Almaniya Bundesliqasında V tura start verilib.
Prosport.Az xəbər verir ki, turun açılış matçında Dortmund “Borussiya”sı öz meydanında “Verder”i qəbul edib. 4 qolun vurulduğu görüşdə qalib aşkarlanmayıb - 2:2.
Mövsümdə ilk dəfə xal itirən “Borussiya” 5 turdan sonra 13 xalla çempionatın lideridir. “Verder” isə 8 xalla dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, "Borussiya" UEFA Çempionlar Liqasında "Sabah"ın rəqiblərindən biridir. Bu komandalar arasında oyun oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
