“Zirə”nin İdarə Heyətinin sədri Orxan Məmmədov Bişkekdə Qırğızıstan Futbol İttifaqının vitse-prezidenti Nurdin Bukiyev və Dövlət Bədən Tərbiyəsi və İdman Agentliyinin direktoru Urmat Asanbayev ilə görüşlər keçirilib.
Prosport.Az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüşlərdə “Zirə” ilə əməkdaşlıq imkanları, eləcə də Azərbaycan və Qırğızıstan arasında minifutbolun inkişafına yönəlmiş birgə layihələr və yeni təşəbbüslər müzakirə olunub.
