Azərbaycanlı hücumçu Leyla Parşkova "Murov Az Terminal" voleybol klubuna qoşulub. Prosport.Az xəbər verir ki, bu barədə kollektivin mətbuat xidməti məlumat yayıb. Gənc voleybolçu ilə növbəti mövsümü əhatə edəcək müqavilə imzalanıb.