Azərbaycan Premyer Liqasının doqquzuncu turunda “Kəpəz” səfərdə “Şəfa”nı 2:1 hesabı ilə məğlub edib.
Prosport.Az xəbər verir ki, “SOCAR Polymer Arena”da keçirilən qarşılaşmanın ilk hissəsində hesab açılmayıb.
İkinci hissənin 55-ci dəqiqəsində Maudo Jarjue meydan sahiblərini önə çıxarıb. Lakin 74-cü dəqiqədə Şakir Seyidov penaltidən hesabı bərabərləşdirib, 80-ci dəqiqədə isə Bonito Olabiran Gəncə təmsilçisinə qələbə qazandıran qolu vurub.
Bununla da “Kəpəz” xallarının sayını 14-ə çatdırıb, “Şəfa” isə üç xalda qalıb.
