimist yanaşmıram" - Türkiyəli federasiya prezidenti

    10.10.2026 12:13:20
    Müsahibə

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Digər idman növləri

    Azərbaycanda üzgüçülüyün inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

    8.10.2026 23:12:03
    Digər idman növləri

    MOK rəsmiləri Olimpiya Həmrəyliyi Forumunda

    8.10.2026 20:37:55
    Digər idman növləri

    III Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşdi

    8.10.2026 19:19:54
    Cüdo

    Beşqat olimpiya çempionundan Bakıda yarışan cüdoçulara müraciət

    7.10.2026 12:31:45
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Kənandan və Uşanqidən uğurlu start, Camal yenə qalib gəldi – YENİLƏNİR

    10.10.2026 13:07:51

    Millimiz üçün çətin püşk: Əvvəl Avstriya, sonra Yaponiya

    10.10.2026 12:40:57

    "Azərbaycanda üzgüçülüyün inkişafına pessimist yanaşmıram" - Türkiyəli federasiya prezidenti

    10.10.2026 12:13:20

    Avropa çempionatı: 5 boksçumuz finalda, 3-ü "bürünc"lə kifayətləndi

    10.10.2026 11:42:21

    Çexiya klubu Bakıya itkilərlə gəlir

    10.10.2026 11:13:11

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15

    "Zirə" "Şamaxı"nı qəbul edir, "Qəbələ" Sumqayıt səfərində

    10.10.2026 10:26:36

    "Sabah"ın rəqibi mövsümdə ilk dəfə xal itirdi

    10.10.2026 09:00:50

    Kiçik kənddə böyük futbol - VİDEO

    9.10.2026 23:38:58

    Ermənistan yığmasının oyununda azərbaycanlı hakim - 20 il sonra

    9.10.2026 23:11:18

    "Oyun keyfiyyətini artırmaq üçün çox çalışmalıyıq” - Georgi Kondruseviç

    9.10.2026 22:33:14

    "İstəmədim ki, sonradan desinlər hansısa qayda pozuntusuna yol verdilər" – Yuri Vernidub

    9.10.2026 22:22:06

    Erməni cüdoçunun şübhəli qələbəsi

    9.10.2026 22:21:55

    "Biz daha güclü olacağıq" – "Sumqayıt"ın baş məşqçisi

    9.10.2026 22:03:43

    "Qəhrəmanlar barədə mən yox, siz qərar verirsiniz" – Valdas Dambrauskas

    9.10.2026 21:58:06
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved