Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq" - Yuri Vernidub
    9.10.2026 22:22:06

    "Neftçi" Azərbaycan Premyer Liqasının VII turunda doğma meydanda "Sabah" ilə 0:0 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    - Qol epizodlarınızı vura bilməməyiniz nə ilə bağlıdır, şanssızlıq, yoxsa texniki boşluqlar var?

    - Mənə həm "Neftçi"nin, Həm də "Sabah"ın performansı çox xoşuma gəldi. Biz bilirdik ki, kimlə oynayırıq. Çempion komandaya, ÇL-də oynayan komandaya qarşı oynayırdıq. "Sabah" "Mançester Yunayted"ə 0:4 uduzsa da, yaxşı futbol nümayiş etdirdi. Komanda əzmkar oyun göstərirdi. Bu gün də bərabər səviyyəli oyunun şahidi olduq. Biz epizodlardan istifadə edə bilmədik. Səhv etmirəmsə, "Sabah" 6 matçda cəmi 1 qol buraxıb. Bu da onu göstərir ki, onların çox yaxşı müdafiəsi var. Futbolçularıma minnətdaram ki, intensivliyi qorudular. Mübarizələri uduzmurdular. Əlbəttə ki, təəssüf qol olmadı, bircə bu xoşumuza gəlmədi. Futboldur, nəzərə alın ki, çempionla oynayırıq. Bu xal da bizi qane edir ki, irəliyə doğru davam edək. Həm də nəzərə alaq ki, bizdə də onlarda da milliyə gedənlər oldu. Bizdən 8 oyunçu milliyə getmişdi, onlardan 10 futbolçu. Denzel Jubitana dünən gəlmişdi, Sessi Almeyda qoşula bilmədi. Yaxşı olan odur ki, mən və həmkarım üçün, millidə oynayır futbolçularımız. Millinin şansı var ki, qrupda da birinci yeri tutsunlar.

    - Sizcə, bu gün 1 xal itirdiniz, yoxsa 2 xal qazandınız?

    - Mən baş məşqçiyəm və baş məşqçi üçün 2 xal itirmək deməkdir. Çünki həmişə 3 xal istəyirəm. Düşünürəm ki, həmkarım Dambrauskas da eyni fikirdədir ki, 2 xal itirib. Rəqib hansı komanda olsa da, belədir. Baş məşqçi fərqli düşünsə, komanda da ona uyğun oyun sərgiləyəcək.

    - Emil Səfərova qarşı kobudluq zamanı rəqib futbolçuya sarı vərəqə verilməsini necə qiymətəndirirsiniz?

    - Hakimliyi şərh etmək istəmirəm. Oyun zamanı emosional adamam. Bəzən qışqıra bilərəm. Amma dərhal sakitləşirəm. Hakimləri qiymətləndirmək üçün başqa şəxslər var. Normal oyun oldu, həm bizə, həm də digər komandaya normal münasibət sərgiləndi. Cinayət olan bir şey görmədim.

    - Növbəti oyunlar "Qarabağ" və "Turan Tovuz"a qarşıdır. Bu matçlarda neçə xal sizi qane edəcək?

    - Bir daha təkrar edirəm, hər zaman qalib gəlmək istəyirəm. Fərq etməz evdə oynayırıq, yoxsa səfərdə. Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq.

    - Klisman 2-ci hissənin əvvəlində artıq zədələnmişdi. Olmazdı ki, son 15-20 dəqiqə müdafiə və hücumu birləşdirmək üçün Emin Mahmudovu meydana buraxasınız?

    - Oyundan öncə götür-qoy edirik ki, kim kimi əvəzləyəcək. Öncədən qərar veririk. Emil Səfərov meydana daxil oldu, intensivliyi saxlamaq lazım idi. Gənc futbolçudur, bunu etməyə çalışdı. Bu gün belə düşündük. Qarşıdakı matçda fərqli ola bilər. Bütün futbolçular oynamaq istəyir, hamını isə meydana buraxa bilmərəm. Bu gün 4 oyunçunu dəyişdik. Qustavo meydanda çıxanda gecikməyə görə 1 dəqiqə fasilə verildi. Orada tam başa düşmədim ki, bu əvəzetmədən sonra bizim 1 oyunçu dəyişmək haqqımız qalır, yoxsa 2? Hakim matçdan sonra dedi ki, 2 oyunçunu əvəzləyə bilərdiniz. Açığı istəmədim ki, sonradan desinlər hansısa qayda pozuntusuna yol verdilər. Ona görə də 4 oyunçunu əvəzləyə bildik.

    Futbol

    Kiçik kənddə böyük futbol - VİDEO

    9.10.2026 23:38:58
    Futbol

    Ermənistan yığmasının oyununda azərbaycanlı hakim - 20 il sonra

    9.10.2026 23:11:18
    Futbol

    "Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq" - Yuri Vernidub

    9.10.2026 22:22:06
    Futbol

    "Mən bəzən bu cür sualları anlamıram" - Valdas Dambrauskas

    9.10.2026 21:58:06
    Futbol

    "Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi - VİDEO

    9.10.2026 21:25:03
    Futbol

    Orxan Məmmədov Qırğızıstan Futbol İttifaqının vitse-prezidenti ilə görüşdü

    9.10.2026 20:59:53
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Kiçik kənddə böyük futbol - VİDEO

    9.10.2026 23:38:58

    Ermənistan yığmasının oyununda azərbaycanlı hakim - 20 il sonra

    9.10.2026 23:11:18

    "Oyun keyfiyyətini artırmaq üçün çox çalışmalıyıq” - Georgi Kondruseviç

    9.10.2026 22:33:14

    "Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq" - Yuri Vernidub

    9.10.2026 22:22:06

    Erməni cüdoçunun şübhəli qələbəsi

    9.10.2026 22:21:55

    "Gözləmədiyimiz məğlubiyyətlə üzləşdik" - Uğur Özdemir

    9.10.2026 22:03:43

    "Mən bəzən bu cür sualları anlamıram" - Valdas Dambrauskas

    9.10.2026 21:58:06

    "Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi - VİDEO

    9.10.2026 21:25:03

    "Sumqayıt" evdə Naxçıvan təmsilçisinə uduzdu

    9.10.2026 21:18:42

    Orxan Məmmədov Qırğızıstan Futbol İttifaqının vitse-prezidenti ilə görüşdü

    9.10.2026 20:59:53

    Montella Türkiyə millisindən istefaya göndərildi

    9.10.2026 20:16:06

    Mərkəzi oyunda "sülh", "Mingəçevir" böyük hesabla uduzdu

    9.10.2026 19:34:43

    "Buraxdığımız kobud səhv planlarımızı alt-üst etdi" – Yuri Maksimov

    9.10.2026 19:07:28

    "Bizim üçün hər oyun 6 xala bərabərdir" - Azər Məmmədov

    9.10.2026 18:54:58

    "Neftçi" - "Sabah": HEYƏTLƏR

    9.10.2026 18:32:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved