İtaliyanın Battipalya şəhərində çimərlik voleybolu üzrə U-20 Avropa çempionatına start verilib.
Prosport.Az xəbər verir ki, yarışda oğlanların mübarizəsində 33 ölkədən 40, qızların yarışında isə 33 ölkədən 41 cüt iştirak edir.
Azərbaycanı İbrahim Məmmədov/Muhamməd Aslanlı və Səbinə Əlizadə/Leyla Əliyeva cütləri təmsil edir. Hər iki cüt mübarizəyə təsnifat mərhələsindən başlayıb.
Səbinə Əlizadə/Leyla Əliyeva Portuqaliya cütünə 0:2 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.
İbrahim Məmmədov/Muhamməd Aslanlı isə Serbiya cütünə 2:0 qalib gələrək əsas mərhələyə yüksəlib. Azərbaycan təmsilçiləri burada Finlandiyanın Kaapo Vanhatupa/Veeti Vilyamaa cütünü 2:1 hesabı ilə məğlub edib.
İbrahim Məmmədov/Muhamməd Aslanlının növbəti rəqibi Norveçdən Sebastian Kyemperud/Ludviq Rinqöen cütü olacaq.
